Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-593/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum ərindən miras qalmış torpaq sahəsinin onun tərəfindən faktiki olaraq qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, miras qoyan X6 onun əridir.Onunla 03.11.1990-cı ildə rəsmi nakaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 3(üç) uşaqları var: 29.10.1991-ci il təvəllüdlü X11,03.05.1993cü il təvəllüdlü X12 və 30.06.1997-ci il təvəllüdlü X8.X1 ona və uşaqlarına miras qalan əmlak isə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 809 saylı,25.09.200l-ci il tarixli sərəncamı ilə əri X4 adına fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Bülbülə qəsəbəsi,Bakı-Aeroport yolunun sol tərəfində ayrılan 400(dörd yüz) kv.metr ölçüdəki torpaq sahəsidir. 02.10.2018-ci ildə X17 uzun illər əziyyət çəkdiyi “Ürəyin hipertenziv xəstəliyindən” vəfat etmişdir.X17 öləndən sonra ailəyə məxsus həmin bu torpaq sahəsi əvvəlki kimi yenə onun və uşaqlarının faktiki istifadə və sahibliyindədir.Faktiki olaraq onu miras əmlak kimi qəbul etmişdir və idarə edir. Torpaq sahəsinə görə də vergi ödəyicisi kimi o, qeydə alınmışdır 2019-cu ildən başlayaraq 2021-ci il də daxil olmaqla bu torpaq sahəsinə görə Sabunçu rayonu Ramana bələdiyyəsinə vergiləri ödəmişdir. 2021-ci ildə X1 miras qalan həmin bu torpaq sahəsinə qanuni vərəsə kimi vərəsəlik şəhadətnaməsi almaq üçün Maraqlı şəxsna müraciət etmişdir. 15 saylı notariat kontoru mirasın qəbulu müddətini ötürdüyünə görə ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd olunanlara əsasən əri X3 miras qalmış Bakı şəhəri Bülbülə qəsəbəsi,Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400(dörd yüz) kv.metr ölçüdə torpaq sahəsinin onun tərəfindən faktiki qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi öz tələbini müdafiə etdi,ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri 15 saylı Notariat ofisi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında nikah 03.11.1990-cı ildə bağlanmışdır Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 809 saylı,25.09.2021-ci il tarixli Sərəncamından görünür ki, X5 Bakı şəhəri Bülbülə qəsəbəsi,Bakı-Aeroport yolunun sol tərəfində 400(dörd yüz) kv.metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 01.10.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki,mərhumun digər vərəsələri miras əmlakdan pay tələb etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa,uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktlara aiddir və həmin işlərə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Beləliklə, məhkəmə arşdırması zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş digə sübutlarla müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 809 saylı,25.09.2021-ci il tarixli sərəncamı ilə X5 Bakı şəhəri Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 (dörd yüz) kv.metr ölçüdə torpaq sahəsi ayrılmışdır.X6 01.10.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi onun həyat yoldaşı olmaqla mirası faktik olaraq qəbul etmişdir. Digər vərəsələr mirasdan pay tələb etmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüququ barədə şəhadətnamə almaq üçün zəruridir. Ona görə də məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02.10.2018-ci ildə Bakı şəhərində vəfat etmiş X2 miras qalmış Bakı şəhəri Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 (dörd yüz) kv.metr ölçüdə torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki olaraq qəbul olunmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-593/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-593/2022
28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver