Məhkəmə qərarları › İş №2(007)-741/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-741/2021

07.12.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-741/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki,iddiaçı cavabdehə 121.000 ABŞ dolları məbləğində borca pul verib. Bir müddət borcu qaytarmadığı və müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayındığı üçün iddiaçı məcbur qalaraq 31 oktyabr 2017-ci il tarixdə onunla borcun etirafı haqqında müqavilə bağlayıb.Belə ki, cavabdeh son dəfə iddiaçıya olan borcunu 30 noyabr 2017-ci il tarixə qədər qaytarmağı söz vermişdi. İddiaçının ona inamı olmadığı üçün borcun etirafı ilə bağlı notariat kontorunda müqavilə bağlamışdır. Buna baxmayaraq cavabdeh yenidən borcunu qaytarmaqdan boyun qaçırır. İddiaçı isə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edib. Qeyd olunanları nəzərə alıb Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borcun ödəniş günüü ABŞ dollarının Azərbaycan manatı nəzərə alınmaqla manatla tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 27-ci Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş borcun etirafı haqqında 31 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, İmanov X1 Zəfər Nadir oğlundan 120000 ABŞ dolları məbləğində borc aldığını etiraf etmiş və həmin borcu 30.11.2017-ci il tarixdə qaytaracağına təminat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı 31.11.2015-ci il tarixdə Cavabdeh 121000 ABŞ dolları məbləğində borc vermiş, 31 oktyabr 2017-ci il tarixdə həmin borcu cavabdeh notarial qaydada təsdiq olunmuş müqavilə ilə etiraf etmiş və borcu 1 aydan sonra, 30 noyabr 2017-ci il tarixdə qaytaracağına təminat vermişdir.Lakin bu müddət ərzində borcu qytarmamışdır.Ona görə də məhkəmə iddianı əsaslı heasb edir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərk hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borc ödəniş günüü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 121000 ABŞ dolları məbləğində borc ödəniş günüü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar