Məhkəmə qərarları › İş №2(007)-661/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-661/2024

25.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-661/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X2" Publik Hüquqi şəxsə qarşı “işə bərpa” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdeh "X2" X3ə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixli, 18-1-9/3-1-1393/2023 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. xx.xx.2010-cü il tarixdə X1 “Endoskopik cərrahiyyə və diaqnostika” şöbəsinə tibb bacısı vəzifəsində işə başlamışdır. xx.xx.2011-ci il tarixdə Cərrahiyə mərkəzinin 1-ci hissəsinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Cərrahiyyə və orqan transplantasiyası Mərkəzinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixsı Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, 14 ilə yaxındır tibb bacısı işləmiş və indiyə qədər vəzifəsini layiqincə yerinə yetirmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilsə də, işəgötürən tərəfindən nəzərə alınmamışdır ki, o 14 ilə yaxındır tibb bacısı işləyir, indiyə qədər vəzifəsini layiqincə yerinə yetirmiş və onun peşəkarlıq səviyyəsinin yoxlanmasına dair heç bir attestasiya keçirilməmişdir. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən işçinin peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə attestasiya keçirilməlidir. Lakin, cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozularaq barəsində peşəkarlıq səviyyəsinin yoxlanmasına dair heç bir attestasiya keçirilmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, xx.xx.2023-cü il tarixli 18-1-9/3-1-1393/2023 saylı əmri o xx.xx.2023-cü il tarixdə almış, xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərmişdir. Cavabdeh mediasiya təklifini xx.xx.2023-cü il tarixdə almışdır, bundan sonra “Mediasiya haqqında” qanun 21.8-ci maddəsinə əsasən 10 gündən sonra, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak ilə əlaqədar arayış verilmişdir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etmiş, həmçinin vəsatətin təmin edilərək hazırki mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "X2" X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə vəsatət verərək 2(007)-661/24 saylı mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Məhkəmənin mövqeyi :

6. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir.

7. Belə ki, için məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişsir ki, hazırki mülki iş ərazi aidiyyatına dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

8. Cavabdeh "X2" X3in vəsatətinin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, cavabdehin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov 21 ünvanıdır.

9. Mülki prosessual qanuvericiliyə əsasən işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti əsasında ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən baxılır.

10. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.

Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh "X2" X3 nümayəndəsinin vəsatəti təmin edilməli və İddiaçı cavabdeh "X2" X3ə qarşı “işə bərpa” tələbinə dair hər 2(007)-661/2024 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44,45, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdeh "X2" Publik Hüquqi şəxsə qarşı “işə bərpa” tələbinə dair 2(007)- 661/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar