Məhkəmə qərarları › İş №2(007)-736/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-736/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-736/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil 10.03.2015-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh X1 doğma oğludur. Oğlu 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2017-ci ildə cəzadan azad edilmişdir. Cəzanın çəkib bitirdikdən sonra oğlunun qeydiyyata düşməyə Bakı şəhərində hər hansı ünvanı olmadığından, oğlunu öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşməyinə razılıq vermişdir. Lakin oğlu 2018-ci ildə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmiş və 19 iyun 2020-ci il tarixdən Rusiya Federasiyasına qeydiyyata düşmüşdür. Oğlu Rusiya Federasiyasının vətəndaşı olmaqla, daimi olaraq orada yaşayır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyim kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 15 oktyabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10 mart 2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Rusiya Federasiyası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İskəndərov X2 Oblastı, Ulyanovsk şəhəri, Qaya prospekti ev 9, mənzil 52 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 19 oktyabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzildə 25 iyun 2019-cu il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 12 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən, Cavabdeh 17.08.2019-cu il tarixdə dövlət sərhədindən çıxış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 fevral 2021-ci il tarixli məktubundan görünür ki, X4 9 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin sonu əsasında 16 may 2019-cu il tarixdə azad edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17.02.2021-ci il tarixli teleqramın məzmunundan görünür ki, onun atasının iddiasına qarşı heç bir etirazı yoxdur. İddianı qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hazırki cavabdeh olan, iddiaçının uğlu Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Hazırda Cavabdehin ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə qeyd edir ki, cavabdeh X4 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, cəza müddətinin sonu əsasında 16 may 2019-cu il tarixdə azad edilmişdir. Bundan sonra, 25 iyun 2019-cu il tarixdən mübahisəli mənzildə qeydiyata düşmüşdür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 12 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən, Cavabdeh 17.08.2019-cu il tarixdə dövlət sərhədindən çıxış etmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh ölkə ərazi sərhədlərindən çıxdıqdan sonra Rusiya Federasiyasında Ulsyanovskaya Oblastı, Ulyanovsk şəhəri, Qaya prospekti ev 9, mənzil 52 ünvanında qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzildən istifadə hüququ əldə edilməsini zəruri edən əsasın, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmiş və müəyyən olunmuşdur ki, cavabdehin qeyd olunan mənzildən istifadə hüquqları formal xarakter daşıyır. Cavabdehin özü də iddianı qəbul etmişdir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Belə olan halda, Cavabdeh mübahisəli mənzilə istifadə hüququna həmin sahəyə ehtiyacı aradan qalxdığından xitam verilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qareyev prspekti ev 93, 66 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar