Məhkəmə qərarları › İş №2(007)-521/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-521/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-521/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 27 saylı evin 6 saylı mənzili onun xüsusi mülkiyyətindədir.Həmin mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən ona ********** saylı,18.09.2019-cu il tarixli Çıxarış verilmişdir.DİN tərəfindən verilən ******* saylı arayışdan görünür ki,həmin mənzildə onunla birlikdə 14.01.1999-cu il təvəllüdlü X6,10.04.1986-cı il təvəllüdlü Cavabdeh və 01.02.1962-ci il təvəllüdlü X4 qeydiyyatdadırlar.O,mənzili əldə etməmişdən əvvəl Cavabdeh mənzildə qeydiyyatda olmuşdur.Onun ailə üzvü deyil.Mənzildə formal olaraq qeydiyyatdadır.Cavabdehin qeydiyyatdan çıxarılması məqsədi ilə Nizami Rayon Polis İdarəsinə etdiyi müraciətinə 04.09.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanda nə qeydiyyata alınanadək,nə də sonra bir gün də yaşamamış,həmin mənzilə gəlib-getməmiş və başqa yerdə yaşadığı üçün həmin mənzilə ehtiyacı olmamışdır.Onunla yaxın qohumluq əlaqələri yoxdur,ərinin qardaşı oğludur.Cavabdehin mənzildə qeydiyyatda qalmasına görə görə xüsusi mülkiyyətində olan mənzili üzərində sərəncam verə bilmir.Yuxarıda qeyd olunanlara əsasən cavabdeh Cavabdeh Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 27 saylı evin 6 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 28.082020-ci il tarixli, 2 saylı “Asan Xidmət” tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki,mülkiyyətçi X3 ilə birlikdə, 14.01.1999-cu il təvəllüdlü X6,10.04.1986-cı il təvəllüdlü Cavabdeh və 01.02.1962-ci il təvəllüdlü X4 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 27 saylı evin 6 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 27 saylı evin 6 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 18.09.2019-cu il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 27 saylı evin 6 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 18.09.2019-cu il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır.10.04.1986-cı il təvəllüdlü Cavabdeh həmin mənzildə yaşamasa da orada qeydiyyatdadır.Cavabdelə iddiaçı arasında yaxın qohumluq əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı X2 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 27 saylı evin 6 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar