Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-653/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı ərizəsi üzrə (Açar sözlər: “Şəxsin ölmüş elan edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş Maraqlı şəxs2 xx.xx.2018-ci ildə İraq Respublikasının, Mosul şəhərində ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1959-cu ildə Oğuz rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Bildirir ki, qızı X1 Adil Şirin oğlu ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olamaqla ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından bir uşaqları dünyaya gəlmişdir: xx.xx.2011ci il təvəllüdlü X8. Uşaq doğulduqdan bir neçə ay sonra X14 ailəsini atıb getmiş və onlarla maraqlanmamışdır. X4 2014-cü ildə işləmək məqsədilə Türkiyə Respublikasına getmiş, bir müddət sonra orada Maraqlı şəxs2 ilə tanış olmuş və onunla faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X15 adlı qızları anadan olmuşdur. Uşaq doğulduqdan 2 ay sonra X4 valideynlərini xəbərdar etmədən Maraqlı şəxs2 və 2 övladı ilə birlikdə İraq Respublikasına getmişdir. Orada xx.xx.2017-ci ildə X16 adlı övladları anadan olmuşdur. 2018-ci ildə İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə Maraqlı şəxs2 öldürülmüş, X4 isə 3 övladı ilə birlikdə əsir düşmüşdür. Hazırda o, Bağdadın Rusafa həbsxanasında saxlanılır. Nəvələrinin hər üçü xx.xx.2020-ci ildə dövlət tərəfindən Azərbaycana gətirilmişdir. Nəvələrinin hər üçü valideyin himayəsindən məhrum olduqları üçün Nizami rayon İHB-nın xx.xx.2020-ci il tarixli 1-1/37 saylı Sərəncamı ilə o, onların qəyyumu təyin olunmuşdur. Hazırda uşaqlar onunla birlikdə yaşayırlar. Hesab edir ki, Maraqlı şəxs2 ölmüş elan olunmalıdır. Çünki onun qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə cinayətkar birliyinin tərkibinə daxil olmaqla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyəti ilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən olunur. Bu səbəbdən də hesab edir ki, ərizə təmin edilməli Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Çünki onun yaşayış yerində onun harada olması barədə 9 ildən çoxdur ki, məlumat yoxdur, habelə onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olmasına güman etməyə əsas var. Ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maraqlı şəxs2 ölmüş elan edilməsi ona uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır.
İş materialları :
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 1-1/37 nömrəli “Yetkinlik yaşına çatmayan X8, X15 və X16 üzərində qəyyum təyin edilməsi haqqında” Sərəncamından görünür ki, İddiaçı nəvələri – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 üzərində qəyyum təyin edilməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir.
4. Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 2020-ci il 05 mart tarixində keçirilmiş iclasının 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan nəvələri – X8, X15 və X16 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.
5. AZ-İV seriyalı, 536088 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixində İstanbulda doğulmuşdur və bu barədə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdiir.
6. AZ-İV seriyalı, 536090 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixində Mosulda doğulmuşdur və bu barədə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir.
7. Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 Həsənağa oğlu barəsində material üzrə araşdırma və cinayət işi üzrə istintaq aparılmamışdır.
8. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs2 barəsində dini düşmənçilik zəmnində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası ilə adı altında İraq və Suriya ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında 2019-cu il tarixində Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirilməsi ilə əlaqədar qətnamə qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X7 hal-hazırda İraq Respublikasının Rusafa həbsxanasında cəza çəkir. X5 əri Maraqlı şəxs2 İraq Respublikasının ərazisində döyüşlərdə iştirak edərək vəfat edibetməməsi və ya hər hansı digər məlumat Xarici İşlər Nazirliyində mövcud deyildir. X7 barəsində çıxarılmış məhkəmə qərarının surəti təqdim edilri.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən baxış keçirilərkən Maraqlı şəxs2 Əbdürrəhmanova ilə nikahı, nikahın pozulması, həmin nikahdan doğulmuş iki övladının (Hüseyn və Həsən Dadaşovların) və valideynləri Maraqlı şəxs2 ilə Gözəl İbrahimova olan iki uşağın (İsra Dadaşova və Davud Dadaşovun) doğumu haqqında məlumatlar aşkar edilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, xx.xx.1980-cı il tarixində ünvan 3 ünvanında pasport qeydiyyatında olan Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş şəxs hesab edilməsi qət edilmişdir.
12. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4129/2019 nömrəli qətnaməsi ilə xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs2 Azərbaycan Respublikası vətəndaşlığı itirilmişdir.
13. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1980-ci il təvəllüdlü X2 Miqrasiya Xidmətinin 08/1789 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən “vətəndaşlıqdan məhrum” səbəbi ilə qeydiyyatdan çıxarılmışdır.
14. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
15. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ölmüş elan edilməsini xahiş etdikləri tarix xx.xx.2018-ci il şahidlərə Zaurun ölməsi barədə məlumatın verildiyi tarixdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
17. Məhkəmə iclasında dindirilən şahid X10 izahatında bildirmişdir ki, ərizəçi İddiaçı onun anası, Gözəl isə bacısıdır. Onlar bacısının Zaurla evləndiyindən və uşaqlarının olmasından məlumatlı olmuşlar. Bacısı onlara ticarətlə məşğul olduqlarını bildirmişdir. xx.xx.2018-ci il tarixində “whatsapp” vasitəsi ilə tanımadıqları azərbaycanlı bir şəxs onlara zəng edərək, Zaurun öldüyünü, bacısının isə tutulduğunu bildirmişdir. Bacısı ilə axırıncı dəfə bacısının sonuncu övladı olarkən əlaqə saxlamış, ondan sonra əlaqələri kəsilmişdir. Gözəl anasının və onun nömrəsini verərək, başına bir hadisə gəldikdə bu nömrələrlə əlaqə saxlamalarını bildirdiyi üçün həmin şəxs onlara zəng etmişdir.
18. Məhkəmə iclasında dindirilən şahid X11 izahatında bildirmişdir ki, o, ölmüş elan edilməsi xahiş edilən Maraqlı şəxs2 əmisidir. Zaurun qardaşından başqa heç kimi yoxdur. Anası, atası vəfat etmişdir. Zaur bir dəfə həbsə girmiş və daha sonra çıxmışdır. Zaur ilə sonuncu dəfə 2018-ci ilin yanvar ayında əlaqəsi olmuş, telefon ilə danışan zaman ona orada nə işlə məşğul olduğunu soruşmuşdur. O, Zaurun orada nə işlə məşğul oldunu bilmir. Zaurun ölkə hüdudlarından kənara çıxmasından o Zaur getdikdən bir müddət sonra məlumatlı olmuşdir. Ailəsi ilə əlaqəsi olmuşdur. xx.xx.2018-ci il tarixdə Zaurun qardaşı onun yanında ikən azərbaycanlı bir şəxs zəng edərək, Zaurun “bombardmana” düşdüyünü və vəfat etdiyini bildirmişdir. Zaurun ailə həyatı qurması və övladlarının olmasından Zaur öldükdən sonra məlumatı olmuşdur.
Tətbiq edilən hüquq :
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 9.5-ci bəndi: Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
İşin faktiki halı :
23. xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs2 ilə X7 faktiki nikah münasibətinə daxil olmuşlar. Tərəflərin faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 anadan olmuşdur. X5 əvvəlki nikahından xx.xx.2011-ci il təvəllüdlü X8 adlı bir övladı olmuşdur.
24. X3 Respublikasında xx.xx.2018-ci il tarixli hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun üç övladı xx.xx.2020-ci il tarixində dövlətimiz tərəfindən Azərbaycana gətirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 1-1/37 nömrəli Sərəncamı ilə İddiaçı nəvələri – xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 üzərində qəyyum təyin edilməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir.
25. Maraqlı şəxs2 barəsində dini düşmənçilik zəmnində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası ilə adı altında İraq və Suriya ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası vətəndaşlığını itirilməsi ilə əlaqədar 2(001)-4129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. X7 isə İraq Respublikasının Rusafa həbsxanasında cəza çəkir.
26. Maraqlı şəxs2 və X7 ilə ərizəçinin 2018-ci ildən etibarən əlaqələri kəsilmiş, xx.xx.2018-ci ildə zəng vasitəsi ilə onlara Maraqlı şəxs2 ölməsi və X5 həbs edilməsi barədə məlumat verilmişdir.
27. Hazırda uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün ərizəçidən Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir.
28. Ərizəçi Maraqlı şəxs2 onlara onun ölməsi barədə məlumat verildiyi xx.xx.2018-ci il tarixində İraq Respublikasının Mosul şəhərində ölmüş elan edilməsini xahiş edir.
Məhkəmənin mövqeyi :
29. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməlidir.
30. Ərizəçi İddiaçı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsini Maraqlı şəxs2 yaşayış yerində 9 ildən artıq müddət məlumat olmaması, onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olmasına güman etməyə əsas verən şəraitdə itkin düşməsi ilə əsaslandırmışdır.
31. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs2 ölmüş elan edilməsi ərizəçiyə uşaqlara ailə başçısını itirməyə görə müavinət təyin edilməsi üçün lazımdır.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilərək göstərilib və şəxs məhkəmə qaydasında o halda ölmüş elan edilə bilər ki, birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın; ikincisi, şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşsün və ondan altı ay ərzində xəbər çıxmasın; üçüncüsü, hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşmüş olsun və hərbi əməliyyatların qurtardığı gündən azı iki il ondan xəbər çıxmasın.
33. Eyni zamanda qanunun mənasına görə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq da ölmüş elan edə bilər.
34. Göründüyü kimi, mülki qanunvericilik qeyd olunan hər bir şərtin ödənilməsi üçün konkret müddət müəyyən edib və bu müddət altı aydan başlayaraq beş ilə qədər davam edir.
35. Hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, ailəsi Maraqlı şəxs2 ilə sonuncu dəfə 2018-ci ildə əlaqə saxlamış, məlumat əldə etmişdir. 2018-ci ildən sonra onun barəsində məlumat əldə edilməmişdir. Yəni artıq 6 ildir ki, onun barəsində məlumat yoxdur. Maraqlı şəxs2 barəsində əldə edilən sonuncu yeganə məlumat isə ölkə xaricində silahlı qruplaşmaların tərkibində döyüşlərdə iştirak edərkən ölməsi ilə bağlı olmuşdur. Qeyd edilən hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri və işin tədqiq edilən digər halları ilə öz tədqini tapmışdır.
36. Belə ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs2 barəsində dini düşmənçilik zəmnində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası ilə adı altında İraq və Suriya ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində materiallar toplanmış və həmin materiallar əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Maraqlı şəxs2 Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair 2(001)-4129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir.
37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
38. Belə ki, həmin qətnamədə Maraqlı şəxs2 xx.xx.2012-ci il tarixdə ölkə ərazisini tərk etməsi, Suriya Ərəb ölkəsinin ərazisinə gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış İŞİD adlı cinayətkar birliyin (terror təşkilatının) tərkibinə daxil olub həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etməsi təsdiq edilmişdir.
39. Qətnamə ilə xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Maraqlı şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatlarının fəaliyyətində iştirak etməsi faktı öz təsdiqini tapmışdır.
40. Həmçinin Maraqlı şəxs2 ilə X5 faktiki nikah münasibətlərindən anadan olmuş X12 doğum yerinin İraq Respublikası Mosul şəhəri olması, xx.xx.2017-ci il tarixdə doğulması, o cümlədən X5 isə xx.xx.2018-ci il tarixli qərarla məhkum edilərək İraq Respublikasının Rusafa həbsxanasında cəza çəkməsi də Maraqlı şəxs2 məhz İraq Respublikası, Mosul şəhərində ölməsi barədə nəticəyə gəlməyə əsas verir.
41. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, Maraqlı şəxs2 xx.xx.2012-ci il tarixində ölkə ərazisini tərk edərək İŞİD adlı cinayətkar birliyin (terror təşkilatının) tərkibinə daxil olmuş, həmin vaxtdan 2018-ci ilin yanvar ayına qədər ailə üzvləri (qardaşı) ilə əlaqəsi olmuş, 2018-ci ilin yanvar ayından sonra Maraqlı şəxs2 xəbər almaq mümkün olmamış, xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs2 qardaşına və baldızına naməlum şəxs tərəfindən zəng edilərək Maraqlı şəxs2 vəfat etməsi barədə məlumat verilmişdir.
42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2012-ci ildə Suriya Ərəb Respublikasına qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün gedərək geri qayıtmadığından, 2018-ci il tarixindən isə yaşayış yerində onun harada olması barədə heç bir məlumat olmadığından ərizə təmin edilməlidir.
43. Maraqlı şəxs2 ölüm tarixi ilə bağlı isə ərizəçi onun barəsində məlumatın əldə edildiyi xx.xx.2018-ci il tarixin onun ölüm tarixi olaraq müəyyən edilməsini xahiş edir.
44. Məhkəmə qeyd edir ki, ərizəçi bu hissədə də haqlıdır. Belə ki, şahid ifadələri ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə İraq Respublikasından zəng edilərək Maraqlı şəxs2 silahlı birləşmənin tərkibində döyüşdə öldüyü barədə məlumat verilmişdir. Maraqlı şəxs2 ərizəçinin qeyd etdiyi tarixdə ölməsi halı nə iş materialları, nə də şahid ifadəsi ilə təkzib olunmur.
45. Mülki Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
46. Hazırda şahidlərin hər ikisi onlara xx.xx.2018-ci il tarixində Maraqlı şəxs2 həlak olmasına dair məlumat verilməsini bildirdiyindən, məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixi Maraqlı şəxs2 ölüm günü sayılmalıdır.
Nəticə :
47. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixdə İraq Respublikasının Mosul şəhərində ölmüş elan edilməlidir.
58. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixdə İraq Respublikasının Mosul şəhərində ölmüş elan edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva