Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-679/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı "torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı "torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli 14 saylı Sərəncamı ilə “Dədə xxxx” kiçik müəssisəsinə ayrılmış 0,52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148,4 kv.m torpaq sahəsinin onun tərəfindən, bacıları, qardaşları tərəfindən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərəddin qızına həvalə edilməsinə dair qətnamə qəbul edilməklə iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, “Dədə xxxx” kiçik Müəssisəsi xüsusi mülkiyyət formalı olmaqla 13 aprel 1994-cü il tarixdə 8500 nömrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin müəssisə mərhum X2 tərəfindən təsis edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 19.10.1994cü il tarixli 1446 saylı Sərəncamı ilə “Dədə xxxx” X19 rayonu, Babək prospektinin 2269-cu məhəllədə istehsalat sahəsinin tikintisi üçün 0,52 ha torpaq sahəsi ayrılmışdır. X2 28 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Xətai Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə atalarından miras qalmış paylar onun vərəsələri arasında bölünmüşdür. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qətnamə və qərarı ilə birinci instansiya (Xətai Rayon Məhkəməsi) məhkəməsinin qeyd olunan qətnaməsi qüvvəsində saxlanmışdır. Hal-hazırda müəssisəyə ayrılmış 0,52 ha torpaq sahəsindən Cavabdeh1 və X10 ilə birlikdə hissə-hissə satdıqdan sonra müəssisəyə aid cəmi olaraq 15 sot torpaq sahəsi qalmışdır ki, bu günə kimi (onun) həmin sahə onun bacılarının, qardaşlarının istifadəsindədir. Xətai Rayon Məhkəməsi tərəfindən iş üzrə icra vərəqəsi verilmiş icraata başlamaq haqqında müvafiq qaydada qərar qəbul edilərək işi icra etməyə davam edir. Hazırkı vəziyyətdə iş üzrə cavabdehlər qətnamənin icrasına maneə yaradaraq onların hüquqlarını pozurlar. Hesab edir ki, qeyd olunan torpaq sahəsində yaradılan meələrinin aradan qaldırılması vəzifəsi cavabdehlərə həvalə olunmalıdır. İddiaçı1 Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh2 cavabdehlikdən çıxarılmasını, Kifayətin cavabdeh kimi saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 31 mart 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası X4 Dədə xxxx Kiçik Müəssisəsindəki 67% payının Cavabdeh1 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə, İddiaçı1 1/6 hissədə, İddiaçı2 Fəxərddin qızının 1/6 hissədə, İddiaçı3 1/6 hissədə, İddiaçı4 1/6 hissədə payı müəyyən edilmişdir. Cavabdeh onlara məxsus torpaqlara daş, qum tökərək torpaq sahəsi üzərində onlarının hüquqlarını məhdudlaşdırır. Hazırda cavabdeh həmin əmlakdan istifadəyə maneələr yaradır və bununla bağlı inzibati protokol da tərtib edilmişdir. 31 mart 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi ona məxsusdur. X1 o baxmış və qayğısına qalmışdır. Yoldaşının borcu olduğu üçün müəssisədəki paylının 33 faizini Xəlil adlı şəxsə satmış, yerdə 67 faizi isə özündə qalmışdır. Həmin payda ona məxsusdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli, 1446 saylı Sərəncamından görününr ki, “Dədə xxxx” X19 rayonu, Babək prospektindəki 2269-cu məhəllədə istehsalat sahəsinin layihələşdirilmıəsi və tikintisi üçün 0,52 ha torpaq sahəsi ayrılmışdır. - 13 aprel 1994-cü il tarixli, 8500 nömrəli təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, “Dədə xxxx” kiçik müəssisəsi xüsusi mülkiyyət formalı olmaqla 13 aprel 1994-cü il tarixdə 8500 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 08.06.2009-cu il tarixli 7-1456/17 saylı məktubundan görünür ki, “Dədə xxxx” X19 rayonu, Babək prospektindəki 2269-cu məhəllədə istehsalat sahəsinin layihələşdirilməsi və tikintisi üçün verilmiş 19.10.1994-cü il tarixli, 1446 saylı Sərəncam və həmin sərəncam əsasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmış 9502 saylı inşaat pasportu “Dədə xxxx” kiçik müəssisəsinə aid olması təsdiq edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 Dədə xxxx Kiçik Müəssisəsindəki 67% payının Cavabdeh1 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə, İddiaçı1 1/6 hissədə, İddiaçı2 Fəxərddin qızının 1/6 hissədə, İddiaçı3 1/6 hissədə, İddiaçı4 1/6 hissədə payının müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7051/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəri təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7675/2018 saylı 26 noyabr 2018-ci il tarixli qərarından görünür ki, cavabdehlər İddiaçı1, X11, İddiaçı3 və İddiaçı4 birgə kassasiya şikayətləri təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X23 Qeydiyyatı İdarəsinin **********002600 saylı məktubundan görünür ki, “xxxx” Kişik Müəssisəsinin (VEÖN”**********) təsisçisi 67% təsis payına malik olan X4 qanuni vərəsələri Cavabdeh2 1/6 hissəsi, İddiaçı3 1/6 hissəsi, Cavabdeh1 1/6 hissəsi, İddiaçı2 1/6 hissəsi, İddiaçı1 1/6 hissəsi və X8 1/6 hissəsi üzrə təsis payının müəyyən edilməsi ilə əlaqədar dövlət reyestrində müvafiq dəyişiliklər edilmişdir. - Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin 2(011)-620/2018 saylı 15 mart 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2148/2019 saylı 10.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli, 1446 saylı Sərəncamı ilə “Dədə xxxx”kiçik müəssisəsinə ayrılmış 0,52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148,4 kv.m torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə olunmasına İddiaçı1, X17 tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. - Nizami Rayon Polis İdarəsinin 08 fevral 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1339/2020 saylı 31.08.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1862/2020 saylı 27.10.2020-ci il tarixli qərararından görünür ki, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan İddiaçı1 barəsində apellyasiya qaydasında verilmiş şikayətin qismən təmin edilməsi, İddiaçı1 Fəxərddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materialları yenidən baxılara, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 08.06.2009-cü il tarixli 7-1456/17 saylı məktubundan görünür ki, “Dədə xxxx” kiçik müəssisəsi vətəndaş X6 tərəfindən 31.03.1994-cü il tarixdə təsis edilmiş, 13.04.1994-cü ildə Ədliyyə Nazirliyində 8500 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Həmin kiçik müəssisənin direktoru Fəxrəddin Cabbarovun 23.05.1994-cü ii tarixli, l№-li məktubu nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli, 1446 saylı sərəncamı ilə Nizami rayonu, Babək prospekti, 2269-cu məhəllədə istehsalat sahəsinin layihələndirilməsi və tikintisi üçün, 9502 saylı inşaat pasportuna əsasən, 0,52 ha torpaq sahəsi ayrılmışdır. Memarlıq və Şəhərsalma Baş İdarəsinin “xxxx” kiçik müəssisəsinin direktoru F.Cabbarova ünvanladığı 27.02.1997-ci il tarixli, 18/04f-148 saylı məktubu ilə, Bakı Şəhər İcra Hakimiyyətinin 19.10.1994-cü il tarixli, 1446 saylı sərəncamına və 9502 saylı inşaat pasportuna əsaslanaraq, tikiləcək obyektin eskiz layihəsi razılaşdırılmışdır. 9502 saylı inşaat pasportuna əlavə edilmiş bütün sənədlərdə kiçik müəssisənin nizamnaməsi, möhürü və ştampmda “Dədə xxxx” sözü olmasına baxmayaraq, həm təsisçi F.Cabbarovun, həm də inşaat pasportunu və sərəncamı hazırlayan əməkdaşlann texniki səhvi nəticəsində, Bakı Şəhər İcra Hakimiyyətinin 19.10.1994-cü il tarixli, 1446 saylı sərəncamında və 9502 saylı inşaat pasportunda “Dədə xxxx” əvəzinə, “xxxx” sözü yazılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin 19.10.1994-cü il tarixli, 1446 saylı sərəncamının və həmin sərəncam əsasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmış 9502 saylı inşaat pasportunun “Dədə xxxx” kiçik müəssisəsinə aid olduğunu təsdiq edirlər və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinin 19.10.1994-cü il tarixli, 1446 saylı sərəncamında əlavə dəyişiklik edilməsini məqsədəuyğun hesab etmirlər. - İnzibati xəta haqqında MN № ******* saylı 18.09.2020-ci il tarixli protokoldan görünür ki, 18.09.2020-ci il tarixdə vətəndaş Cavabdeh1 Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Dədə xxxx” ünvanında qanunsuz tikinti işləri apardığına görə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - İnzibati Tənbeh vermə haqqında MN №0671621 saylı 18.09.2020-ci il tarixli qərarından görünür ki, 18.09.2020-ci il tarixdə vətəndaş Cavabdeh1 Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Dədə xxxx” ünvanında qanunsuz tikinti işləri apardığına görə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 500 manat tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM): 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.4-ci maddəsinə əsasən hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, “xxxx” Kiçik Müəssisəsi xüsusi mülkiyyət kimi 13 aprel 1994-cü il tarixdə 8500 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin müəssisə mərhum X7 tərəfindən təsis edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19.10.1994cü il tarixli, 1446 saylı Sərəncamı ilə “xxxx” X19 rayonu, Babək prospektindəki 2269-cu məhəllədə istehsalat sahəsinin layihələşdirilməsi və tikintisi üçün 0,52 ha torpaq sahəsi ayrılmışdır. “DƏDƏ QURQUD -10” KM-nin təsisçisi X7 19.06.2009-cu il tarixdə müəssisədəki nizamnamə kapitalının 100 faiz payının 33 faizini X3 67 faizini isə özündə saxlamışdır. X7 28 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış əmlakdan paylar aşağıdakı qaydada müəyyən edilmişdir: Arvadı-Cavabdeh1 1/6 hissədə, oğlu-İddiaçı1 1/6 hissədə, qızı-Cavabdeh2 1/6 hissədə, qızı-İddiaçı2 1/6 hissədə, qızı-İddiaçı3 1/6 hissədə və İddiaçı4 1/6 hissədə. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1, X12 qarşı “torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş olmuşdur. Həmin iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülkiyyətçilərə məxsus ümumi torpaq sahəsinin 1900 kv.m və həmin torpaq sahəsi üzrə mülkiyyətçilərin hər birinin payının 1/6 hissə təşkil etməsi, tədqiq olunan mübahisəli torpaq sahəsinin faktiki sahəsinin isə cəmi 148.4 kv.m təşkil etməsi nəzərə alınmaqla Cavabdeh1 istifadəsində olan “Dədə xxxx” kiçik müəssisəsinin yerləşdiyi torpaq sahəsi iddiaçını həmin müəssisədəki 1/6 payından 168.26 kv.m az təşkil etdiyi müəyyən olunmuşdur. “Dədə xxxx” kiçik müəssisəsinin yerləşdiyi ümumi torpaq sahəsinin sərhədləri dəqiqliklə müəyyən edilmədiyindən, həmin torpaq sahəsi üzrə bütün mülkiyyətçilərin müəssisədə olan paylarına uyğun istifadə qaydalarının müəyyən edilməsi mümkün deyil. Belə ki, hazırda “Dədə xxxx” kiçik müəssisəsinə ayrılmış 0,52 ha torpaq sahəsindən faktiki olaraq 148,4 kv.m torpaq sahəsi qalmışdır. Məhkəmə hesab edir ki, “Dədə xxxx” kiçik müəssisəsində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan 1/6 hissədə paya nisbətdə hazırda istifadəsiz qalan 148,4 kv.m sahə daha az olduğundan, həmin sahədən istifadəyə cavabdehin yaratdığı maneələr qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli, 1446 saylı Sərəncamı ilə “Dədə xxxx” kiçik müəssisəsinə ayrılmış 0,52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148,4 kv.m torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən istifadə olunmasına Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli, 1446 saylı Sərəncamı ilə “Dədə xxxx” kiçik müəssisəsinə ayrılmış 0,52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148,4 kv.m torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən istifadə olunmasına Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-679/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-679/2021
13.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver