Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-558/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 19.03.2021-ci il tarixdə 783 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19.03.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Müəyyən sənədləşmə işləri üçün nikahlarının rəsmiləşməsi mütləq idi. Lakin bir müddət sonra aralarında münaqişələr baş vermiş, bununla da onlar münasibətləri dayandırmaq qərarına gəlmişlər. Onlar bir ailə kimi yaşamamışlar, onların toyları və el adəti ilə keçirilən digər adət ənənələri olmamışdır. Onlar formal olaraq müəyyən sənədləşmə işləri ilə bağlı rəsmi nikah bağlamış, sonradan isə ailə münasibərlərinin qurulmasının mümkünsüz olduğunu görüb formal nikahlarını etibarsız hesab etmək qərarına gəlmişlər. Cavabdeh 25.01.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddianı etiraf etmiş və bildirmişdir ki, o, X3 ilə 19.03.2021-ci il tarixdə 5 saylı Asan Xidmətdə rəsmi olaraq nikaha daxil olmuş, pandemiya və xüsusi karantin rejimi ilə əlaqədar olaraq nikahlarının tezləşdirməyi qərara almışlar. Lakin xasiyyətlərinin uyğun olmamasına görə toy etməmiş və ayrılmağı qərara almışlar. O, ər və arvad olmadıqlarını bildirmiş və nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, cavabdehlə sadəcə “Asan” xidmətdə rəsmi nikaha daxil olmuş, toy mərasimi etməmiş, bir evdə, bir ailədə yaşamamışlar. Onların ər-arvad münasibətləri olmamışdır. Əvvəl ailə qurmaq istəmiş, sonra münasibətlər uyğun gəlmədiyi üçün ayrılmağa qərar vermişlər. Mediasiyada aralarında razılıq sadəcə onların kağız üzərində ailəli olmaqları barədədir. O, həmçinin qeydiyyatdan keçmədiyini, vəsiqəsinin hazır olmadığını, ayrılmağa qərar verəndə vəsiqənin dəyişməli olduğunu dediklərini qeyd etdi. Məhkəmə iclasında Cavabdeh ərizəsinin məzmununa uyğun izah verərək iddianı qəbul etdiyini bildirdi və nikahın etibarsız hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 434238 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh 19.03.2021-ci il tarixdə 5 saylı Bakı ”ASAN Xidmət” X4 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 783 nömrə ilə qeyd edilmişdir; - 17.11.2021-ci il tarixli Barışıq Sazişindən görünür ki, X3 və Cavabdeh 19.03.2021-ci il tarixli 783 nömrə ilə qeydə alınmış nikahın etibarsız etibarsız hesab edilməsinə razılaşmışlar və tərəflərin övladları yoxdur. 100 manat mediator haqqı ödənildi. - 17.11.2021-ci il tarixli, M-00221 saylı Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, 10.11.2021-17.11.2021-ci il tarixlərdə mediasiya prosesləri keçirilmiş, tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. Cavabdeh mediasiya sessiyalarının keçirilməsi üçün 150 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh nikahı 5 saylı Bakı ”ASAN Xidmət” X4 19.03.2021-ci il tarixdə 783 nömrəli akt qeydi ilə qeydə alınmışdır. X1 həmin nikahın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, nikahın etibarsız sayılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsi ilə konkret əsaslar müəyyən edilmişdir və bu əsaslar nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi) və nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi) kimi əsaslardan ibarətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə ailə qanunvericiliyinin istinad olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onlar formal olaraq rəsmi nikaha daxil olmuş, nikahları formal olaraq davam etmişdir. Rəsmi nikahda olduqları müddətdə birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Bundan başqa Cavabdeh ərizə yazaraq, iddiaçı X2 ona qarşı iddiasını qəbul etdiyini bildirmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasındakı nikah ailə qurmaq niyyəti ilə bağlanmadığı üçün saxta nikah sayılnmaqla etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 ilə Cavabdeh arasında 5 saylı Bakı ”ASAN Xidmət” X4 19.03.2021-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 783 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir İş materiallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 150 manat məbləğində mediasiya xərci çəkmişdir. Hazırkı halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 150 manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 ilə Cavabdeh arasında 5 saylı Bakı ”ASAN Xidmət” X4 19.03.2021-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 783 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 150 manat Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-558/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-558/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver