Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-66/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 76, mənzil 13 iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçib və bu barədə 1192 saylı reyestr kitabında 179018-ci səhifədə 30/179018 nömrəsi ilə 25.12.2001-ci il tarixdə qeydiyyat aparılb. Mənzil iddiaçının tam mülkiyyətində olsa da, habelə həmin mənzildə iddiaçı ilə qızı X5 başqa heç kim yaşamasa da, cavabdehlər olan qızı Cavabdeh2 və oğlu Cavabdeh1 hələ də həmin ünvanda pasport qeydiyyatında qalmaqdadırlar. Qızı Cavabdeh2 Türkiyə vətəndaşına ərə gedərək uzun müddətdir (1993-cü ildən) köçərək ailəsi ilə birlikdə Türkiyədə yaşayır, 2012-ci ildən isə oğlu Cavabdeh1 daimi yaşamaq üçün ailəsi ilə birlikdə köçərək uzun müddətdir Rusiyada yaşayır. Bu hal qonşuların aktı ilə təsdiq olunur. Cavabdehlər xarici dövlətdə yaşadıqlarından formal olaraq pasport qeydiyyatına qalıblar. Hesab edir ki, cavabdehin mənzildə qeydiyyatda olmaları iddiaçının qanunvericilikdən irəli gələn hüquqlarının pozulmasına və həyata keçməsinə mane olur. 01.01.2010-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddəyə görə şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə formal olaraq qeydiyyatda qalmaları qeydiyyatla bağlı mövcud qanunvericiliyin, habelə qanunla qorunan mülkiyyət hüquqların pozulmasına gətirib çıxarır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.Qeyd olunanlar əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 76 saylı evin 13 saylı mənzilindən yaşayış-istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş,notarial qaydada təsdiq olunmuş ÖM seriyalı,070821 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 76 saylı evin 13 saylı mənzilinə X3 mülkiyyət hüququ 25.12.2001-ci il tarixdən qeydiyyatdan keçmişdir. 84 saylı MKİS-nin 475 saylı 23.09.2020-ci il tarixli arayışından görünür ki, mübahisəli mənzildə X7,Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İddiaçının qonşuları, X6,X2 və X1 təsdiq etdiyi 28.09.2020-ci il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 13 saylı mənzildə yaşadıqlarını görməmişlər,bildiklərinə görə onlar hər ikisi xarici ölkələrdə yaşayır. 01.01.2010-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddəyə görə şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Şərh olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 76 saylı evin 13 saylı mənzilindən yaşayış-istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 76 saylı evin 13 saylı mənzilindən yaşayış-istifadə hüquqlarına xitam verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-66/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-66/2022
11.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver