Məhkəmə qərarları › İş №2(007)-52/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-52/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-52/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə İlkin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin və qarşılıqlı iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi,özü də cavabdeh olan Nümayəndə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cəlb edilməklə Cavabdeh1 qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair, digər iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X2, İddiaçı MMC-yə və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, alət və əşyaların geri qaytarılması və s.” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz alınmış icarə haqqının qaytarılması” və ilkin iddia üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “əmlak və ya onun dəyərinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cəlb edilməklə Cavabdeh1 qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair, digər iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X2, İddiaçı MMC-yə və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, alət və əşyaların geri qaytarılması və s.” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz alınmış icarə haqqının qaytarılması” və ilkin iddia üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh1 qarşı “əmlak və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 24 fevral 2022-ci il tarixli məhkəmə iclasında mərkəzləşdirilmiş portal çıxarışlarından əldə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki,hazırkı iş üzrə mübahisələrin bütün tərəfləri ya hüquqi şəxs, yaxud da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Bundan başqa,tərəflər arasında yaranan mübahisələr də həmin şəxslərin kommersiya fəaliyyətinin həyata keçirilməsindən-icarə müqaviləsi üzrə münasibətlərdən yaranmışdır. Məhkəmə iclasında ilkin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin və qarşılıqlı iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi,özü də cavabdeh olan Nümayəndə,eləcə də Cavabdeh1 nümayəndəsi vəkili izahat verərək bildirdilər ki,hətta hazırkı iş aidiyyət qaydasına görə kommersiya məhkəməsinə aid olsa belə,2 il müddətində Nizami Rayon Məhkəməsinin icraatında olduğundan burada baxılıb yekunlaşmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,məhkəmənin öz təşəbbüsü ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göründüyü kimi hazırkı iş məhkəmənin icraatına qəbul olunarkən məhkəmə aidiyyətinə dair mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı müddəaları pozulmuşdur. İşdə edən şəxslərin aidiyyətlə bağlı vəsatət verməməsi məhkəməyə qanun pozuntusunu davam etdirməklə işə baxıb yekun qərar çıxarılması üçün əsas vermir. Ona görə də yol verilmiş pozuntu aradan qaldırılmaqla mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cəlb edilməklə Cavabdeh1 qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair, digər iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X2, İddiaçı MMC-yə və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, alət və əşyaların geri qaytarılması və s.” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz alınmış icarə haqqının qaytarılması” və ilkin iddia üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “əmlak və ya onun dəyərinin ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar