Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-629/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qasım qızı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, onun mərhum X1 1925-ci ildə anadan olub və 20 oktyabr 2012-ci ildə vəfat edib.Bu barədə ölum haqqında şəhadətnamə vardır. X1 xəstə olduğuna görə 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək onun himayəsində olub və həmin illəri ona qulluq etmişdir.O, X1na 2001-ci ildən 2012-ci ilədək qulluq etdiyi illəri sığorta stajına əlavə elmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Muafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı müraciət etmişdir.Lakin ona məhkəməyə müraciət etməsinin qanuna müvafiq olunduğu bildirilib. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Qeyd olunanları nəzərə alıb onun 1925-ci ildə andan olmuş 2012-ci ildə vəfat etmiş X1na 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20dək qulluq etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Muafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki,Ərizəçi Qasım qızı 02.09.1959-cu il tarixdə Ermənistan respublikasında anadan olmuşdur.X2,anası X5r. 67 saylı MKİS-dən verilmiş 221 saylı,20.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Qasım qızı Bakı şəhəri,M.H.Kazımov küçəsindəki 21 saylı evdə qeydiyyatdadır və qonşuların tərtib etdiyi akta əsasən anası X7 xəstə və yaşı çox olduğuna görə 2001-ci ildən 2012-ci ilədək(vəfat etmə gününədək)anasına baxmışdır,onunla birlikdə yaşamışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 11 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Muafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Ərizəçi ünvanladığı 03.06.2021-ci il tarixli məktubunda qeyd olunur ki,anasına qulluq etmə illərinin sosial sığorta stajına daxil olunması barədə ərizə təmin olunmamışdırş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, 1978-ci ildə Ermənistanın, İcəvan rayonundan Bakıya məcburi köçmüşdür, Nazgül isə 1988-ci ildən Bakı köçüb və həmin vaxtdan onunla yaxınlıq edir. Onun anası Pürzə xala ilk vaxtlar işləyib özünü dolandırırdı, lakin sonradan xəstəliyi ilə əlaqədar işdən çıxdı işləyə bilmədi, buna görə də, Nazgül məcbur olaraq ona qulluq etməyə başladı. Həmin vaxtdan Pürzə xala vəfat edən günə kimi Nazgül ona qulluq edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Nazgül ilə 1988-ci ildən qonşudur. Nazgülün anası Pürzə xanım uzun illər xəstə olub, özünü idarə edə bilməyib. Hətta müəyyən vaxtlar Nazgül evdən çıxıb iş dalınca gedən zaman, ondan xahiş edirdi ki, müəyyən müddət anasına göz-qulaq olum. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Nazgül ilə uzun illərdir ki, qonuşul edir. Onun anası Pürzə xanım xəstələndiyi üçün hərəkət etmək iqtidarında olmayıb və Nazgül məcbur olaraq ona evdə illərcə qulluq edib. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ərizəçi 1925-ci ildə andan olmuş,2012-ci ildə vəfat etmiş X1na 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək qulluq etmişdir və bununla əlaqədar işləyə bilməmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə sosial sığorta stajının müəyyən olunması üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Qasım qızının 1925-ci ildə andan olmuş,2012-ci ildə vəfat etmiş anası X3 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək qulluq etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1925-ci ildə andan olmuş, 2012-ci ildə vəfat etmiş X1na 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək qulluq etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-629/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-629/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver