Məhkəmə qərarları › İş №2(007)-575/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-575/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-575/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini təmir etdirmək üçün Cavabdeh adlı şəxslə 18.11.2019-cu il tarixdə podrat müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə müqavilənin müddətdə olduğu müddət ərzində Podratçı 3 otaq, xol və mətbəxtən ibarət olan mənzil sahəsini təmir etməyi, o isə sifarişçi tərəf kimi ay ərzində görülən işlərə görə muzd haqqı 335 manat, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyində tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sğorta haqqı ilə ödənişlər tutulduqdan sonra ayda bir dəfə nəğd ödəniş yolu ilə 2000 manat və ümumilikdə 6000 manat ödəməyi öhdəsinə götümüşdü. Müqavilədə işin icra müddəti 3 ay müəyyən olunmuşdur. Yəni Podratçı işi 3 ay müddətində yerinə yetirməli idi. O cavabdehə işə başlamaq üçün birinci ay üçün 2000 manat verdi. Sonra isə iki ay 670 (alt yüz yetmiş) manat, yəni müqavilədə hər ay üçün nəzərdə tutulan 335 manatı verdi. İkinci ay növbəti 2 (iki) min manatı verəndə cavabdeh ondan xahiş edərək dedi ki, onun ofisinə kompüter lazımdır, mümkünsə kreditlə adınıza götürün və kompüterin pulunu ona veriləcək ümumi məbləğdən (6000) çıxarsınız. O ocavabdehin təkilifı ilə razılaşmış, həyat yoldaşı Sevinc Masimovanın adına dəyəri 2430 manat olan kompüteri kreditlə götürmüşdür və cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilədə nəzərdə tutulan 3 ay müddət ərzində evinin çox az bir hissəsini təmir etmiş və təmiri yarımçıq qoyaraq, bir də onunla əlaqə saxlamamışdır. O və həyat yoldaşı onun iş yerinə (ofisinə) getmiş, vəziyyəti ona danışmış və bildirmişlər ki, evi pis vəziyyətdə qoymusan, ya gəl təmiri başa çatdır, ya verdiyi pulun qalan hissəsini ona geri qaytar. O, dəqiq vaxt deməyəndə həyat yoldaşı kompüteri onun iş masasının üzərindən götürmüşdür ki, təmirə başlayanda kompüteri də apararsınız. Cavabdeh mənzildə 1000 manat dəyərində təmir işləri aparmışdır. O isə ona əvvəlcə 2000 manat, iki ay üçün cəmi 670 manat və kompüteri qaytarmaq məcburiyyətində qaldığı üçün 500 manat ödədiyi məbləğin qaytarılmaması şərti ilə mağazaya güclə geri qaytardı. Cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlamış, nəhayət ona poçt vaiıtəsilə onun həm ofisinin ünvanına, həm də qeydiyyatda olduğu ünvanına yazılı (03 iyul 2020-ci tarixli ) bidiriş göndərmişdir. Bildirişlərdən biri geri qayıtmışdır. Hal-hazıra qədər dəfələlə onlarla əlaqə saxlamağa çalışmış, saysız- hesabsız telefon əlaqəsi yaratmış, amma heç bir nəticə ala bilməmişdir. Son vaxtlar isə telefon zənginə belə cavab vermir. Cavabdehin ona vurduğu zərər 4000 manatdan artıqdır. Qeyd olunanlara əsasən Cavabdeh 2170 manat əsas borcun, 4000 manat dəymiş ziyanın, ümumilikdə 6170 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı 3 otaq, xol və mətbəxdən ibarət olan mənzil sahəsini təmir etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə görə, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. İşin hallarından görünür ki, Cavabdeh iddiaçı ilə ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan 3 otaqlı mənzilini təmir etdirmək üçün 18.11.2019-cu il tarixdə podrat müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə müqavilənin müddətdə olduğu müddət ərzində Podratçı 3 otaq, xol və mətbəxdən ibarət olan mənzil sahəsini təmir etməyi, o isə sifarişçi tərəf kimi ay ərzində görülən işlərə görə muzd haqqı 335 manat, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyində tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sığorta haqqı ilə ödənişlər tutulduqdan sonra ayda bir dəfə nağd ödəniş yolu ilə 2000 manat və ümumilikdə 6000 manat ödəməyi öhdəsinə götümüşdü. Müqavilədə işin icra müddəti 3 ay müəyyən olunmuşdur. Yəni Podratçı işi 3 ay müddətində yerinə yetirməli idi. İddiaçı cavabdehə işə başlamaq üçün birinci ay üçün 2000 manat verdi. Lakin podratçı işi tam yerinə yetirməmişdir. Nəticədə İddiaçı ziyan vurulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən pulun tutulması barədə tələb əsaslıdır. Məhkəmə, toplanmış sübutlara tam və hərtərəfli araşdırıb, qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 2170 (iki min yüz yetmiş) manat əsas borc, 4000 (dörd min) manat dəymiş ziyanın əvəzi, ümumilikdə 6170 (altı min yüz yetmiş) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2170 (iki min yüz yetmiş) manat əsas borc, 4000 (dörd min) manat dəymiş ziyanın əvəzi, ümumilikdə 6170 (altı min yüz yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar