Məhkəmə qərarları › İş №2(007)-581/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-581/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-581/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 134 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 22 fevral 2021-ci il tarixli MAS-2788 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-2788 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 və Bakı Nəqliyyat Ağentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: İXP4010411 saylı protokola görə 48 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA1418224 saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 134 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da, lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsinin faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X4 arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166689 ban nömrəli, qara rəngli avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında müqavilə ilə əldə edir. Lizinq obyekti və satıcı lizinq alan tərəfindən seçilib. Lizinq verən lizinq obyektinin satıcısına onun lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. - 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli MAS-2788 saylı “Daxili Lizinq” müqaviləsinə 18 sentyabr 2020-c il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinin siyahısı təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 12,064 (on iki min altmış dörd) manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: buraxılış ili 2019, minik markalı “Khazar SD”, dövlət qeydiyyat nişanı **-PX-***, ban nömrəsi NVAW01HHFKE166689, rəngi qara. - 18 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili X4 təhvil alınmışdır. - X1 Orxan Vaqif oğlu və İddiaçı MMC arasında bağlanmış 22 fevral 2021-ci il tarixli MAS-2738 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh 18 sentyabr 2020-ci il tarixi MAS-2788 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 22 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 Orxan Vaqif oğluna təhvil vermişdir. - AE seriyalı 001096 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166689 ban nömrəli, qara rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. - Məhkəməyə təqdim edilmiş məlumatlardan görünür ki, İXP ******* saylı protokol üzrə 48 manat, BNA1623828 saylı protokol üzrə 32 manat, BNA1509346 saylı protokol üzrə 18 manat, BNA1418224 saylı protokol üzrə 18 manat, BNA ******* saylı protokol üzrə 18 manat ödəniş edilməlidir. - Qəbzlərdənin surətindən görünür ki, cərimlərin ödənilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 48 manat, 32 manat, 18 manat, 18 manat, 18 manat məbləğində pul ödənilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı portalından alınmış çıxarış təsdiq edir. Həmin cərimələrə görə ümumilikdə 134 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq ondan İddiaçı MMC-yə yaranmış borcu 7 gün ərzində ödəməsi tələb edilmiş, əks təqdirdə X2 ödənilməsinə dair yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə bağlanmış 22 fevral 2021-ci il tarixli MAS-2788 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-2788 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 və Bakı Nəqliyyat Ağentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. İnzibati xəta haqqında protokollara görə ümumilikdə 134 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 və Bakı Nəqliyyat Ağentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələr üzrə ödənişlər iddiaçı tərəfindən ödənildiyindən iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh 134 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 134 manat məbləğində pul və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar