Məhkəmə qərarları › İş №2(007)-556/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-556/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-556/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə Ermənistan SSR Vedi rayonu Xalisa kəndində olmuş Ərizəçi doğumunun Ermənistan SSR Vedi rayonu X10 qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa olunaraq, doğum haqqında şəhadətnamədə ata qrafasında X3, ana qrafasında X11 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verərək, xx.xx.1960-cı ildə Ermənistan SSR Vedi rayonu Xalisa kəndində olmuş Ərizəçi doğumunun Ermənistan SSR Vedi rayonu X10 qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa olunaraq, doğum haqqında şəhadətnamədə milləti azərbaycanlı, ata qrafasında X3, ana qrafasında X11 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1960-ci ildə Ermənistan SSR Vedi rayonu Xalisa kəndində anadan olmuşdur. X2, anası isə X11 olmuşdur. Onun doğumunun Ermənistan SSR Vedi rayonu X15 qeyd edilmiş və bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikasına gələrkən naməlum şəraitdə itmişdir. Ermənistan SSR-dən Azərbaycan Respublikasına gələn zaman ünvan 1 ünvanında yaşamağa başlamışlar. Lakin sonradan həmin mənzil satıldığından, qeydiyyata düşməyə hər hansı ünvanı olmamış, bu səbəbdən də şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Halhazırda şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edən zaman ona doğum haqqında şəhadətnamənin alınmasının zəruri olduğu bildirilmişdir. Qeyd olunan doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də doğum akt qeydi Ermənistanda qeydə alındığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. O da Ermənistan SSR Vedi rayonu Xalisa kəndində anadan olmuşdur. Xuraman doğum haqqında şəhadətnaməsini gətirməyib, Ermənistanda qalmışdır. X2, anası X7r. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Niyazi Şirəli oğlu ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı “ASAN xidmət” X4 Ərizəçi ünvanlandığı 20 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Müraciəti zamanı qüvvədə olan şəxsiyyəti təsdiq edən sənəd təqdim etmədiyindən, həmçinin Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyyət vəsiqəsi aşkarlanmadığından müraciətin təmin edilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu nəzərinə çatdırılır. - 27 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi tarixdə Ermənistan Respublikası, Vedi rayonundan məcburi qaçqın düşüb. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ərizəçi ünvanlandığı 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, onun Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü ildə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) ünvanına təqdim edildikdən sonra sözügedən məsələ ilə əlaqədar əlavə araşdırma aparıla bilər. - Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - İV-CЛ seriyalı 503618 nömrəli pasportun surətindən görünür ki, Ərizəçi xx xxxxx 1960-cı ildə Ermənistan Respublikası Vedi rayonunun Xalisa kəndində doğulmuşdur. - AZ-İ seriyalı 867242 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 mart 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 mart 2017-ci il tarixdə 562 nömrə ilə qeyd edilmişdir. - İ-3Ж seriyalı 024763 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X11 01 avqust 1958-ci il tarixdə Ermənistan SSR Vedi rayonu X13 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Ağayeva” soyadını qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxx 1960-cı il tarixdə Ermənistan Respublikası Vedi rayonunun Xalisa kəndində doğulmuşdur, milliyyəti Azərbaycanlıdır. Ərizəçinin doğumunu təsdiq edən doğum haqqında şəhadətnamə itirildiyindən və doğum haqqında akt qeydinin Ermənistan Respublikasında aparıldığından onun bərpa edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti 5 saylı Bakı “ASAN xidmət” X5 araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından qeydiyyat şöbəsi tərəfindən yenidən doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. Göründüyü kimi ərizəçinin doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından ərizəçi qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Bu səbəbdən doğum akt qeydi məhkəmə tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyinə görə ərizə təmin edilməli, Ərizəçi xx xxxxx 1960-cı il tarixdə Ermənistan Respublikası, Vedi rayonunun Xalisa kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxxxx 1960cı il, doğulduğu yer Ermənistan Respublikası, Vedi rayonunun Xalisa kəndi, milliyyəti azərbaycanlı, X2, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1960-cı il tarixdə Ermənistan Respublikası, Vedi rayonunun Xalisa kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxx 1960-cı il, doğulduğu yer Ermənistan Respublikası, Vedi rayonunun Xalisa kəndi, milliyyəti azərbaycanlı, X2, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar