Məhkəmə qərarları › İş №2(007)-61/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-61/2022

28.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-61/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh "İnşaat Konstruksı̇ yaları” MMC-nin vəkili və nümayəndəsi X1 Mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərzəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.05.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 02.08.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağladığı ilkin alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşər ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili almışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.1-ci maddəsinə əsasən satıcı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ü/s 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili 30.12.2019-cu il tarixində təhvil verməyi öz üzərilərinə götürmüşlər. Lakin dəfələrlə müraciətlərinə baxmayaraq buna məhəl qoyulmamış və onun mənzili ona təhvil verilməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması onun maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 ərizə verərək, mülki işə üçüncü şəxs kimi qoşulmuş və həmin mənzilə dair müqavilə təqdim etmişdir. İlkin təqdim edilən müqavilədə heç bir nömrə yoxdur və sonrakı verilən müqavilə isə tamamilə uydurma əqddir. Qanunvericiliyin tələbi pozulmaqla bağlanmış bir müqavilədir. Ona görə də həmin müqavilənin etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Bundan başqa o qeyd etmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq onunla cavabdeh arasında qanuna uyğun müqavilə bağlandığına görə onların həmin mənzilə sahiblik və istifadə hüquqları yaranır. Bu səbəbdən onların sahiblik və istifadələrinə olan maneə aradan qaldırılmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, aralarında barışıq olmamış, iddiaçının ilkin alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış və iddiaçı tərəfindən 81.472 manat notariusa köçürülmüş və həmin pul cavabdeh tərəfindən qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, mülki işə üçüncü şəxs qismində qoşulmuş Cavabdeh2 onlardan öncəki vaxta müqavilə təqdim edir ki, həmin ev ilk onlara satılmışdır. Lakin, həmin müqaviləni Cavabdeh2 imzalamamışdır. Sonradan onlar vəsatətlər verərək həmin müqavilənin qeydiyyat jurnalını məhkəməyə təqdim edilməsini tələb etsələr də həmin müqavilələrin qeydiyyat jurnalını cavabdeh məhkəməyə təqdim etməmişdir. Sonradan cavabdehin nümayəndəsi binanın mərtəbələrinin çoxaldılmasını və mənzillərin nömrələrinin dəyişməsini qeyd etmişdir. Sonra 204 mənzil 234 nömrəli mənzil kimi göstərilmişir. Binanın lahiyəsi dəyişdiriləndə, yeni mərtəbələr artırılanda bu mənzilin nömrəsi dəyişməz olaraq qalır, digər artırılan mənzillərə nömrələr verilir. Cavabdeh2 şirkətə ərizə ilə müraciət edərək mənzilinin nömrəsinin dəyişdirilməsini xahiş etmişdir. Şirkət Fatmaya cavab olaraq bildirmişdir ki, binaya əlavə olaraq iki mərtəbə artırıldığı üçün nömrələr dəyişmişdir. Burada üçüncü şəxsin müqaviləsi formal şəkildə pərdələnmək şəklində yaradılan bir müqavilədir. Məhkəmə gedən zaman 05.08.2021-ci il tarixdə MTK tərəfindən tərəfə məktub verilib və sonradan yeni nömrə ilə 234 nömrəli mənzil qeyd olunmaqla köhnə tarixə 08.05.2019-cu il tarixə 2021-ci ildə müqavilə bağlanıb. 2021-ci ildə bağlanan müqavilənin tarixi isə 08.05.2019-cu il göstərir, yəni burada da görünür ki, bu müqavilə digər müqaviləni pərdələmək məqsədi ilə bağlanıb. İddiaçı ilə MTK arasında MTK-da müqavilə bağlanmışdır. O, cavabdeh "İnşaat Konstruksı̇ yaları” MMC-nin iş üzrə məhkəmə icraatının dayandırılması barədə vəsatətinə münasibətdə qeyd etdi ki, vəsatətə etiraz edir, vəsatət işi uzatmaq məqəsdi daşıyır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini, şirkət rəhbərinin iddiaçı ilə barışıqla bağlı danışıqlar apardığını və müəyyən məbləğlə aralarında razılıq əldə etdiklərini, iddiaçının ödədiyi vəsaitin yarısını qaytaracaqlarını amma ödəmə ilə bağlı 15-20 gün müddət lazım olduğunu bildirdi. O, həmçinin mənzil satışı ilə bağlı qeyd etdi ki, mənzil Ənvərə satılmamışdır, İddiaçıla MTKnın rəhbərinin münasibətləri yaxşı olmuş, hansısa formada aralarında başqa bir razılaşmaya görə mənzil Ənvərə formal olaraq verilmiş, amma rəsmiyyətdə alqı-satqı ilə pulunu alaraq başqa bir nəfərə satlmışdır. Ənvər bu mənzilə pul verməyib. Ənvər həmin ərəfədə necə edibsə belə bir qəbzi alıb. Bugünki gün Ənvərlə MTK arasında razılığa gəlmişlər ki, MTK Ənvərə 40.000 manat pul ödəyəcək və bu məsələ bağlanacaq. Onlar iddiaçı tərəflə şərt kəsmişlər ki, bu pul ödənildikdən sonra Ənvər məhkəməyə xitam verilməsi üçün ərizə verəcək. 204 nömrəli mənzillə bağlı məhkəmə qətnaməsi icrasında da problemlər olacaq. Üçüncü şəxsin müqaviləsində Fatma xanımın imzasının olubolmamasının bir mahiyyəti yoxdur, vətəndaşın imza etməməsi normaldır, əsas odur ki, MTK-nın imzası var. O əlavə olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan 2(008)-1389/2022 saylı mülki işə baxılana və həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək, hazırki işin icraatının dayandırılmasının zəruri olduğunu bildirdi və vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiklərini, MTK ilə Ənvər arasında bağlanmış müqavilənin başqa bir əqdi pərdələmək üçün bağlandığını, Ənvərə müqavilədə 30.12.2019-cu il tarixdə mənzilin təhvil verilməsi göstərildiyini bildirdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçı bu müqavilə ilə onlara satıldığını iddia etsə də, ilkin alqı-satqı müqaviləsindən başqa bir müqavilə təqdim olunmamışdır. Bundan başqa Fatma xanım tərəfindən mənzil 08.05.2019-cu il tarixdə alınıb, amma 02.08.2019-cu il tarixdə iddiaçı ilə MTK arasında müqavilə bağlanıb. Həmin 2 otaqlı mənzil Fatma xanım tərəfindən ödəniş tam ödənilməklə alınıb. Bunula bağlı kifayət qədər sübutlar iş materiallarına əlavə edilib. Fatma xanım yaşlı qadın olduğu üçün imza edilməmişdir və orada MTK-nın imzası yetərlidir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.05.2019-cu il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan hər kv.m üçün 1000 manat ödənilməklə 204 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında Payçı Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 101840 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş, müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. - 08.05.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3cü giriş, 16-cı mərtəbə ümumi sahəsi 101.84 kv.m olan 204 saylı mənzilin dəyərini tam ödəmişdir. - "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.05.2019-cu il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan hər kv.m üçün 1000 manat ödənilməklə 234 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında Payçı Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 101840 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - 08.05.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 101840 manat məbləğ "xxxx" MMC-nin hesabına ödənilmişdir. - 08.05.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3cü giriş, 16-cı mərtəbə ümumi sahəsi 101.84 kv.m olan 234 saylı mənzilin dəyərini tam ödəmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında notarial qaydada bağlanmış 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı 30.12.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüşdür. - 02.08.2019-cu il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 02.08.2019-cu ul tarixli alqı-satqı üzrə 14 saylı notariat ofisinin xüsusi notariusu X2 hesabına 81472 manat məbləğ köçürülmüşdür. - 09.05.2021-ci il tarixli təmir arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3cü giriş, 16-cı mərtəbə ümumi sahəsi 101.84 kv.m olan 234 saylı mənzilinin ona məxsus olduğu və təmirə buraxıldığı müəyyən olunmuşdur. -"xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 05.08.2021-ci il tarixli, 213 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının nəzərdə tutulmuş 15 mərtəbəyə əlavə olaraq 2 mərtəbə inşa olunduğu üçün mənzillərin nömrələrində fərq yaranmış, bu səbədən 08.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus 3-cü blok, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 saylı mənzilin nömrəsi dəyişilərək yeni nömrə ilə 234 saylı mənzil kimi müəyyən edilmiş, köhnə nömrə ilə 174 saylı mənzil yenidən nömrələnmə zamanı nömrəsi dəyişilərək 204 saylı olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı notarial qaydada 02.08.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzili dəyərini ödəməklə almışdır. Müqavilə əsasında, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı 30.12.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüuqqunu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçının dəfələrlə müraciətlərinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin mənzil ona təhvil verilməmişdir. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı əvvəl "xxxx" MMC ilə 08.05.2019-cu il tarixdə müqavilə bağlayaraq ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan 234 saylı mənzili dəyərini ödəməklə almışdır. Hazırda İddiaçı 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.05.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ilkin 08.05.2019-cu il tarixli müqavilədə Cavabdeh2 imzası olmamış, İddiaçı müqaviləsi notarial qaydada bağlandığı halda, Cavabdeh2 adına ilkin tərtib olunan müqavilədə tarix, alıcının adı və soyadı, mənzilin ünvanı və nömrəsi əllə yazılmış və müqavilənin nömrəsi qeyd edilməmişdir. Məhkəmə eyni zamanda bildirir ki, müqavilənin ilkin formasında mənzilin nömrəsi 204 qeyd edilsə də, 08.05.2019-cu il tarixli sonrakı müqavilədə mənzilin nömrəsi 234 qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ilkin 08.05.2019-cu il tarixli ilkin müqavilə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmışdır. Belə ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Lakin, müqavilə üzrə Cavabdeh2 imzası mövcud olmamışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi isə notarial qaydada təsdiq edilmiş, müqavilə zamanı mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olmuş və tərəflərin imzası öz əksini tapmışdır. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan vəsait notariusun hesab vasitəsi ilə cavabdeh MTK-ya ödənilmişdir. O cümlədən məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 05.08.2021-ci il tarixli, 213 nömrəli məktubla "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının nəzərdə tutulmuş 15 mərtəbəyə əlavə olaraq 2 mərtəbə inşa olunduğu üçün mənzillərin nömrələrində fərq yarandığını və bu səbəbdən 08.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus 3-cü blok, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 saylı mənzilin nömrəsinin dəyişilərək yeni nömrə ilə 234 saylı mənzil kimi müəyyən edildiyini bildirmişdir. Cavabdeh2 05.08.2021-ci il tarixdə bu barədə məktubla məlumatlandırıldığı halda 08.05.2019-cu il tarixli müqavilədə və kassa mədaxil orderində həmin mənzilin nömrəsinin 234 olması ağlabatan deyildir. Bundan əlavə 2019-cu ilin may ayında 204 saylı mənzillə bağlı MTK ilə Cavabdeh2 arasında əqd bağlanılmasına dair müqavilə bağlanılması, sonradan mənzilin nömrəsinin 234 nömrəyə dəyişdirilməsi ilə bağlı müqavilənin ləğv edilərək yeni müqavilənin bağlanılması bildirilsə də, müqavilənin bağlanıldığı gün, yəni 08.05.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən mənzilə dair 101840 manat ödənilməsi ilə bağlı kassa mədaxil orderində mənzilin nömrəsi 204 göstərilməli olduğu halda 234 göstərilmişdir. Belə olan halda qeyd olunanlar məhkəməyə mübahisəli mənzillə bağlı Cavabdeh2 ilə "xxxx" MMC arasında tərtib edilmiş müqavilənin İddiaçı ilə müqavilə bağlanıldıqdan sonrakı tarixlərdə bağlanılması qənaətinə gəlməyə əsas verir və bu hallar nəticə etibarı ilə 08.05.2019-cu il tarixli müqavilənin etibarsız sayılmasına zəmin yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 25.09.2020-ci il tarixdə müraciət edildiyi və iş üzrə mübahisəli mənzilədə təmir-tikinti işlərinin aparılması məhkəmənin 30.09.2020-ci il tarixli qərardadı ilə qadağan edilməsinə baxmayaraq cavabdeh MTK tərəfindən həmin qərardada məhəl qoyulmadan 09.02.2021-ci il tarixdə Cavabdeh2 mənzilə dair təmir arayışı təqdim edilmişdir. Məhkəmə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının nəzərdə tutulmuş 15 mərtəbəyə əlavə olaraq 2 mərtəbə inşa olunduğu üçün mənzillərin nömrələrində fərq yarandığından 08.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus 3-cü blok, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 saylı mənzilin nömrəsinin dəyişilərək yeni nömrə ilə 234 saylı mənzil kimi müəyyən edilməsinə münasibətdə bildirir ki, binanın lahiyəsi dəyişdiriləndə, yeni mərtəbələr artırılanda mənzilin nömrəsi dəyişməz olaraq qaldığından və digər artırılan mənzillərə nömrələr verildiyindən bu faktı da inandırırcı hesab etmir. Bundan əlavə iddiaçı tərəf vəsatətlər verərək Cavabdeh2 ilə "İnşaat Konstruksı̇ yaları” MMC arasında bağlanmış müqavilənin qeydiyyat jurnalını məhkəməyə təqdim edilməsini tələb etsələr də həmin müqavilələrin qeydiyyat jurnalını cavabdeh MTK məhkəməyə təqdim etməmiş, mübahisəli mənzilin nömrəsinin əvvəl 174, sonda 204 və bundan sonra isə 234 nömrəyə dəyişdirilməsi bildirilsə də bu hallar məhkəmədə sübut olunmamışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə həmçinin qeyd edir ki, "İnşaat Konstruksı̇ yaları” MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzili İddiaçı təhvil verməmişdir. Məhəkmə hesab edir ki, İddiaçı Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, mənzilin onun sahiblik və istifadəsinə verilməsini, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsini öhdəliyin icrasını gecikdirmiş cavabdeh "xxxx" MMC-dən tələb etməkdə haqlı olmuşdur. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında notarial qaydada bağlanmış 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı 30.12.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüş, müqavilədə tərəflər öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ olması, eyni zamanda tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən aslı olmayan səbələrdən mümknü olmazsa “Satıcı” “Alıcı”dan aldıqları vəsaiti geri qaytarması və bu zaman tərəflərin ilkin vəziyyətin bərpa olunması müəyyən olunmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil İddiaçı mülkiyyətinə və sahibliyinə verildiyindən, sonuncu tərəfindən nəzərdə tutulmuş vəsait ödənildiyindən müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyindən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Məhkəmə cavabdehin iş üzrə 2(007)-61/2022 saylı mülki işin icraatı dayandırılması barədə vəsatətini əsassız hesab edərək qeyd edir ki, tərəflərin müraciətlərinə əsasən aralarında barışığa gəlməklə əlaqədar məhkəmə iclasları təxirə salınmasına baxmayaraq "xxxx" MMC tərəfindən başqa məhkəməyə müraciət edilərək İddiaçı ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv eilməsi ilə bağlı iddia qaldırılması əsas gətirilərək artıq 25.09.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş hazırki iddia ərizəsi üzrə başalanılmış 2(007)-61/2022 saylı mülki işin icraatının dayandırılmasını işin lüzumsuz uzadılmasına, vaxtında qərar qəbul edilməməsi nəticəsində iddiaçının və digər cavabdehin mübahisəli mənzillə bağlı gözləntilərinin yubadılmasına xidmət etdiyindən vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC iləİddiaçı arasında bağlanmış 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verilməli, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalı, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.05.2019-cu il tarixli, 234002 saylı müqavilə etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 02.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzil İddiaçı sahiblik və istifadəsinə verilsin, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın və bu mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsi cavabdeh "xxxx" MMCnin üzərinə qoyulsun. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.05.2019-cu il tarixli 234002 saylı müqavilə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar