Məhkəmə qərarları › İş №2(007)-638/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-638/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-638/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 15 saylı Xüsusi Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 15 saylı Xüsusi Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, onun atası X8 16 oktyabr 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atasının ölümü Bakı şəhəri Nizami rayon VVADQ Şöbəsində 14 fevral 1996-cı il tarixdə qeydiyyata alınmışdır. X1 isə 26 aprel 2010-cu il tarixdə vəfat etmişdir. Atası ilə anasln rəsmi nikahından ondan başqa, X5 və X9 adlı iki uşaqları anadan olmuş və sonuncular ataları X2 miras qalmış əmlakdakı paylarından Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisində onun xeyrinə imtina etmişlər. Atasından miras qalmış əmlak Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 334 saylı bağ sahəsindən ibarətdir. O mərhum atasından qalmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 334 saylı bağ sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi 04 oktyabr 2020-ci il tarixli 741 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 16 oktyabr 1995-ci ildə Bakı şəhərində ölmüş X3 qanun üzrə birinci növbəli vərəsəsi o və qardaşlarından ibarətdir. Hüquqi savadı olmadığından atası X3 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğuz barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Qeyd olunanlara əsasən onun 16 oktyabr 1995-ci ildə Bakı şəhərində ölmüş X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 15 saylı notariat kontoruna məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan AR ƏN Bakı şəhəri 15 saylı xüsusi notariat kontorunun vətəndaş Ərizəçi ünvanlanmış cavab məktubunda qeyd olunur ki, 16.10.1995-ci il tarixdə vəfat etmiş qardaşı X3 adına açılmış vərəsəliyin qəbul edilməs müddəti ötürülmüşdür. Vərəsəliyin qəbul müddətinin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 519281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi anadan olmuşdur. Ata qrafasında X8, ana qafasında isə X7 qeyd olunmuşdur. İş materiallarında olan İV-JQ seriyalı 437844 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 16.10.1995-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabında 14.02.1996-cı il tarixdə 151 nömrə ilə qeydiyyat aparılmışdır. Ölümün səbəbi kəskinürək çatmamazlığı olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 404083 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 26 aprel 2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabında 14.05.2010-cu il tarixdə 345 nömrə ilə qeydiyyat aparılmışdır. Ölümün səbəbi ürək dayanması olmuşdur. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı 18.09.2020-ci il tarixli məktubunan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 25.12.1992-ci il tarixli 2217 saylı sərəncamına əsasən bağ sahəsini ayrılması ada keçirilməsi haqqında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02.06.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Ərizəçi Bakı şəhəri Ləhiş bağlar massivində bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. İş materiallarında olan 03.01.1994-cü il tarixli bağın icarəyə verilməsi barədə 27094 nömrəli müqavilədən görünür ki, X6 Bakı şəhəri Ləhiş bağlar massivində 0.12 hektar bağ sahəsi 16.01.1990-cı ildən 16.01.2020-ci ilədək icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa,uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki, mərhum X8 iddiaçının doğma atasıdır. X8 16.10.1995-ci il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 334 saylı bağ sahəsi miras qalmışdır. 16 oktyabr 1995-ci ildə Bakı şəhərində ölmüş X3 qanun üzrə birinci növbəli vərəsəsi iddiaçı və qardaşlarından ibarətdir. X5 və X9 ataları X2 miras qalmış əmlakdakı paylarından Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisində iddiaçının xeyrinə imtina etmişlər. İddiaçı mərhum atasından qalmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 334 saylı bağ sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi 04 oktyabr 2020-ci il tarixli 741 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mirasın qəbulu barədə ərizə üzürlü səbəblərdən gec verilmişdir. Belə ki, iddiaçının hüquqi savadı olmadığından atası X3 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğu barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Ərizəçi 16 oktyabr 1995-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin olunsun. Ərizəçi 16 oktyabr 1995-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət Ərizəçi münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar