Məhkəmə qərarları › İş №2(007)-728/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-728/2021

16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-728/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, xx.xx.1975-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Hazırda rəsmi ünvan qeydiyyatı Ağdam rayonu, Novruzlu kəndindədir. Faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon qeydiyyat şöbəsinə müraciət etdi. Lakin ona imtina olunaraq bildirilmişdir ki, doğum haqqında akt qeydi olmadığı üçün bunu etmək qeyri-mümkündür. Bununla əlaqədar olaraq ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Belə ki, mövcud olan qanunvericiliyin tələblərinə görə akt qeydlərinin bərpası yalnız məhkəmə vasitəsilə mümkündür. Faktiki olaraq xx.xx.1975-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi də olub, lakin həmin şəhadətnaməni itirdiyi üçün Nizami rayon qeydiyyat şöbəsinə müraciət etdi və ona məlum deyil ki, akt qeydi nəyə görə aşkar edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən onun xx.xx.1975-ci ildə Xocavənd rayonun Xocavənd qəsəbəsində anadan olması haqda akt qeydinin bərpa olunması, adının Ərizəçi, yazılması barədə hüuqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə Xocavənd rayonunda anadan olmuş Ərizəçi subaydır, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatdadır. İş materiallarında olan AR ƏN Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlandığı 08.09.2020-ci il tarixli 05Q-1054/15 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum akt qeydinə əlavə edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə xahişinizin təmin edilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, ərizəçi onun qızıdır. Ərizəçi xx.xx.1975-ci ildə Xocavənd rayonun Xocavənd qəsəbəsində anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1975-ci ildə Xocavənd rayonun Xocavənd qəsəbəsində anadan olmuşdur Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ərizəçi xx.xx.1975-ci ildə Xocavənd rayonun Xocavənd qəsəbəsində anadan olmuşdur, onun doğum akt qeydi də həmin rayonda aparılmışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx.xx.1975-ci ildə Xocavənd rayonun Xocavənd qəsəbəsində anadan olmasına dair hüquqi fakt müəyyən olunmalı, doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında «X3», ana qrafasında «X4» qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1975-ci il tarixdə Xocavənd rayonunda anadan olması barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar