Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-658/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi) X31 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 24.03 1967-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil İddiaçı mərhum atası X6 məxsus olmuşdur. İddiaçının atası mərhum X10 xx.xx.2008-ci ildə vəfat etmişdir. Həmin əmlak üzrə Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və qeyd olunan əmlak mərhumun qızı İddiaçı keçmişdir. Bu barədə İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 2 saylı Forma arayışından göründüyü kimi xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Belə ki, Cavabdeh iddiaçının qardaşıdır. Vərəsəlik işi üzrə Cavabdeh öz payını bacısı İddiaçı hədiyyə vermişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2894/2019 saylı qətnaməsindən görünür ki, həmin əmlak üzrə Bakı şəhəri 23 saylı Notariat ofisində vərəsəlik işi açılmış və xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməyə əsasən, mərhumdan qalmış mənzildən X12 və X9 irs almışlar. 19 iyul 2012-ci il tarixində Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş həmin tarixli "Miras payın bağışlama Müqaviləsinə əsasən Cavabdeh öz payını həmin ünvanda yaşayan və orada vərəsə payı olan bacısı iddiaçı X3 bağışlamışdır. 1995ci ildən etibarən iddiaçının qardaşı Cavabdeh qeyd olunan mənzildə yaşamır. Adı qeyd olunan şəxsin İddiaçı məxsus olan mənzildə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Ona görə də, hazırda İddiaçı cavabdeh xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdan çıxarmaq niyyətindədir. Ona görə də, İddiaçı Nizami rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İş materialları: Az-İ seriyalı, 311896 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə vəfat etmişdir. Az-İ seriyalı, 538797 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı X2 cavabdehlər X1, X4 və Bakı şəhəri 23 saylı Dövlət notariat kontoruna qarşı vərəsəlik hüququ barədə şəadətnamənin və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı Əlisgəndər qızının adına qeydiyyatdan keçmiş mülkiyyət sənədinin ləğv edilməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildə qeydiyyatdadır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X13 vərəsələri Cavabdeh və İddiaçı miras əmlakdan ½ hissədə irs almışlar. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X13 vərəsələri Cavabdeh və İddiaçı miras əmlakdan ½ hissədə irs almışlar. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh və İddiaçı miras əmlakdan ½ hissədə irs almışlar. 2012-ci il tarixdə 121 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, X16 öldüyü günə kimə qızı İddiaçı və oğlu Cavabdeh ilə birlikdə yaşamışdır. Miras payın bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin Cavabdeh məxsus 1/2 hissəsi İddiaçı bağışlanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin Cavabdeh, ünvan 2 ünvanına göndərdiyi bildiriş, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. X19, X7 və X14 xx.xx.2025-ci il tarixli akt tərtib edərək, Cavabdeh B.Nuriyev ev 53, mənzil 32 ünvanında qeydiyyatda olmasına baxmayaraq 1995-ci ildın həmin ünvanda yaşamadığını bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus +994 70 240 10 07 saylı mobil nömrə ilə əlaqə yaradılmış, cavabdeh ona ünvanlanan suallara cavab verərək bildirmişdir ki, o, işdə olduğu üçün məhkəmə iclasına gələ bilmir, iddia tələbini qəbul etmir, o, mübahisə predmeti olan mənzildə yaşamır, oradan çıxmışdır, başqa yerdə yaşayır. O, neçə illərdir ki, həmin evdən çıxmışdır, yadında deyil. Onu niyə məhkəməyə verdiyini, qeydiyyatdan çıxarmaq istədiyini bilmir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, 1986-cı ildən orada yaşayır, o, ikinci, Cəmilə isə dördüncü mərtəbədə yaşayırlar. Onlar rəfiqədirlər. Onların gediş-gəlişi olmuşdur. Cəmilənin anası, atası xəstə olmuş, gedib baş çəkmişdir, iynə də vurmuşdur. Amma Rasimi tanımır. Ola bilər gəlib ana-atasına baş çəkmişdir, amma o görməmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir.” 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil iddiaçı ilə cavabdehin valideynlərinin mülkiyyətində olmuş, onlar vəfat etdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı əmlaka payları müəyyən edilmişdir. Cavabdeh xx.xx.2012-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin özünə məxsus 1/2 hissəsini İddiaçı bağışlamış və sonuncuya xx.xx.2012-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh mənzildən köçsə də, formal olaraq mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Mübahisə predmeti olan mənzil iddiaçının adına 2012-ci ildə qeydə alınaraq, ona bu barədə dövlət reyestrindən çıxarış verilmiş olsa da, cavabdehin həmin mənzildə yaşaması ilə bağlı münasibətlər 1995-ci illərdə sonlandığından və belə mübahisələr köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ iddiaçının və Cavabdeh valideynlərinə məxsus olmuşdur. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, onun qardaşı olan cavabdeh həmin mənzildə 1995-ci ildən çıxmış və ayrı mənzildə yaşamışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş akt və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, cavabdeh artıq 1995-ci ildən həmin mənzildə yaşamamışdır. Habelə cavabdeh ilə aparılan telefon danışıqları zamanı, o, sözügedən mənzildən uzun illər öncə çıxdığını və başqa yerdə yaşadığını bildirmişdir. Məhkəmə qanunun tələblərini nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə cavabdeh mübahisə predmeti olan mənzildən istifadə hüququnu itirmişdir, belə ki, Cavabdeh mübahisə predmeti olan mənzildə əvvəllər yaşasa da, sonradan həmin mənzildən köçmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehhin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır və iddia tələbi cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi baxımından əsaslıdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-658/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-658/2025
01.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver