Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-73/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı (Açar sözlər: “yaşayış sahəsinə dair istifadə hüququ olmayan hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh İddiaçı və onun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə dair istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə dair istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilə dair istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin, 49 saylı mənzilinə istifadə hüquqları olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ünvan 1-də yerləşən 49 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin mənzil bundan əvvəl onun valideyninə məxsus olmuş, sonradan isə vərəsəliklə onun mülkiyyətinə keçmişdir. Hazırda onun keçmiş arvadı X3 həmin mənzildə yaşamasa da orada qeydiyyatda qalmaqda davam edir. Ondan mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də bir nəticəsi olmamışdır. Hesab edir ki, onun ailə üzvü olmayan bir şəxsin onun mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalması, bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, belə ki, əmlakına dair sərbəst sərəncam verə bilmir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, dövlət xüsusi mülkiyyət hüququnun qorunmasına tam təminat verir. O, cavabdeh X3 ilə 02 mart 2010-cu il tarixində nikaha daxil olmuşdur. Cavabdeh bundan bir müddət sonra mülkiyyətçinin razılığı ilə mənzilə pasport qeydiyyatına düşmüşdür. Aralarında olan nikah Nizami Rayon Məhkəməsinin 2(007)-893/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh X3 mübahisəli mənzilə 02 mart 2010-cu il tarixindən sonrakı dövrdə köçüb pasport qeydiyyatına düşdüyü üçün hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddənin tələbləri ilə bağlı bildirmək istəyir ki, cavabdeh mənzili tərk etmiş, əşyalarının hamısını özünün məhkəmə tələbinə əsasən həmin mənzildən çıxarmış və digər yaşayış sahəsinə köçmüşdür.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və bildirdi ki, tərəflər 2010cu ildə nikaha daxil olublar. Mənzil 2019-cu ildə iddiaçıya vərəsəliklə keçib. Onların nikahı 20 iyun 2024-cü il tarixdə pozulub. Cavabdeh 1 il 4 aydır ki, həmin mənzildə yaşamır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı bildirdi ki, iddia tələbini qəbul etmir. O, könüllü öz xoşu ilə çıxmayıb həmin mənzildən məcburiyyət qarşısında qalıb ata evinə gedib. Ata evinə gedəndən sonra eşitdiyinə görə baldızı yaşayırdı. Hazırda kimin yaşadığını bilmir. İddia tələbinin rədd edilməsini xahiş etdi.
İş materialları:
6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-05101-093039 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 27 fevral 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzilində qeydiyyatdadırlar.
8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-893/2024 saylı, 20 iyun 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 02 mart 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 183 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları qət edilmişdir.
9. AZ-İ seriyalı, 558288 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 02 mart 2010-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 183 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Ələkpərova” soyadını qəbul etmişdir.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh və İddiaçı 2010-cu ildə nikaha daxil olmuşlar. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzili 27 fevral 2020-ci il tarixdə vərəsəliklə Cavabdeh mülkiyyətinə keçmişdir. Tərəflərin nikahı 20 iyun 2024-cü il tarixdə pozulmuşdur. İddiaçı 2023-cü ildən qeyd olunan mənzildə yaşamır, uşaqları ilə birlikdə ata evində yaşayır. Bununla da İddiaçının xüsusi mülkiyyətində olan mənzilinə formal olaraq qeydiyyatda qalması iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:
Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
16. Avropa Konvensiyasının 1 saylı protokolunun:
1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.
17. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun:
9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
22. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
23. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Onun mülkiyyət hüququ 27 fevral 2020-ci ildə reyestrdə qeydə alınıb. İddiaçı mülkiyyətçinin keçmiş həyat yoldaşıdır. Onlar 2010-cu il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh həmin mənzilə qeydiyyata düşən zaman mənzil iddiaçının atasına məxsus olmuşdur. 27 fevral 2020-ci il tarixdə isə mənzil vərəsəliklə iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı 17 iyul 2023-cü ildə övladları ilə birlikdə ata evinə köçmüş və orada yaşamışdır. Qanunun tələbinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Odur ki, İddiaçının keçmiş ailə üzvüdür. Mənzil məcəlləsinin 30.4-cü maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
24. Beləliklə, İddiaçı 27 fevral 2020-ci il tarixədək mənzilin əvvəlki mülkiyyətçisinin (qayınatanın) notarial qaydada təsdiq olunmuş razılığı olmadığından istifadə hüququ yaranmış olmur. Mənzil vərəsəliklə iddiaçının (ərin) mülkiyyətinə keçəndə sonra isə istifadə hüququ yaranmış olur. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən 20 iyun 2024-cü il tarixdə nikahın pozulması ilə İddiaçı yaşayış sahəsindən istifadə hüququ itirilmiş olur. Həmçinin İddiaçı 2023-cü ildən həmin mənzildə faktiki olaraq yaşamır.
25. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzilinə istifadə hüququ olmayan (itirilmiş) hesab edilməlidir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Nəticə:
27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilməlidir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçı tələb etmədiyindən məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova