Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-713/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qızı Maraqlı şəxs2 xx xxxxxxx 2002-ci il tarixdə ünvan 1 ünvanında doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı Maraqlı şəxs2 xx xxxxxxx 2002-ci il tarixdə ünvan 2 ünvanında ev şəraitində anadan olmuşdur. Xəstəxanada doğum olmadığı üçün lazım olan arayışı ala bilməmişdir və buna görədə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu barədə Bakı şəhəri, Nizami rayonu Qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin verilməsindən ötrü müraciət etmiş, lakin imtina vermişdir. Doğum faktının müəyyən edilməsi barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə iclasına gedə bilmədiyi üçün ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında Ərizəçiərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin anasıdır. Qızı Vahidlə ailəli idi onların üç övladları var. Adları Ayşən, Rövşən Gültəndir. Vahid ismayıllıda yaşayırdı. Sonra Rusiyaya getmişdir. Keçən il rəhmətə getmişdir. 2002-ci ilin oktyabr ayında qızı akuşerkanın köməkliyi ilə evdə Gültəni dünyaya gətirmişdir. Sonradan ona sənəd almamışdılar. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçi Keşlədə, Türkmən küçəsi 4A-da yaşayır. Onun üç övladı var. İki qızı bir oğlu. Həyat yoldaşı Vahid hərdənbir gəlib-gedirdi. Keçən il rəhmətə gedib. Gültən 2002ci ildə oktyabrın 20-də evdə dünyaya gəlmişdir. O da həmin vaxt orda olmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 05.12.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixdə 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5. bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir:valideynlərin şəxsiyyətini təsdiq edən sənəd; valideynlərin nikah haqqında şəhadətnamə; doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssi, əsindən sənəd (əsli); uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğıma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdliyi sənəd. Göstərilən Qaydanın 2.5.4 bəndində nəzərdə tutulan uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd olmadığı üçün xahişinizin icrası imkan xaricində olduğu bildirilmişdir. - İ-ЖГ 347193 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Rövşən Vahid oğlunun atasıdır. - A 589847 nömrəli əsas təhsil haqqında Şəhadətnamənin surətindən görünür ki, X1 rayonu Mican kənd orta məktəbində oxumuş və 2008-ci ildə əsas təhsilini bitirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 xx xxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X11, ana adı qrafasında Ərizəçi göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 xx xxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulması müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X11, ana adı qrafasında Ərizəçi göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Maraqlı şəxs2 adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-713/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-713/2021
11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver