Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-662/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı İKB ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-ııin xeyrinə 2015-ci il 15 iyul tarixli kredit müqaviləsi üzrə 8250.81 ABŞ dol an əsas, 462.37 ABŞ dolları faiz, 14.33 ABŞ dolfarı cərimə borcu olmaqla ümumilikdə cəmi 8727.51 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətramənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 tvanovnanın , Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 , Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKJB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 15 iyul tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı İKB ASC-nin “13 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 28 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 28.12.2023 tarixədək təyin edilir. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzili 2015-ci il 15 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 15 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il noyabrın 14-dək Cavabdeh1 2015-ci il 15 iyul tarixli kredit müqaviləsi üzrə banka 8250.81 ABŞ dollan əsas, 462.37 ABŞ dolları faiz, 14.33 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 8727.51 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi. O, əlavə olaraq göstərdi ki, onun ödəmələrinə görə borc məbləği ona iki min artıq hesablanmişdır. Borcunu ödəməyə hazırdır, lakin qeyd olunan məbləğlə razı deyil, aylıq 200-300 manat ödəyə bilər. Uzun müddətdir ki işləmirdi, təzəlikcə mühafizəçi olaraq işə başlamışdır. Maddi vəziyyəti ağıdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 25-G1- 1-0-133-15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 25 faizlə, 12.000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə həmin məbləği kredit müqaviləsinin şərtlərinə uyğun vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surəindən görünür ki, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzili Cavabdeh1 İddiaçı İKB ASC qarşısında götürdüyü öhdəliyin təminatı olaraq ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. - İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli əlavə şazişdən görünür ki, tərəflər arasında bağlanmış 15 iyul 2015-ci il tarixli kredit müqavilsəinin müddəti 28 dekabr 2023 tarixədək təyin edilmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 50 nömrəli evin 19 nömrəli mənzili 15 iyul 2015-ci il tarixli kredit müqaviləsi və 28 dekabr 2016-cı il tarixli Əlavə Sazişin təminatı qismində İddiaçı İKB ASC-nin xeyrinə yüklü edilərək qeydiyyata alınmışdır ; - İddiaçı İKB ASC-nin 14 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15 iyul 2015-ci il tarixli kredit razılaşması üzrə 8250.81 ABŞ dolları əsas borcu, 462.37 ABŞ dolları faiz borcu, 14.33 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8727.51 ABŞ dolları borcu vardır; - Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsi həyata keçirilmişdir, verilmiş 17 mart 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilin hazırkı dövrə orta bazar qiyməti 90.000,00 manat təşkil edir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 mart 2020-ci il tarixli 3584 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 15 iyul 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı İKB ASC-yə 14 noyabr 2019-cu il tarixə 8299,79 ABŞ dolları əsas borcu, 374,69 ABŞ dolları faiz borcu müəyyən edilir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə müqavilədə nəzərdə yuyulmuş müddətdə və qaydada kredit ödənişlərini etməyi öhdəsinə götürmüşdür. İddiaçı İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzili Cavabdeh1 İddiaçı İKB ASC qarşısında götürdüyü öhdəliyin təminatı olaraq ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli əlavə şazişdən görünür ki, kreditin müddəti 28 dekabr 2023 tarixədək təyin edilmişdir. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh1 İddiaçı İKB ASC ilə bağladığı 15 iyul 2015-ci il tarixli kredit xətti müqaviləsi və həmin müqavilə əsasında bağladığı 15 iyul 2015-ci il tarixli razılaşma ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və rəylə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı İKB ASC-yə olan əsas borcu 8299.79 ABŞ dolları, faiz borcu 347.69 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən tələb olunan əsas borc 8250.81 ABŞ dolları, faiz borcu isə 462.37 ABŞ dollarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği iddia tələbi həcmində, faiz borcunun məbləği isə yuxarıda qeyd olunan məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş həcmdə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Yuxarıda qeyd edildiyi kimi ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli rəy ilə müəyyən edilmiş mənzilin hazırkı dövrə orta bazar qiymətinin mənzilin ümumi sahəsinə, təmir vəziyyətinə, yerləşmə yerinə və digər parametrlərinə uyğun gəlməsini nəzərə alaraq, xüsusən mülkiyyətçinin hüquqlarının təminatı baxımından hesab edir ki, mənzilin hərracda ilkin satış qiyməti həmin rəydə göstərilən məbləğdə müəyyən edilməlidir. Bununla da, müəyyən olundu ki, borcalan Cavabdeh1, Cavabdeh2 özünə məxsus əmlakı (mənzili) ipoteka qoyma yolu ilə təmin etdikləri kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı İKB ASC-nin tələbi həmin ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmeti olan əmlak hərracda ilkin satış qiyməti 90.000 manat məbləğlərdə müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan bir ay sonra mənzillər boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin “mənzildən istifadə hüququnun itirilməsi” tələbi ilə bağlı qeyd edir ki, nə qədər ki, hazırkı iddiaçı mənzilin mülkiyyətçisi kimi qeydə alınmamışdır, belə tələb irəli sürməsi üçün əsaslar yoxdur. Ona görə iddia həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən hal nəzərdə tutulmamışdır. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun ümumi qaydada tutulması nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 15 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8250.81 ABŞ doları əsas borc, 374.69 ABŞ dolları faiz borcu, 14.33 ABŞ dolları cərimə borcu qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun, 20,0 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı İKB ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 90.000,00 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçi Cavabdeh2 qaytarılmalı, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzil Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş cəmi 200,0 manat pul cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2015ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 15 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8250.81 ABŞ doları əsas borc, 374.69 ABŞ dolları faiz borcu, 14.33 ABŞ dolları cərimə borcu qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun, 20,0 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı İKB ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilsin, mənzilin ilkin satış qiyməti 90.000,00 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçi Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 65.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 19.2 kv.m yardımçı sahədən ibarət 50 nömrəli evin 19 nömrəli mənzil Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılsın və İddiaçı İKB ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 200,0 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-662/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-662/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver