Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-521/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mövcud olmaması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında borc münasibətinin olmaması səbəbi ilə kredit müqaviləsinin etibarsız hesab edilməsi və mövcüd olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə uzun müddətdir ki, tanışdır. Onların bir-biri ilə alış-verişləri olmuşdur. Cavabdeh istilik sistemlərinin alğı-satqısı ilə məşğul olurdu. Məmmədov Ülvi adlı dostu cavabdehdən ticarət etmək üçün istilik sistemlərini alınması məqsədi ilə onları bir-biri ilə tanış etməsini ondan xahiş etmişdir. Onda olan məlumata görə onlar uzun müddət ticarət etmişlər və Məmmədov Ülvi ona yüz minlərlə xeyir vermişdir. Sonradan dostu Məmmədov Ülvi müflis olmuş və cavabdeh guya onun borcu varmış kimi ondan pul tələb etməyə başlamışdır. Cavabdeh ona qarşı əsassız olaraq pul tələb etmiş, bununla da onu çıxılmaz vəziyyətə salmışdır. Belə ki, o, heç bir borc öhdəliyinin olmamasına baxmayaraq 20842 manat məbləğində pulu qaytara bilməz. Cavabdehdən heç vaxt borca pul istəməmişdir. Nəzərə çatdırmaq istəyir ki, cavabdeh ona heç vaxt pul verməmiş və onun cavabdehə heç vaxt borcu olmamışdır. Onların cavabdehlə aralarında heç bir pul öhdəliyinin olmaması səbəbi ilə həmin müqavilənin etibarsız sayılması və mövcüd olmamasına dair qətnamə çıxarılması zəruridir. Beləliklə, bütün göstərilənlərdən və işin faktiki hallarından görünür ki, onun iddia tələbi əsaslı və qanunidir. Hesab edir ki, iddiası təmin edilməli, Cavabdeh ilə heç bir pul öhdəliyinin olmaması səbəbi ilə həmin müqavilənin etibarsız sayılması və mövcüd olmamasına dair qətnamə çıxarılması zəruridir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının mübahisəli mülki iş üzrə cavabdehə qarşı müraciət etdiyi iddia ərizəsində yalnız iddia ərizəsinin birinci səhifəsinin birinci abzasının birinci sətrində qeyd elədiyi “Mən cavabdehlə uzun müddətdir tanışam. Bizim bir-birimizlə alış-verişimiz olmuşdur. Cavabdeh istilik sistemlərinin alqı-satqısı ilə məşğuldur və mən 20842 manat məbləğində pulu qaytara bilmərəm” cümlələrindən başqa bütün iddia ərizəsi boş, mənasız, yalandan mülki işin məhkəmədə qeydiyyat alınmasından ötrü düzülübqoşulmuş, vicdansızcasına əsassız iddiadır. Bundan başqa, iddiaçı həmin iddia ərizəsinin birinci səhifəsinin ikinci abzasında bildirir ki, “mən 20842 manat məbləğində pulu qaytara bilmərəm”. İddiaçı artıq bu iddiası ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu etiraf etmişdir. Burada məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh iddiaçıya qarşı 23252 (iyirmi üç min iki yüz əlli iki) AZN məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(006)-980/2020 saylı qətnaməsi ilə iddia ərizəsini qismən təmin edilmiş, 20842 (iyirmi min səkkiz yüz qırz iki) AZN məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsini qət etmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(006)-980/2020 saylı qətnaməsi ilə razılaşmayan hazırki iş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsin 18 sentyabr 2020-ci il tarixli, 2(103)-5441/2020 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(006)-980/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı qarşı qətnamənin icrası ilə əlaqədar icra işi başlamışdır. İddiaçı qətnamənin icrasından yayınmaq, vaxt qazanmaq məqsədi ilə yaşayış yerini dəyişərək Xətai rayonunda pasport qeydiyyatına düşmüşdür. Bu səbəbdən də icra işi Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Xətai Rayon İcra və Probasiya şöbəsində icra işi başladıqdan sonra iddiaçı qanuni qüvvəyə minmiş qətnamədə qət edilmiş 20842 (iyirmi min səkkiz yüz qırx iki) AZN məbləğində pul vəsaitindən iki dəfəyə, 5000 ABŞ dolları və 300 ABŞ dolları olmaq şərtilə, 5300 ABŞ dolları məbləğində borclu olduğu pul vəsaitini hazırki iş üzrə Cavabdeh ödəmişdir. Daha sonra borcunun qalan hissəsini ödəməkdə çətinlik çəkdiyini bildirərək icradan və Cavabdeh 3 ay möhlət verilməsinin xahiş etmişdir. Tərəflər bununla da razılaşmışlar. Razılaşdırılmış həmin müddət başa çatdıqdan sonra məlum olmuşdur ki, iddiaçı belə bir əsassız və qanunsuz iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək iddianı qeydə aldırdıqdan sonra Xətai Rayon İcra və Probasiya şöbəsinə ərizə yazaraq iş üzrə icraatı dayandırmağa nail olmuşdur (həmin ərizə etiraza əlavə olunur). Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(006)-980/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı 20712 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardımın əvəzi olmaqla, 20842 manat məbləğinə pulun alınaraq Cavabdeh ödənilməsi qət etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)-5441/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(006)- 980/2020 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında mnüəyyən edildi ki, İddiaçı hazırki tələbində Cavabdeh ilə aralarında hər hansı bir öhdəlik münasibətlərinin olmamasını qeyd edərək kredit müqaviləsinin etibarsız hesab edilməsi və mövcud olmamasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, iddiaçının tələbinin əsası kimi cavabdehlə hər hansı borc münasibətlərinin olmamasını göstərmiş və kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, işdən müəyyən edildiyi kimi tərəflər arasında hər hansı bir yazılı kredit müqaviləsi bağlanmamış, iddiaçının cavabdehə borcunun olması isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatında sübutetmə yükü tərəflərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinat etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi münasibətlərin etibarsızlığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, tərəflər arasında yaranmış borc münasibətlərin etibarsızılığının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Bundan başqa, MPM-də bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(006)-980/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 20712 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardımın əvəzi olmaqla, cəmi 20842 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş halllar və faktlar (iddiaçının cavabdehə göstərilən məbləğdə borcunun olması) hazırki işə baxarkən preyudisial əhəmiyyət kəsb edir və İddiaçı Cavabdeh borcunun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin halın hazırki işə baxılarkən yenidən araşdırılması və sübut edilməsi preyudisiallıq instutu baxımından və prosessual qənaət prinsipi baxımından yolverilməzdir. Belə ki, iddiaçı cavabdehdən heç vaxt borca pul istəmədiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdə də, qanuni qüvvəyə minmiş qətnamə isə iddiaçının cavabdehə borcu olması halı öz təsdiqi tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəyə qiymət verərək qeyd edir ki, MPM-nin 260.0 və 261.0.2-ci maddələrinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraat xitam verir. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün hər üç şərt eyni zamanda, yəni eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. Hazırki işlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-980/2020 saylı mülki işin tərəfləri və mübahisənin predmeti eyni olsa da, əsaslar eyni olmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan işdən görünür ki, həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili X1 verdiyi izahatında iddia tələbini qəbul qəbul etmədiyini, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı həmin işdə iddia tələbinə etirazının əsası iddia müddətinin ötürülməsi əsası iddia tələbinin rədd edilməsi olmuşdur. Hazırki işdə isə İddiaçı başqa bir əsasla çıxış edərək tərəflər arasında borc münasibətlərini ümumiyyətlə olmamasını qeyd edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Tərəflər arasında olan mülki işlər eyni əsaslara söykənmədiyindən məhkəmə iş üzrə icraata xitam verilməsini əsaslı hesab etmir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən və ödənilmiş dövlət rüsumu mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mövcud olmaması” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş 100,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mövcud olmaması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-521/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-521/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver