Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-534/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 01.12.1951-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulması, atasının X8, anasının X5, milliyətinin azərbaycanlı kimi qeyd olunması faktının təstiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.12.1951-ci il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə almaq üçün ata-anasının müraciət edib etməməsi barədə məlumatı olmamışdır. Maddi vəziyyətinin pis olması səbəbindən doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Lakin əvvəllər sovet pasportu deyilən pasportu olmuş və Azərbaycan Dövlət Universtitetinin fizika fakültəsini bitirmişdir. Bir müddət Zəngilan rayon Cahangirbəyli kənd məktəbində işlədikdən sonra Bakı şəhərinə köçmüş və orada zavodda işləmişdir. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə ona vəsiqə almaq üçün doğum haqqında şəhadətnamə təqdim olunması bidirilmiş və o da doğulduğu Maraqlı şəxsnə müraciət etmişdir. Lakin doğum haqqında sənəd aşkar olunmamış və ona imtina məktubu verilərək doğum faktının qeyd olunması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Onu tanıyanlar onun 01.12.1951-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulduğunu, atasının X9, anasının isə X5 olduğunu təstiq edə bilərlər. Ona görə də doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, 01.12.1951-ci il tarixdə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, amma anası çox tez vəfat etdiyindən 1978-ci ildən Bakı şəhərinə köçmüşdür. 30 ildir ki Bakıda yaşayır. Onun şəxsiyyət vəsiqəsi yoxdur, sovet pasportu və doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin evdən köçəndə itirmişdir. O, şəxsiyyət vəsiqəsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ondan şəkilli bir sənəd gətirməyini xahiş etsələr də sənədlərinin hamısı itdiyi üçün tapıb verə bilməmişdir. Həmçinin, doğum haqqında şəhadətnamə üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs əməkdaşları onun kim olduğunu bilmiş amma sənədi tapa bilməmişlər. Polisə yaxınlaşmamış və müraciət etməmişdir. Ali məktəb diplomu və əmək kitabçası vardır. Evdə doğum tarixi qeyd edilən arayış yoxdur, MİKS-də qeydiyyatda deyil, işlədiyi yerdə qeydiyyatda olmuş, işdən çıxdıqdan sonra onu oradan da qeydiyyatdan çıxarmışlar. Övladı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində çıxış etmiş X6 ifadə verərək göstərmişdir ki, o, Ərizəçi qızını 1959-cu il tarixdən birinci sinifə gedəndən tanıyır, onlar 10 il bir sinifdə oxumuşlar. Zemfiranın xalası qızı İsmayılova Ənvər onun əmisinin yoldaşıdır. O, Zemfiranın anasını görməmiş, nənəsi Pəri, babası Məcid, dayısı Sabiri görmüşdür. 1969-cu il tarixdə Bakıya gəlmiş və ondan sonra əlaqələri olmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində çıxış etmiş X7 ifadə verərək bildirmişdir ki, Zemfiranın anası rəhmətə gedib, dayısı və nənəsi onu saxlayıb. Mincivan qəsəbəsində hamı bir-birini tanıyır. O, oradan 1984-cü ildən çıxmış, amma Zemfira ilə həmişə əlaqəsi olmuşdur. Onlar Zemfira ilə bir neçə tərəfdən qohumdurlar, onunla və bacısıyla bir sinifdə oxumuşlar. Bacısının adı X2r. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - АЭ № 377126 “Səkkizillik təhsil haqqında” şəhadətnamədən görünür ki, 1951-ci ildə anadan olmuş Ərizəçi qızı Mincivan qəsəbəsindəki orta məktəbdə oxumuş və 1967-ci ildə səkkizillik sinifi bitirmişdir. - Г-İ № 026325 Diplomun surətindən görünür ki, Ərizəçi qızı 1972-ci ildə S.M.Kirov adına X16 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1978-ci ildə orada fizika ixtisası üzrə tam kursu bitirmişdir. - Maraqlı şəxs Ərizəçi ünvanlanan 04 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında müvafiq sənədlər təqdim edilə bilmədiyindən doğumun qeyd olunması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - ИТ-İ № ******* əmək kitabçasından görünür ki, Ərizəçi qızı 20.09.1984-cü il tarixindən etibarən fizika müəllimi ixtisası üzrə çalışmağa başlamışdır. - AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 09.02.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi X13 Şöbəsi tərəfindən 29.12.1978-ci il tarixdə aldığı Vİİ-JQ seriyalı 649508 nömrəli keçmiş SSRİ pasportu ilə 18.03.1987-ci il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan rayonun polis şöbəsinin kartotekasının işğal zonasında qalaraq məhv edildiyindən 29.12.1978-ci il tarixdə Zəngilan DİŞ tərəfindən verilmiş Vİİ-JQ seriyalı 649508 nömrəli keçmiş SSRİ pasportunun 1 nömrəli ərizə formasının əldə olunması mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 01.12.1951-ci il tarixində deyil xx.xx.1951-ci il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini ala bilmədiyindən, doğum faktının qeydə alınması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübut növləri ilə, o cümlədən şahidlərin məhkəmədə verdikləri ifadələrlə, Ərizəçi 01.12.1951 -ci ildə deyil xx.xx.1951-ci il tarixdə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olması faktı təsdiq edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə qismən təmin edilməli, Ərizəçi 01.12.1951 -ci il tarixində deyil, xx.xx.1951-ci il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X8, ana adı qrafasında X5 qeyd edilməli, milliyəti qrafasında azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında və nikah haqqında yeni şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1951-ci il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulması faktı müəyyən edilməklə, doğum haqqında akt qeydi bərpa edilsin. Akt qeydləri kitabının ata adı qrafasında X8, ana adı qrafasında X5 göstərilsin, milliyəti qrafasında azərbaycanlı kimi qeyd olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X1 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-534/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-534/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver