Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-659/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, X4, Cavabdeh14 Hafis qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, X4, Cavabdeh14 Hafis qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X4 və onların az yaşlı övladları (Cavabdeh4, Cavabdeh5) ilə birlikdə Cavabdeh6, Cavabdeh14 Hafis qızı və onların az yaşlı övladları (Cavabdeh11 və Cavabdeh9) ilə birlikdə, Cavabdeh3 və Cavabdeh15 və onların az yaşlı övladları (Cavabdeh7, X5, Cavabdeh10 ) ilə birlikdə onun xususi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 6 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rstəmov küçəsi, ev 68, 6 saylı mənzili onun xüsusi mülkiyyətinə verilməsi barədə reyestr qeydi aparılmışdır. Sonradan o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X4 və onların az yaşlı övladları (Cavabdeh4, Cavabdeh5) ilə birlikdə, X6, Cavabdeh14 Hafis qızı və onların az yaşlı övladları (Cavabdeh11 və Cavabdeh9) ilə birlikdə Cavabdeh3 və Cavabdeh14 Fəxrəddin qızı və onların az yaşlı övladları (Cavabdeh7, X5, Cavabdeh10) ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin tam təmin edilməsi, cavabdehlərin mənzildən istifadə hüqqularına xitam verilməsi və qeydiyyadan çıxarılması barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Polis idarəsinin xx.xx.2021-ci il tarixli 34571- 1221 nömrəli məktubunda cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 6 saylı mənzilindən qeydiyyatdan çıxarıldıqları göstərilmişdir. Eyni zamanda onun ASAN xidmətdən aldığı xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, cavadehlərin onun xüsusi mülkiyyətində olan qeydiyyatları ləğv edilmişdir. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxarılmalarına baxmyaraq mənzili boşaldıb təhvil vermirlər və bəhanə edərək "məhkəmə qətnaməsində cavabdehlərin mənzildən çıxarılmalarının qeyd edilmədiyini" göstərirlər. Ona görə cavabdehlər onun xüsusi miilkiyyətində olan mənzilindən çıxarılmalıdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, işin dayandırılmasına dair vəsatətin rədd edilməsi ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilmiş və artıq buna münasibət bildirilmişdir. Hazırki mülki iş uzun müddətdir ki, davam edir və bu vəsatətlər işin əsassız yerə uzadılmasına gətirib çıxarır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O, həmçinin bildirdi ki, Vaqif onu aldatmış, iddia vermiş, ancaq özü məhkəmə proseslərində iştirak etməmişdir. O hesab edir ki, Ali Məhkəmənin Mülki X2 Mahmud qızının kassasiya şikayətinə baxılıb-qurtarana kimi mülki iş dayandırılmalıdır. O, Ali Məhkəmənin qərarının çıxmasını gözləyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-65/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh13, Cavabdeh2 və Cavabdeh12 övladları Cavabdeh4, Cavabdeh5 ilə birlikdə, Cavabdeh6, Cavabdeh14 Hafis qızının övladları Cavabdeh9, Cavabdeh11 ilə birlikdə Cavabdeh3 və Cavabdeh15 övladları Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 ilə birlikdə, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi, qətnamənin Cavabdeh1, Cavabdeh13, Cavabdeh2 və X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14 Hafis qızının, Cavabdeh9, Cavabdeh11, Cavabdeh3, Cavabdeh15, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin, 6 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6687/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 6 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 cavabdehlər «X3» MMC-yə İddiaçı və Bakı şəhəri Nizami Rayonu İcra və Probasiya Şöbəsinə qarşı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair «X3» MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin, hərracın nəticələri barədə 83 saylı, xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi, İddiaçı adına DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və mənzilə onun mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3810/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-746/2020 saylı xx.xx.2020-ci il tarixli, kassasiya şikayəti isə Ali Məhkəmənin 2(102)-5184/2020 saylı xx.xx.2020-ci il tarixli qərarları ilə təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Polis idarəsinin xx.xx.2021-ci il tarixli 34571-1221 nömrəli məktubunda cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 6 saylı mənzilindən qeydiyyatdan çıxarıldıqları göstərilmişdir. Həmçinin, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda cavadehlərin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 6 saylı mənzilində qeydiyyatları olmadıqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 6 saylı mənzili İddiaçı mülkiyyətindədir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-65/2021 saylı qətnaməsi ilə cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilmiş, qətnamənin cavabdehlərin mübahisəli mənzildən çıxarılması üçün əsas olduğu qeyd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehlər artıq mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X4 və onlarla birlikdə azyaşlı övladları Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14 Hafis qızı və onlarla birlikdə azyaşlı övladları Cavabdeh11 və Cavabdeh9, Cavabdeh3 və Cavabdeh15 və onlarla birlikdə azyaşlı övladları Cavabdeh7, X5, Cavabdeh10 iddiaçı Hacıyev Tofı̇ q Mahmud oğlunun xususi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzilindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X4 və onlarla birlikdə azyaşlı övladları Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14 Hafis qızı və onlarla birlikdə azyaşlı övladları Cavabdeh11 və Cavabdeh9, Cavabdeh3 və Cavabdeh15 və onlarla birlikdə azyaşlı övladları Cavabdeh7, X5, Cavabdeh10 iddiaçı Hacıyev Tofı̇ q Mahmud oğlunun xususi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzilindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X4 və onlarla birlikdə azyaşlı övladları Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14 Hafis qızı və onlarla birlikdə azyaşlı övladları Cavabdeh11 və Cavabdeh9, Cavabdeh3 və Cavabdeh15 və onlarla birlikdə azyaşlı övladları Cavabdeh7, X5, Cavabdeh10 iddiaçı Hacıyev Tofı̇ q Mahmud oğlunun xususi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzilindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-659/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-659/2022
07.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver