Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-717/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, onun qızı 31 oktyabr 2008-ci il təvəllüdlü X1 və Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən evin 78 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 29 dekabr 2016-cı il tarixdə bağladığı AN-İ seriyalı, ******* saylı alqı-atqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən evin 78 saylı mənzilini almışdır. Bu müqavilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda müvafiq qaydada təsdiqlənmişdir. Mənzilin alqı-satqısı həyata keçirildikdən sonra mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18 yanvar 2017-ci il tarixdə qeydə alınmış və bu barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İstər mənzilin satılması zamanı, istərsə də mənzilin satılmasından sonra mənzilin sabiq mülkiyyətçisi Cavabdeh1, onun qızı - 31 oktyabr 2008-ci il təvəllüdlü X3 və anası Cavabdeh2 mənzildə yaşamamışlar. Alqı-satqı müqaviləsinin şərtinə görə, Cavabdeh1 mənzili dərhal ona təhvil vermiş, 28 fevral 2017-ci il tarixədək isə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bundan başqa, mənzil satılarkən Cavabdeh2 alqı-satqının keçirilməsinə razılıq ərizəsi verməklə bərabər, mənzildən qeydiyyatdan çıxacağına dair notarial qaydada öhdəlik götürmüşdür. Lakin həmin cavabdehlər öhdəliklərini pozaraq və qanunvericiliyin tələblərinə əməl etməyərək mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildən indiyədək qeydiyyatdan çıxmamışlar. Lakin cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi qanunla tənzimlənən və qorunan hüquqlarımı pozur. Cavabdehlərin təqsiri üzündən, öhdəliklərinə əməl etməmələri səbəbindən öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir, cavabdehlər ailə üzvləri olmasalar da, onların qeydiyyatda olmaları səbəbindən əmlakla bağlı hər hansı prosedurları həyata keçirə bilmir, əmlaka münasibətdə heç bir hüquqa malik olmadıqları halda onların razılığının alınması zərurəti yaranır və ya ölkədə keçirilən seçkilərdə adlarına bildirişlər gəlir və s. Ona görə hesab edir ki, bu hallara son qoyulmalı, cavabdehlərin yerinə yetirmədikləri öhdəlikləri, məhkəmə qaydasında həll olunmaqla, həyata keçirilməlidir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh1, onun qızı 31 oktyabr 2008-ci il təvəllüdlü X2 və Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən evin 78 sasylı mənzilindən istifadə hüquqlaırna xitam verilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.01.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 263 №-li reyestr kitabının 25522 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - 29 dekabr 2016-cı il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonunun Qara Qarayev prospektindəki 61 saylı evin 78 saylı mənzilini İddiaçı satmışdır və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Cavabdeh2 21.12.2016-cı il tarixli ərizəsindən görünür ki, onun qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına heç bir etirazı yoxdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 17.10.2020-ci il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X3, Cavabdeh2 və Cavabdeh1dır. - 57 saylı MKİS-in 18.02.2021-ci il tarixli 101 saylı arayışından görünür ki, X4 ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Onun anası Cavabdeh2 mənzilin satılması ilə əlaqədar yuxarıda göstərilən ünvanda yaşamırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 özünə məxsus ünvan 3 ünvanında yerləşən mənzili 29 dekabr 2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil özgəninkiləşdirilərək İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı X1 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan övladı X1 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan övladı X1 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-717/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-717/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver