Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-594/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlunun və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlunun və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçılar Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlu və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3 saylı mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, “Rahatlığın Məkanı“ Məhdud Məsuliyyətli Cəmiyyətlə aralarında bağlanmış 03 yanvar 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, ünvan 1 ünvanında yerləşən evin, ümumi sahəsi 41.8 kv.metr olan 4 və 6 saylı mənzillərini Akt əsasında "xxxx" MMC-yə (bundan sonra “MMC” adlanacaq) təhvil verməyi öhdəliyini öz üzərimizə götürüblər. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC həmin mənzillərin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi öz öhdəsinə götürüb. "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı mənzili 3 yanvar 2017-cİ il tarixli müqaviləyə əsasən onların mülkiyyətinə verilib. Onlara məxsus, "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı mənzilin daşınmaz əmlak üzərində hüquqların dövlət eydiyytına alınması (özəlləşdirilməsi) məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ediblər. Həmin qurumdan sözügedən mənzilə dair borcun olmaması barədə arayışın təqdim edilməsi tələb olunub. Odur ki, mənzilə dair borcun olmaması barədə “Rahatlığın Məkanı" MMC-yə yazılı müraciət ediblər. Qeyd edirlər ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı mənzilə dair borcun olmaması barədə müraciətlərinə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş cavab məktubunda mənzilə görə borcun olmaması barədə arayışın verilməsi mümkün sayılmayıb. Hesab edirlər ki, cavabdeh "xxxx" MMC-nin onlara münasibətdə qərəzli mövqedən çıxış etməsi göz önündədir. Ona görə ki, cavabdeh "xxxx" MMC ilə onlar arasında bir neçə məhkəmə çəkişmələri olub və bütün məhkəmə qərarları onların lehinə çıxarılıb.
İş materialları:
3. "xxxx" MMC (MMC) ilə Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlu və İddiaçı2 (sakin) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə müqavilə bağlamış, bu zaman tərəflərə hüquq və vəzifələri izah edilmişdir. Müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı Akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
4. "xxxx" MMC tərəfindən Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlu və İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 184 saylı məktubdan görünür ki, "xxxx" MMC ilə X3 və İddiaçı2 arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və Bakı şəhəri Nizami rayonu Ə.Hacıycv keçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbəsində 3 saylı mənzil onların istifadəsinə verilib. İstifadə hüququ onlara həmin mənzilə köçüb yaşamaq hüququ verir, lakin mənzilə sərəncam hüququ vermir. Eyni zamanda bildirirlər ki, yuxarıda qeyd olunan müqaviləyə əsasən "xxxx" MMC-yə təhvil verdikləri ünvan 4 ünvanda yerləşən qəza vəziyyətindəki yataqxanada olan 4 və 6 saylı otaqlar onlara ünvanladıqları məktubda qeyd etdiklərinin əksinə olaraq heç vaxt onların mülkiyyətlərində olmayıb. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40A, 3 saylı mənzilə görə borcun olmaması barədə arayışın verilməsi mümkün sayılmayıb.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsinə dair ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı1 oğlu və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. ünvan 5 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq Rahatlığın Məkanı”MMC-nə təhvil verilməsi vəzifəsi İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulsun. İddiaçı1 oğlu və İddiaçı2 Şaqenovna həmin mənzildən çıxarılsınlar. Onların mənzildən çıxarılmaları və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsi eyni vaxtda icra edilsin qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinin "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və "xxxx" MMC-nin həmin iddia tələbləri üzrə icraata xitam verilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsinin "xxxx" MMC-nin “ünvan 6 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb "xxxx" MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunması, "xxxx" MMC-nin həmin iddia tələblərinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, (müvafiq qərardadla "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xitam verildiyi və qətnamənin həmin hissədə ləğv olunduğu nəzərə alınmaqla), apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manatın İddiaçı1 və İddiaçı2 Şaqenovnadan müştərək qaydada tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin xərci qismində 200 (iki yüz) manat Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun hesabına köçürülməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3837/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin iddiası təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edilmiş və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 7 ünvanında tikilmiş mənzilə dair X4 29 dekabr 2019-cu il tarixdə verilmiş çıxarış ləğv edilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “03 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı1, İddiaçı2, və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3217/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2599/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “cavabdehlər X3 və İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 8 ünvanda yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində olan 3 saylı mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
Tərəflərin izahatları:
11. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar yaşadığı binada çıxarış alan sakinlər var. 12.Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar tərəfindən çıxarışın alınması ilə bağlı müraciət edilib, iddiaçılardan həqiqətən də MMC-yə borcun olmamaması ilə bağlı arayış tələb edilib. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti isə iddiaçılara həqiqətən borcun olmamaması barədə arayış vermir. Qeyd olunan mənzilə dair Elnur Mustafayevin, cəmiyyətin təsisçisinin oğlunun adına tərtib olunmuş müqavilə və daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış Çıxarış məhkəmə qərarı ilə ləğv edilib. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin iddiaçılara qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələblərinə dair iddiası da təmin olunmayıb. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə bütün mülkiyyətçilər arasında bağlanan müqavilələrdə şablon olaraq “istifadəyə verilmə” sözü qeyd olunur. Sakin var ki, mənzilə çıxarış əldə edib, hətta mənzili satıb. Şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış əldə etdikdən sonra mənzilə mülkiyyət hüququ əldə edir. Əgər iddiaçıların həmin otaqlara mülkiyyət hüquqları yox idisə, nəyə görə MMC iddiaçılarla müqavilə bağlayıb.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ikimərtəbəli bina qəzalı vəziyyətdə olduğuna görə müvafiq Sərəncam əsasında sökülməli idi. Binada da faktiki yaşayan sakinlər var idi. Elə olurdu ki, order başqa şəxsin adına idi, amma otaqda faktiki olaraq başqa şəxslər yaşayırdılar. MMC də məcbur qalaraq binada yaşayan sakinlərlə müqavilə bağlayaraq istifadəsinə mənzil verib və ya pul ödəyib. MMC-yə təhvil verilən otağa iddiaçıların mülkiyyət hüququ olmayıb, istifadəsində olub, mülkiyyətində olmalarına dair sübut təqdim edilməyib. İddiaçılar maliyyə arayışı verilməsi üçün MMC-yə pul ödəməyiblər. MMC tərəfindən mənzil iddiaçıların mülkiyyətinə verilməyib. Müqavilədə mənzilin iddiaçıların istifadəsinə verilməsi qeyd olunub. Mənzilin istifadəsinə verilən şəxslərə maliyyə arayışı verilmir. Mənzil iddiaçıların istifadəsindədirsə, hüquqları da məhkəmə qaydasında tanınıbsa, heç kim iddiaçıları mənzildən çıxara bilməz, iddiaçılar orada yaşayacaqlar. Qanun mənzilin iddiaçıların mülkiyyətində verilməsinə icazə vermir. Mübahisə mənzillə bağlı daha əvvəl məhkəmə araşdırması olub, lakin heç bir qətnamədə yazılmayıb ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətinə verilsin. Yataqxanadakı otaq iddiaçıların istifadəsində olduğu üçün mənzilin onların istifadəsinə verilməsi ilə bağlı müqavilə bağlayıblar. Məhkəmə iddiaçıların mənzildə istifadə hüquqlarını tanıyıb, onlar istəsələr belə iddiaçıları mənzildən çıxara bilməzlər. İddiaçılar cəmiyyətə pul ödəmədiklərindən onlara maliyyə arayışının verilməsi mümkün deyil. Eskiz layihəsinin verilməsində mübahisə yoxdur, verə bilərlər. İddiaçılar istifadə hüquqlarının qeyd etdirmək istəyirlərsə müvafiq köməkliyi edə bilərlər. Məhkmə qərarlarına əsasən əvvəlki barışıq sazişi yeni müqavilə bağlandığından qüvvədən düşüb.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3, 139-1.1.6. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[ 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə).
İşin faktiki halı:
18. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7800/2016 saylı qərardadı ilə "xxxx" MMC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “məzildən çıxarılma” tələbinə dair mülki iş üzrə barışıq sazişi təsdiq edilərək, icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə X1 və İddiaçı2 mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 34 saylı yataqxananın hər birinin sahəsi 24.0 kv.m olan 4 və 6 saylı mənzillərin sökülməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürmüşlər. Barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldilməsi tərəflərə izah olunmuşdur. Həmin qərardad xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanılmış və müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı Akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən MMC-nin hüquq və vəzifələri inşaat işlərinə başlanılan gündən 3 ay ərzində təmirli mənzili "xxxx"in istifadəsinə vermək, mənzilin Sakinin istifadəsinə verilənə qədər aylıq kirayə haqqı ödəmək, "xxxx"in hüquq və vəzifələri isə bu müqavilə qüvvəyə mindikdən sonra mənzili və sənədsiz istifadəsində olan sahəni (əgər varsa) yubadılmadan ən geci 2 gün müddətində boşaldılıb MMC-yə təhvil vermək qeyd edilmişdir. Hazırda isə iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3 saylı mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq onlara verilməsi xahiş etmişlər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçlarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
20. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır.
21. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar).
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-862/2021 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 7 ünvanında tikilmiş mənzilə dair X4 29 dekabr 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 Şaqenovna və İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “müqavilə imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya istinad hüquqlarını itirdikləri" vurğulanaraq “Müqavilənin Predmeti” başlıqlı bəndə əsasən ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-yə təhvil verməyi (mad 1.1), MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi (mad 1.2) öhdələrinə götürmüşlər. Məmmədovlar mübahisəli mənzildə şirkət tərəfindən edilmiş təmirdən əlavə müəyyən qədər təmir işləri apararaq faktiki olaraq həmin mənzildə yaşayırlar. Bundan başqa, ünvan 9 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzilin alqı-satqısına dair 12 yanvar 2019-cu il tarixdə "xxxx" MMC ilə X5 arasında alqı-satqı müqaviləsi bağlanmışdır və qeyd olunan mənzil X2 mülkiyyətinə verilməklə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reyst kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kollegiyanın mövqeyinə görə, İddiaçı1 və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında 03 yanvar 2017-ci il tarixində müqavilə bağlandığından və həmin müqaviləyə xitam verilmədiyi müddət ərzində eyni mənzilin alqı-satqısı ilə bağlı X5 arasında 29 dekabr 2019-cu il tarixli müqavilə bağlana bilməzdi və bunun nəticəsi olaraq mənzilin E.Mustafayevin mülkiyyətinə verilməsi və bununla bağlı verilmiş çıxarış əsassızdır. xx.xx.2017-ci il tarixli müqavilənin 5.2-ci bəndində əsasən tərəflər arasında bağlamış xx.xx.2016-cı il tarixli barışıq sazişi xx.xx.2017-ci il tarixli müqavilə bağlandığı andan qüvvədən düşmüş hesab olunur. Məhkəmə kollegiyası qarşılıqlı iddia ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilə kirayə müqaviləsi yox, alqısatqı müqaviləsidir və həmin müqavilənin etibarsız hesab olunması və ya ləğvi üçün əsaslar mövcud olmadığından iddia əsassdır.
24. Belə ki, tərəflər arasında bağlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə X1 və İddiaçı2 mülkiyyətlərinə verməyi öhdələrinə götürmüşlər. Daha sonra tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və barışıq sazişi öz qüvvəsinə ititmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanılmış və müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı Akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İddiaçılar hazırda Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilində yaşayırlar.
25. Məhkəmə hesab edir ki, hazırda həmin mənzilə dair iddiaçılarnın hər hansı borcun olmaması barədə arayışın, habelə mənzilin eskiz layihəsinin cəmiyyət tərəfindən onlara verilməsi üçün hər hansı bir maneə yoxdur.
26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “
27. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
29. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.
30. Belə ki, ünvan 2 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otaqlar iddiaçıların istifadəsində olmuş, daha sonra isə cəmiyyətlə bağlanmış müqavilə əsasında yeni tikilmiş binada mənzillə təmin edilmişlər. Belə ki, iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilə öz mülkiyyəti kimi faktiki sahiblik edərək istifadə etmiş və onlar həmin mənzili mülkiyyət hüququ üzrə əldə etmək üçün “qanuni gözlənti”yə malik olmuşlar. Hazırkı vaxta kimi iddiaçılar həmin mənzildən istifadə və sahiblik edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hər hansı borcun olmaması arayışı və həmin mənzilin eskiz layihəsini cavabdehdən almaq hüququ vardır.
31. Həmçinin, qeyd edildiyi kimi əvvəkli məhkəmə araşdırmaları ilə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə kirayə müqaviləsi yox, alqı-satqı müqaviləsi kimi qiymətləndirilmişdir. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsindən sonra cəmiyyətin iddiaçılarla xx.xx.2017-ci il tarixli müqaviləni bağlaması ilə cəmiyyət iddiaçıların əmlakın mülkiyyətçisi kimi əmlakdan istifadə və sahiblik etdiyini qəbul etmişdir.
32. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Məhkəmə xərcləri:
33. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçı Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlunun özünə aid edilməlidir.
Nəticə:
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilə dair eskiz layihəsi və Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlunun və İddiaçı2 hər hansı borcun olmaması barədə maliyyə arayışı cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılar Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğluna və İddiaçı2 təhvilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçı Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğluna aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilə dair eskiz layihəsi və Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğlunun və İddiaçı2 hər hansı borcun olmaması barədə maliyyə arayışı cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılar Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğluna və İddiaçı2 təhvil verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçı Məmmədov Fı̇ zuli Mı̇ rzəli oğluna aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva