Məhkəmə qərarları › İş №2(007)-659/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-659/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-659/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X22 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh4, Cavabdeh1, Cavabdehlərin vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Həmin fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla onun şəxsi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı №1462618 saylı Çıxarışına əsasən İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Mülki iş üzrə cavabdeh şəxslər bir neçə ildir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini zəbt edərək qanunsuz olaraq həmin fərdi yaşayış evində yaşayırlar. Qeyd edir ki, cavabdehlərin iddiaçı ilə heç bir qohumluq əlaqələri və s. yoxdur. İddiaçı bir neçə dəfə həmin şəxslərdən fərdj yaşayış evini tərk etməyi tələb etsə də, cavabdehlər evi tərk etmirlər. Hal-hazırda da cavabdehlər İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evində qeydiyyatsız və qanunsuz yaşayırlar. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh4om qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun və ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 29A saylı evdən çıxarılmasını xahiş edir. İddia ərizəsini onunla əsaslandırır ki, o yuxarıda göstərilən ünvanda yaşamaqla bu ünvanda təsərrüfat işləri aparır və sözü gedən fərdi yaşayış evi mülkiyyət hüquqları əsasında onun adına qeydiyyata alınmış, RX tərəfindən ona RX serialı № ******* saylı çıxarış verilmişdir. Daha sonra iddiaçı onun və ailə üzvlərinin bir neçə il öncə ona məxsus fərdi yaşayış evini zəbt edərək orada yaşamalarını göstərir. Guya iddiaçı ona məxsus evdən onları çıxarmağı tələb etsə də, o və ailə üzvləri “haqlı” tələbi təmin etməmişlər. Qeyd edir ki, hazırkı iş üzrə iddiaçı işin həqiqi hallarını bilərəkdən təhrif edir. Belə ki, o və ailə üzvləri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Sabir küçəsindəki 29A saylı evdə deyil, həmin küçədə yerləşən 31 saylı evdə yaşayırlar, iddiaçının evini zəbt etməmişlər. O, 1985-ci ildə bu evdə (31 saylı) anadan olmuşdur, buradan uşaq bağçasına və daha sonra 201 saylı tam orta məktəbə, sonra isə elə oradan hərbi xidmətə çağırılmışdır. İndiyədək bu ünvanda yaşayır. Heç bir evi zəbt etməmişdir. Yaşadığı fərdi yaşayış evi 1972-ci ildə inşa edilmişdir, faktiki olaraq 50 kv.m, tikinti aktında olan sahəsi 42.10 kv.m-dir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü ildə yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib olunnuş, tikintinin sahibi, anası, Cavabdeh4 göstərilmişdir. Bu evi babaları Məhərrəm Məmmədov, Məmədi adlı şəxsdən, daha doğrusu, Cəfərin əmisindən onun babası pul ilə satın almışdır. Onlar arasında alqı-satqı təxminən 46 il öncə baş vermişdir. Bu hal bütün qonşulara, o cümlədən, iddiaçının anası X2 və onun xalası Klara Vartazarovnaya da bəllidir. Alqısatqıya dair əqdi tapıb ortaya çıxara bilmədiyi üçün bu şəxslər öz mülki hüquqlarından suiistifadə edərək gələcəkdə sökülməsi nəzərdə tutulan özbaşına tikili də olsa əmlakı ələ keçirmək niyyətindədirlər. İddiaçının və onun yaşadıqları evlər eyni həyətdə olsalar da müxtəlif poçt ünvanlarına malikdirlər. İddiaçı yaşadığı evdən onun və ailə üzvlərinin çıxarılmasını tələb etməsi üçün subyektiv hüquqa malik deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ona və ailə üzvlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin olunmasına etiraz edir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, mübahisə predmeti olan əmlak iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin evdə yaşayırlar. Lakin heç bir əsasları yoxdur. Onlar heç paylı mülkiyyətçi də deyil. Əvvəlcə xəbərdarlıq edilsə də, əməl edilməyib. Ekspertin rəyi və daşınmaz əmlakın çıxarışı ilə müəyyən edilir ki, cavabdehlərin yaşadığı yer qanunsuz tikilidir və bu məhz iddiaçının mülkiyyətində tikilmişdir. İddia tam qanunidir. Sübutlar artıq toplanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən şəkillərin nəyi sübut etdiyini anlamır. Əgər evin yüklü olması və.s kimi hallar olsaydı, Əmlak Xidməti heç zaman bu evə çıxarış verməzdi. Əlavə olaraq bildirir ki, onlar hesab edirlər ki, sübutlar toplanıb, ekspert rəyi, çıxarış və.s digər sənədlərdən görünür ki, iddia tam əsaslıdır. Şahid isə neytral adam deyil, buna görə də nəzərə alınmasını xahiş edir. Ünvanın fərqli olması ilə bağlı isə qeyd edir ki, o evlərə fərqli ünvanların verilməsinin DƏDRX tərəfindən verilmiş çıxarışa aidiyyəti yoxdur. Cavabdeh tərəfin mövqeyi isə yenə də əsaslı deyil. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh4 iddia tələbini qəbul etməyib izahatlarında göstərmişdir ki, onların həyəti ümumidir. Həyətdə Cəfərin evi ayrıdır. O, Cəfəri tanımır. Evi qayınatası alıb. Qayınatasına kağız verilib, lakin həmin kağız itmişdir. Cəfər buranı öz adına keçirərkən, hansı yollarla bunu edibsə, heç kimin razılığı olmadan edib. Cəfər onu oradan çıxara bilməyəcək. Həmin yer onların öz evidir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatlarında göstərmişdir ki, o, həmin evdə doğulub böyümüşdür. O evdə yaşayırlar. Evi iddiaçının əmisindən babası alıb. İddiaçı, 2019-cu ildən qabaq niyə iddia edə bilmirdi. Çünki onlar 40 ildən artıq müddətdir ki, orada yaşayırlar. O sadəcə qanunsuz yollarla çıxarış alaraq bu vasitəyə əl atıb. Onlar 42-43 ildir ki, o ünvanda qeydiyyatdadırlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib izahatlarında göstərmişdir ki, təmsil etdiyi tərəflər 31 saylı evdə təsərrüfat aparırlar. Burada iki mənzil mövcuddur. Lakin sənədləşmə aparılmayıb. Cavabdehin atası tərəfindən həmin mənzil alınıb. 50 kv.m sahəsi olan daşınmaz əmlakdır. Alan şəxs vəfat etdiyindən həmin əqdi tapmaq olmamışdır. Şəxslərin 31 saylı evdən çıxarılması üçün iddiaçının mülki subyektiv hüququ yaranmayıb. O, məhkəməyə sübutları arayışları təqdim etmişdir. Bu tikili 1972-ci ildən tikilmişdir. Bu ev iddiaçı Cəfərin rəhmətə getmiş əmisindən alınmışdır. Onun şəklini məhkəməyə təqdim edir. Çıxarışda qeyd edilən ərazi bu ev ilə yüklüdür. Bundan başqa bu şəkillər onu sübut edir ki, iddiaçı deyir ki, cavabdehlər bir-neçə ildir orada yaşayır, lakin onlar illərdir bu evdə yaşayıblar. Evə dair texniki pasport da var, hətta evə nömrə də verilmişdir. Bura 31 nömrəli evdir. Onun bu şahidin dindirilməsində məqsədi o idi ki, iş ilə bağlı tam təsəvvür yaransın. Burada ünvanlar müxtəlifdir. 29A ünvanında İddiaçı yaşayır. 31 saylı evdə isə Məmmədovlar ailəsi yaşayırlar. İllərdir ki, Məmmədovlar o evi alıblar, lakin iddiaçı və ailəsi tərəfindən narahatlığa məruz qalırlar. Onlar həmin ünvanda qeydiyyatdadırlar. Orada doğulub-böyüyüblər. Onların həmin evdən çıxarılması qanunsuz və ədalətsiz olardı. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, hər iki tərəfin qonşusudur. Səkinin bir tərəfində o yaşayır, digər tərəfində isə onlar yaşayır. Onlar Sabir küçəsi 31 ünvanında yaşayır. Zenfurədan qabaq qayınatasıgil həmin evdə yaşayırdılar. Təxminən 1970-1972-ci illərdə həmin evi alıblar. Onlar heç bilmirdilər ki, orada 29 saylı ev var. Orada Cəfərovlar ailəsi də olub. Cəfərovlar ailəsi həmin həyətdəki evdə yaşayırdılar. İddiaçının əmisi həyətin bu hissəsini Məmmədovlara satmışdır. Hələ qarajı da satmaq istəyirdi, deyirdi ki, “almaq istəyirsinizsə, qarajı da sizə verim”. O ev alınandan sonra həmin evdə çox dəyişikliklər edilib. Belə ki, Zenfurə özü oranı söküb, tikib, düzəlişlər edib. İddiaçı tərəf işıq, su və.s üstündə, bir sözlə hər şey üçün konflikt yaradıb. O, vaxtı özü köməklik etmişdi ki, Zenfurəgil texniki pasport alsınlar. Burada yaşadıqları vaxtdan onlar arasında mübahisələr olub. 1970-ci il, ya 1972ci illərdə alqı-satqı olub. O, orada yaşayır, Keşləlidir. Buna görə dəqiq bilir. O, iki qapı o tərəfin ünvanını dəqiq bilmir, yəqin 29 olar. Onların Cəfərin atası ilə də problemləri olub. Həmişə ev üstündə problemləri olub. Cəfər ilə mübahisələrini görməmişdir. Məhkəmə mübahisələri olduğunu bilir. 2003-cü ildə yoldaşı jekdə rəis işləyirdi, ondan məsləhət almış və o demişdir ki, “bələdiyyəyə gedin”. Bələdiyyəyə getmişlər və texniki pasport almaq üçün müraciət etmişlər. Evi Zenfurəgilə satan adam Cəfərin əmisi Məmmədi olub. Onlar deyəsən 3 qardaş idilər. Qardaşları evin satılmasına razı idilər. Mübahisə ona görə idi ki, Cəfərgil Zenfurəgilə deyirdilər ki, bu evdən çıxın. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında, 0.0365 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evi tam payda xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu ildə reyestrdə İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh4 ünvan 3 saylı evdə qeydiyyatdadır, ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 kimi qeyd edilmişdir. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Cavabdeh3, Cavabdeh4, və X14- Cavabdeh1 ailə üzvləridir. - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” xx.xx.2003-cü il tarixli Hesabatın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən özbaşına tikilinin sahibi qismində Cavabdeh4 kimi qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun surətindən və ona əlavə edilmiş torpaq sahəsinin, “A” tikilisinin və “B” tikilisinin planlarından görünür ki, torpaq sahəsinə dair məlumat bölməsində- sənəd üzrə torpaq sahəsi 0.0365 ha, faktiki sahə 0.0365 ha, tikintialtı sahə 0.02604 ha, digər sahələr 0.01046 ha kimi qeyd edilmişdir. Bundan başqa, yaşayış evlərinin texniki göstəriciləri bölməsindən görünür ki, “A” literli yaşayış sahəsi 121.6 kv.m ümumi sahəli, “B” literli yaşayış sahəsi isə 28.3 kv.m ümumi sahəlidir. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X4, X6, X10, X11, X7 və X12 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, X14, Babaşova Leyla Elvin qızı, Cavabdeh2 və Cavabdeh4 ünvan 5 ünvanında qeydiyyatdadırlar. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/2308 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən və cavabdehlərin yaşadığı tikililərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-10301 reyestr nömrəli Çıxarış sənədi ilə İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 0,0365 ha olan torpaq sahəsinin üzərində yerləşdiyi və həmin tikilinin tərtib edilmiş texniki pasport sənədində «B» literli fərdi yaşayış evi kimi göstərilən tikili ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Hər hansı bir tikilinin neçənci ildə inşa edilməsinin müəyyən edilməsinə dair metodika olmadığından, qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılmadı. Cavabdehlərin sahibliyində olan “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspert səlahiyyətlərinə aid olmadığından, bu sualın birinci hissəsi üzrə tədqiqat aparılmadı. Bu sualın ikinci hissəsi üzrə qeyd olunur ki, cavabdehlərin sahibliyində olan tikililərin ünvan 1 ünvanında yerləşən və cavabdehlərin yaşadığı tikililərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-10301 reyestr nömrəli Çıxarış sənədi ilə İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 0.0365 ha olan torpaq sahəsinin üzərinə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında, 0.0365 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evi tam payda xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu ildə reyestrdə İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı, cavabdehlərin onun mülkiyyətində olan sahədən çıxarılmalarını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdehlərin adına isə iddiaçıya məxsus olan yaşayış sahəsinə dair mülkiyyət hüququnun həmin formada qeydiyyatı mövcud deyildir, habelə məhkəmə iclasında da cavabdehlər tərəfindən bunun əksini təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisə predmeti olan yaşayış sahəsinin İddiaçı məxsus olması işin mübahisəsiz halıdır, burada cavabdehlərin qəbul etmədiyi hal ondan ibarətdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan sahənin “Sabir küçəsi 29A” ünvanında yerləşdiyini, onların isə “Sabir küçəsi 31” ünvanında yaşadıqlarını bildirirlər. Bu yerdə məhkəmə qeyd edir ki, sözügedən ərazi məhkəmə tərəfindən yerində müayinə edilmiş və müayinə zamanı xx.xx.2024-cü il tarixli aktından göründüyü kimi müəyyən edilmişdir ki, ümumi darvazadan içəri girdikdə ümumi həyət görünür. Sağ tərəfdə qaraj, sol tərəfdə sanitar qovşaq yerləşir. Hər ikisi İddiaçı istifadəsindədir. Girişdən pilləkənlə yuxarı qalxdıqda iddiaçının yaşayış yeri yerləşir. Girişdən sağda, qarajın yanında cavabdehin istifadəsində olan birmərtəbəli tikili yerləşir. Balaca otaqdan və girişdən sağda bir otaq cavabdeh X1 yaşayış sahəsində yerləşir. Solda isə hamam-tualet yerləşir. Girişdə isə ümumi dəhliz cavabdehin istifadəsindədir. Sağdan otaq diktlə bölünüb. Cavabdehlər isə qarajın iddiaçının istifadəsində olmadığını iddia edirlər. Bu yerdə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus dövlət reyestrindən çıxarışdan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun surətindən və ona əlavə edilmiş torpaq sahəsinin, “A” tikilisinin və “B” tikilisinin planlarından müəyyən olunmuşdur ki, torpaq sahəsinə dair məlumat bölməsində- sənəd üzrə torpaq sahəsi 0.0365 ha, faktiki sahə 0.0365 ha, tikintialtı sahə 0.02604 ha, digər sahələr 0.01046 ha kimi qeyd edilmişdir. Bundan başqa, yaşayış evlərinin texniki göstəriciləri bölməsindən görünür ki, “A” literli yaşayış sahəsi 121.6 kv.m ümumi sahəli, “B” literli yaşayış sahəsi isə 28.3 kv.m ümumi sahəlidir. Göstərilən məqamların aydınlaşdırılması məqsədilə, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/2308 nömrəli rəyi ilə isə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən və cavabdehlərin yaşadığı tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-10301 reyestr nömrəli Çıxarış sənədi ilə İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 0,0365 ha olan torpaq sahəsinin üzərində yerləşir və həmin tikilinin tərtib edilmiş texniki pasport sənədində «B» literli fərdi yaşayış evi kimi göstərilən tikili ilə eynilik təşkil edir. Cavabdehlər tərəfindən isə iddiaçıya mülkiyyət hüququnu verən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sözügedən çıxarış inzibati qaydada mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlardan və işin faktiki hallarından da göründüyü kimi, sözügedən yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyəti kimi reyestdə qeydiyyata alınmışdır və hazırkı cavabdehlərin yaşadığı tikililər Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-10301 reyestr nömrəli Çıxarış sənədi ilə İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 0,0365 ha olan torpaq sahəsinin üzərində yerləşdiyindən və həmin tikilinin tərtib edilmiş texniki pasport sənədində «B» literli fərdi yaşayış evi kimi göstərilən tikili ilə eynilik təşkil etdiyindən, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında dinlənilmiş şahid ifadəsinə münasibətdə isə qeyd edir ki, həmin şahid ifadəsi işin faktiki halları da nəzərə alınmaqla mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılmalı, məhkəmə xərci iddiaçıya aid edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılsınlar. Məhkəmə xərci iddiaçıya aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar