Məhkəmə qərarları › İş №2(007)-631/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-631/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-631/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, ev 19, 13 saylı mənzilinə istifadə hüququna xitam verilməklə həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, ev 19, 13 saylı mənzil ona satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı qeydiyyat nömrəsi olan Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 19 saylı evin 13 saylı mənzili onun tam mülkiyyətindədir. Onun mülkiyyətində olan mənzildə əvəllər qeydiyyatda olan Cavabdeh mənzili ona satdıqdan sonra xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxacağını bildirsə də, lakin o, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır. Bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması ona məlum deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mənzilin alqı-satqısı olan zaman cavabdeh səhəri gün qeydiyyatdan çıxacağına söz vermiş, amma o, qazı suyu öz adına keçirəndə hələ də cavabdehin qeydiyyatda olduğunu bilmiş və məhkəməyə müraciət etmişdir. Cavabdeh mübahisəli mənzildə yaşamır və onun harada yaşaması barədə məlumatı yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - 34 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 71 saylı arayışından görünür ki, X1 rayonu, ünvan 2 ünvanında yaşayır. X7 və X8 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 29-cu mənzildə köhnə sakin olaraq qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisi Cavabdeh tərəfindən 6 saylı Bakı “Asan xidmət” mərkəzi Notariat ofisində bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən mənzili iddiaçının faktiki sahibliyinə verməyi ödəsinə götürmüşdür. Həmin müqavilənin 11ci bəndinə görə cavabdeh xx.xx.2022-ci il tarixdə mənzili iddiaçının faktiki sahibliyinə verməyi öz üzərinə götürmüşdür. Lakin öz üzərinə götürdüyü öhdəliyə riayət etməmiş, qeydiyyatdan çıxmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, 19 saylı evin 13 saylı mənzilini iddiaçıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli Arayışa əsasən, cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. X3, X9, X2 tərtib etdiyi və imzaları ilə təsdiq etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı ünvan 1 ünvanına qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evə istifadə hüququnu itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehin sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hər hansı şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması səlahiyyətinə müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) malikdir. Buna görə də iddia tələbi cavabdehlərin sözügedən mənzildən qeydiyyatından çıxarılmalarına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, 19 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən 19 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar