Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-706/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə , İddiaçı X1 Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizsəi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 işlədiyi “Azneftkimya” İstehsalat birliyindən 083281 saylı 26 sentyabr 1969-cu il tarixli orderlə 10 saylı evdən 46A saylı mənzil verilmişdir. Sonradan ünvan dəyişdirilərək ünvan 1rderdə qeyd edildiyi kimi həmin mənzildə cəmi 6 nəfər qeydiyyatda olmuşdur. Mənzil 4 otaqdan ibarətdir. Sonradan ailə böyüyərək sayı 10 nəfərə çatmışdır və dörd otaqlı mənzilin bölünməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə də atası “Azneftkimya” İ/B-nə müraciətetmiş və onun müraciəti müsbət həll olunaraq ümumi sahəsi 55.92 kv.m olan 4 otaqlı mənnzil iki yerə bölünmüşdür. Belə ki, ümumi sahəsi 14.92 kv.m olan 1 otaqlı mənzil 46A adlandırılaraq onun adına qeydə alınmışdır. Hal-hazırda mənzildə o, həyat yoldaşı, oğlu, qızı və nəvəsi qeydiyyatdadır və orada yaşamaqdıqları halda kommunal xərcləri də ödəyir. Həmin mənzildən 3 otaq, ümumi sahəsi 41 kv.m olmaqla atasına qalmışdır ki, bu mənzil də 46 saylı mənzil kimi nəzərdə tutulmuşdur. Onlar həmin mənzildə bir neçə il yaşadıqdan sonra ailələrində olan artımdan çox qardaşı Cavabdeh onları yola vermədiyi üçün həmin mənzili tərk edib başqa bir yer tapıb orada yaşamağa başlamışdır. Qanunla onların adına olan mənzildən təcrid olunmuşlar. Hal-ahzırda ailələri böyümüş və onlar həmin mənzilə sığmırlar. Odur ki, göstərilənlərə əsasən onun Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 16, m 46nın tərkibində yerləşən 46a adlandırılan və onun adına qeyd olunan mənzilə yaşayış hüququnun Cavabdeh tərəfindən məhdudlaşdırılmasının aradan qaldırılması, onun həmin mənzilə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh isə öz növbəsində işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının həmin mənzilə hç bir istifadə hüququnun olmamasını bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin arayışına və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən X2, X6, X4, X5, X8, X7və X9 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 16 saylı evin, 46a saylı mənzilində qeydiyyatdadırlar. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən 26.1. yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. 226.2. maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. 228.1. maddəyə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.3. maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Qeyd edilən hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küsçəsindəki 16 saylı evin 46 saylı mənzilinin tərkibində yerləşən 46A adlandaralın yaşayış sahəsinə köçürülməli, Cavabdeh tərəfindən həmı̇ n mənzı̇ ldə yaşamağa iddiaçıya edilən məhdudiyyətlər aradan qaldırılmalıdır. Lakin iddiaçının həmin mənzildən istifadə qaydalarının müəyyənləşdirilməsi məhkəmənin həll etdiyi məsələlərə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız şəxslərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küsçəsindəki 16 saylı evin 46 saylı mənzilinin tərkibində yerləşən 46A adlandaralın yaşayış sahəsinə köçürülsün. Cavabdeh tərəfindən həmı̇ n mənzı̇ ldə yaşamağa iddiaçıya edilən məhdudiyyətlər aradan qaldırılsın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-706/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-706/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver