Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-641/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə X1rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN E T D İ M: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə X1rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək itirilmiş sənədin bərpası mümkün olmadığından 05.09.1991-ci il tarixdən 01.10.2000-ci il tarixinədək Tikinti Quraşdırma İdarəsinin Sənaye Mexanikləşdirilmiş Tikinti Sahəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli,03 saylı qərarında qeyd olunur ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir Yuxarıda şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı, ərizəçiiyə izah olunmalıdır ki, onun 05.09.1991-ci il tarixdən 01.10.2000-ci il tarixinədək Tikinti Quraşdırma İdarəsinin Sənaye Mexanikləşdirilmiş Tikinti Sahəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi barədə DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmaq hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə X1rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, onun 05.09.1991-ci il tarixdən 01.10.2000-ci il tarixinədək Tikinti Quraşdırma İdarəsinin Sənaye Mexanikləşdirilmiş Tikinti Sahəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi barədə DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-641/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-641/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver