Məhkəmə qərarları › İş №2(007)-712/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-712/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-712/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nürəddin oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Analtoyevnaya və Cavabdeh2 Nürəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında olan, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesasb edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nizami rayonu, E.Süleymanov 160E saylı evin 66.18 kv.m ümumi sahəsi olan 62 saylı mənzilini 05.10.2015-ci il tarixdə notarial qaydada alqı-satqı yolu ilə Cavabdeh1, Cavabdeh2 Nürəddin oğlundan almış və 03.12.2015-ci il tarixdə ƏMDK yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən həmin mənzil onun şəxsi mülkiyyətindədir. Lakin onun mülkiyyətində olan mənzildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nürəddin oğlu qeydiyyatda qalmışlar. Halbuki onlar mənzili satdıqdan sonra oranı tərk edib, başqa ünvana köçüb getmişlər. Baxmayaraq ki, o, bu barədə cavabdehlərə xəbərdarlıq etmişdir. Mənzil hazırda onun istifadəsindədir və bütün kommunal cxərcləri o özü ödəyir. Bu isə ona maliyyə və digər hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. Elə bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddia ərizəsinin məzmununa uyğun uzahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nürəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iş materiallarında onların məhkəmə bildirişlərini almasını təsdiqləyən sənəd aşkar olunmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məxəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarına əsasən xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 və xx.xx.1946-cı ildə Rusiya Federasiyası Kab.Balkar MR. Naqornıy rayonunda anadan olmuş Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. 05.04.2006-cı ildə Bakı şəhəri Nizami RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx xxxxxx 1955-ci ildə Xaçmaz rayonunda anadan olmuş İddiaçı Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 05 oktyabr 2015-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqviləsinin surətinə əsasən satıcılar Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 66.18 kv.m olan 3 otaqlı 62 saylı mənzili alıcı İddiaçı 75.000 (yetmiş beş min) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seiya RX ******* №li çıxarışın təsdiq olunmuş surətinə əsasən ünvan 5, mənzil 62 ünvanı 03.12.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 160E saylı evin 62 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 03.12.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Nürəddin oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 160E saylı evin, 62 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar