Məhkəmə qərarları › İş №2(007)-601/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-601/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-601/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6055 AZN (altı min əlli beş manat) məbləğində borcun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu, habelə 0,40 AZN (40 qəpik) bank xidmət haqqı olmaqla, cəmi 6085,40 AZN (altı min səksən beş manat 40 qəpik) məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14.05.2018-ci il tarixdə, Vilayət Quliyevin, Mehman Mamedovun və Cavid Muradovun (imzaları ilə təsdiq olunmuş) şahidliyi ilə Cavabdeh 7055 AZN (yeddi min əlli beş manat) məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu 2 (iki) ay müddətinə tam şəkildə qaytarmaq şərti ilə ondan almışdır. Lakin maddi imkanı olmadığından o, götürdüyü pulu vaxtında qaytara bilməmişdir. Daha sonra cavabdeh 17.09.2018-ci il tarixdə özü əl yazısı ilə izahat yazaraq bildirmişdir ki, ondan 14.05.2018-ci il tarixdə götürdüyü 7055 AZN (yeddi min əlli beş manat) məbləğində borc pulu, 17.09.2018-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat ödəyəcəyini qeyd etmişdir. Lakin cavabdeh verdiyi vədləri əməl etməmiş, hazırki tarixə kimi cəmi 1000 (min manat) pul ödəmişdir və qalıq 6055 AZN (altı min əlli beş manat) məbləğində pul ödənilməmişdir. Cavabdehə vermiş olduğu məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərmiş. Lakin cavabdeh həmin məbləği vaxtında geri qaytarmadığına görə o, 6055 AZN məbləğində pulu dəyərləndirə bilməmişdir. Buna görə də, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat versə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 22 aprel 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, cavabdehə Quliyev Vilayət, Məmmədov Mehman və Muradov Cavidin iştirakı ilə 7055 manat məbləğində pul vermişdir. Cavabdehin anası demişdir ki, hər ay 150 manat pensiya pulundan verəcəkdir, lakin hazırkı vaxta qədər borcdan 1000 manat qaytarılmış, lakin borcun qalanı qaytarılmamış, daha sonra ümumiyyətlə borcdan imtina etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iş materiallarına olan qəbzi özü yazmış və imzalamışdır bu zaman ona qarşı heç bir təzyiq olmamış, öz iradəsinə uyğun tərtib etmişdir. İddiaçı şahidlərin yanında ona pul verməmişdir. İddiaçıdan 7055 manat məbləğində pul almamışdır, ondan 3000 manat pulu şəxsən almasa da, bir xanım vasitəsi ilə almışdır. İddiaçı ondan 2800 manat məbləğində mal götürmüşdür. Buna görə də iddiaçı borcdan 1000 manat çıxmışdır. Qeyd edilənlərə əsəsən iddianın rədd edilməsini xahiş etdi. 22 aprel 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, o, tərəfləri tanıyır və hər ikisi ilə münasibəti normaldır. Nəriman Elvinə onun yanında 1500 manat pul vermişdir. Çayxanada Elvin kağızda yazmışdır ki, Nərimana 7055 borcu var. O, özü də kağıza qol çəkmişdir. Elvin yazını onun yanında yazmamışdır, yazdıqdan sonra o, tanış olaraq imzalamışdır. 22 aprel 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərmişdir ki, o, tərəfləri tanıyır. İddiaçı ilə münasibəti yaxşıdır, cavabdehə qarşı da heç bir qərəzli münasibəti yoxdur. Nəriman Elvinə onun yanında 3000 manat pul vermişdir. Başqa da Elvin Nərimandan 1500 manat pul almışdır, amma pul onun yanında verilməmişdir. Kağızı kafedə imzalamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh 17.09.2018-ci il tarixli izahatından görünür ki, o, 14 may 2018-ci il tarixdə İddiaçı 7055 manat məbləğində pulu bacısı oğlu Lətfov Raminin türmədən çıxarmaq üçün və maşın almaq üçün iki ay müddətinə borc pul götürmüşdür. Buna maxmayaraq 17.10.2018-ci il tarixinə qaytara bilməmişdir. Dəfərlərlə bu işi orta məxrəcə gətirmək üçün valideynləri ilə görüşmüşdür, amma maddi vəziyyəti pis olduğu üçün pulu qaytara bilməmişdir. 7055 manat pulu götürəndə yanında Quliyev Vilayət, Mamedov Mehman, Muradov Cavidin iştirakı ilə götürmüş və öz ərizələri ilə təsdiq edə bilərlər.17.09.2018-ci il tarixdə hər ay 200 manat İddiaçı təqdim edəcəkdir. Şahidlərin qarşısında söz verir ki, hər ayın 17-si pulu ödəyəcəkdir və öz izahatını könüllü olaraq imzası ilə təsdiqləyir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, iddiaçı 14.05.2018-ci il tarixdə, Vilayət Quliyevin, Mehman Mamedovun və Cavid Muradovun şahidliyi ilə Cavabdeh cəmi 7055 AZN (yeddi min əlli beş manat) məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu 2 (iki) ay müddətinə tam şəkildə qaytarmaq şərti ilə ondan almışdır. Lakin maddi imkanı olmadığından o, götürdüyü pulu vaxtında qaytara bilməmişdir. Daha sonra cavabdeh 17.09.2018-ci il tarixdə özü əl yazısı ilə izahat yazaraq bildirmişdir ki, ondan 14.05.2018-ci il tarixdə götürdüyü 7055 AZN (yeddi min əlli beş manat) məbləğində borc pulu, 17.09.2018-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat ödəyəcəkdir. Lakin cavabdeh verdiyi vədləri əməl etməmiş, hazırki tarixə kimi cəmi 1000 (min manat) pul ödəmişdir və qalıq 6055 AZN (altı min əlli beş manat) məbləğində pul ödənilməmişdir. Cavabdehə vermiş olduğu məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərmiş. Lakin cavabdeh həmin məbləği vaxtında geri qaytarmadığına görə o, 6055 AZN məbləğində pulu dəyərləndirə bilməmişdir. Buna görə də, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat versə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 14 may 2018-ci il tarixdə 7055 (yeddi min əlli beş) manat məbləğində borca pul götürərək, borcunu iki ay müddətinə qaytaracığını öhdəsinə götürmüşdür. Bu hal iş materillarında olan və cavabdeh tərəfindən tərtib edilmiş 17.09.2018-ci il tarixli yazılı izahatından da görünür. Qeyd edilən izahat şahidlər Quliyev Vilayət, Məmmədov Mehman və Muradov Cavidin iştirakı ilə tərtib edilmişdir. Məhkəmə iclasında izahat verərək cavabdeh özü də bildirmişdir ki, qeyd edilən izahatı heç kimin təzyiqi altında tərtib etməmiş, ona hədə-qorxu olunmamış, könüllü şəkildə tərtib edərək imzalamışdır. Hazırkı vaxta kimi cavabdeh borcundan 1000 (min) manat qaytarmışdır. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçı ona 7055 manat yox, 3000 manat məbləğində pul vermiş, o da iddiaçıya 2800 manat məbləğində mal vermişdir və iddiaçı da onun borcundan 1000 manatı silmişdir. Lakin məhkəmənin yaranmış ziddiyyətlə yəni, 17.09.2018-ci il tarixli yazılı izahatla, məhkəmə iclasında verilmiş izahat arasında yaranmış anlaşılmazlığın müəyyən edilməsi məqsədi ilə cavabdehə verilmiş suallar cavabsız qalmış, cavabdeh yazılı izahatdakı imzanın ona aid olduğunu və izahatı öz iradəsinə uyğun tərtib etdiyini bildirmişdir. Beləliklə, Cavabdeh iddiaçıdan 7055 manat deyil, 3000 manat məbləğində borca pul götüməsinə, iddiaçıya 2800 manat məbləğində mal təhvil verməsinə dair istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh iddia ərizəsinə etiraz kimi göstərdiyi dəlilləri sübut edə bilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6055 (altı min əlli beş) manat məbləğində pul, məhkəməyə iddia ərizəsinin verilməsini üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6055 (altı min əlli beş) manat məbləğində pul, məhkəməyə iddia ərizəsinin verilməsini üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar