Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-641/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 46 A, saylı evin, 10 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 46 a, saylı evin 10 saylı 1 otaqlı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.02.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarış verilmişdir. Əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 633 nömrəli reyestr kitabının 58144 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh bacısının həyat yoldaşıdır. Onun Bakı şəhərində qeydiyyatı olmadığından Bakı şəhərində işə düzəlmək üçün müraciət etdiyi şirkət tərəfindən işə qəbul edilmədiyi üçün o, cavabdehin həmin probleminin həll edilməsi üçün mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Cavabdeh qeyd etdiyi əsasla mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, bir gün də olsun həmin mənzildə yaşamamışdır. Formal olaraq mənzildə qeydiyyatda qalmaqda davam edir. Belə bir vəziyyətdə onun qanunla qorunan mülkiyyət hüququ pozulur. Bununla yanaşı cavabdeh mənzildə yaşamadığı və formal olaraq qeydiyyatda qaldığı halda o, cavabdeh üçün də yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və kommunal xidmətlərə görə haqq ödəyir. O, cavabdehin mənzilindən qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinə etdiyi müraciətə də 05.10.2020-ci il tarixli 087- 2422LÇ-3220 saylı məktula cavab olaraq bildirmişlər ki, Cavabdeh qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək tövsiyyə edilir. Cavabdeh öz təşəbbüsü ilə mənzildən qeydiyyatdan çıxmadığı üçün o məcbur olub pozulmuş hüqüqunun müdafiəsi üçün məhkəməyə müraciət edir. Göründüyü kimi cavabdehin mülkiyyətində olan mənzildə istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır.Onun mənzildə qeydiyyatda qalması onun mülkiyyətində olan əmlakı üzərində sərbəst şəkildə istifadə və sərancam hüququnu pozur. Ona görə də cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.02.2013-cü il tarixli RX seriyalı № ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 633 nömrəli reyestr kitabının 58144 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 05.10.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X4, X1, X7 və X6r. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 05.10.2020-ci il tarixli 087-24221Ç-3220 saylı məktubundan görünür ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən, azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 03.11.2020-ci il tarixli 087-27713-1220 saylı məktubundan görünür ki, Cavabdeh ünvan 2 ünvanından 16.05.2014-cü il tarixdə ASAN-2 tərəfindən qeydiyyata alındığından onun barəsində tərəflərindən məlumatların verilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 04.11.2020-ci il tarixli 018-11380-1220 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh 2 saylı Bakı "ASAN xidmət' mərkəzi tərəfindən ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq 16.05.2014-cü il tarixdə AZE-14768150 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Əlavə olaraq bildirirlər ki, Cavabdeh qeydiyyata alınmasına əsas verən sənədlərin saxlama müddəti bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Tətqiqat İdarəsinin 23.11.2020-ci il tarixli 16/6063 saylı məktubundan görünür ki, xx xxxx 1984-cü il tarixdə Azərbaycan Respublikasının Zaqatala rayonunda anadan olmuş Cavabdeh 10.03.2020-ci il tarixdə ölkədən çıxmışdır. Giriş qeydiyyata alınmamışdır. - Cavabdeh razılıq ərizəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, yaşayış yeri üzrə Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən sonradan yuxarıda göstərilən mənzilin satılması üçün qeydiyyatdan çıxarılmağına razılıq verir. Sonradan əmlak iddiaları olmayacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Hazırda iddiaçı cavabdeh X2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh X4 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X2 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-641/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-641/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver