Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-756/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müavinat məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müavinat məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, ki, 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X4 Zavodunun indiki "xxxx" ASC-nin təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olunmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabiliyyətsiz hesab olunmuşdur və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilib. Bu xüsusatlar Bakı şəhər Şaumyan rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapır. Bütün bunlara görə cavabdeh "xxxx" ASC-i tərəfindən ona 196 manat ömürlük müavinat ödənilir. Lakin “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yayşayış minimumum ölkə üzrə 246 manat məbləğində müyyən edilib.O, dəfələrlə cavabdeh "xxxx" ASC-nə müavinatın məbləğini artıraraq 246 manat təyin edilməsini xahiş etsə də, onlar məhkəməyə müraciət etmyin qanuna müvafiq olduğunu bildirmişlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən"xxxx" ASC tərəfindən ona ödənilmiş müavinatın artırılaraq 246 manat müəyyən olunmasına dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən İddiaçı verilən müavinat məbləğini artıraraq 246 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.İddiaçının iddia tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.Artıq iddiaçının iddiası üzrə məhkəmədə bu işə məhkəmədə baxılıb, heç bir qətnamədə qeyd edilməyib ki, yaşayış minimumu artdıqda iddiaçıya ödənilən müavinatın məbləği də artmalıdır. Qeyd edir ki, iddiaçı heç vaxt cəmiyyətdə işləməyib, təsadüf nəticəsində xəsarət alıb. İddiaçı (Andrey) Nadiroviç nə də onun atası heç bir zaman 4 nömrəli X4 zavodunda işləməyib və qanunvericilik əsasında da şikəstliyə görə bir işçi kimi müavinat almayıb. İddiaçıya ziyan dəymiş şəxs kimi dəfələrlə birdəfəlik təzminatlar və ödənişlər edilib. Hüquqi şəxsin işçisi olmadığından və ömürlük ona müavinət ödənilməsi barədə məhəkmə qətnaməsi olmadığından heç bir zaman ərzində iddiaçıya müavinət ödənilməyib. Bu baxımından hüquqi varis kimi özəlləşdirmə zamanı iddiaçının adı “Şikəstliyə görə müavinat alan işçilərin siyahısı”nda, şirkətin arxiv sənədlərində, emisiya prospektində qeyd edilməyib. İddiaçının eyni iddia ilə yenidən məhkəmədə iddia qaldırması qanunvericiliyin tələblərinə və cavabdehin Konstitusiyon hüquqlarını pozulmasına gətirib çıxaran amillərdən biridir. Məsələ ondan ibarətdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin “Dövlət Proqramı”nı rəhbər tutaraq, Azərbaycan Respublikasının 1996cı il 29 noyabr tarixli 208-lQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq,“Tikinti kompleksinin inhisarsizlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli 2 dekabr 1997-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə ləğv edilən "xxxx" Dövlət Şirkətinin Tikinti X1 tabeliyində olan ünvan 1 ünvanda yerləşən 4 nömrəli X4 zavodu iki yerə bölünərək onun bazasında "xxxx" ASC və "xxxx" ASC yaradılıb. Bu baxımından hüquqi varis kimi özəlləşdirmə zamanı iddiaçının adı “Şikəstliyə görə müavinat alan işçilərin siyahısı”nda adı qeyd edilməyib. Cavadeh də bu iddiaçı barədə heç bir öhdəlik qəbul etməyib və bu baxımdan da iddianı icra etmək məcburiyyətində deyil.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı birdəfəlik təzminat qismində 68136 manat,hər ay üçün 136 manat,mənəvi zərər qismində 20000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir.Həmin qətnaməyə əsasən iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sonuncunun sağlamlığına vurulmuş zərərə görə onun məhkəmədə hazırkı iddianı irəli sürməzdən əvvəlki üç il üçün birdəfəlik qaydada 4641 manat və 2016-cı ilin mart ayından hesablanmaqla hər ay 136 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.Qalan hissədə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müavinətin məbləğinin artırılaraq 196 manat müəyyən olunmasına dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin halları ilə müəyyən edilmişdir ki, 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X4 Zavodunun indiki "xxxx" ASC-nin təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olunmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabiliyyətsiz hesab olunmuşdur və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilib.İşin bu halı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sonuncunun sağlamlığına vurulmuş zərərə görə onun məhkəmədə hazırkı iddianı irəli sürməzdən əvvəlki üç il üçün birdəfəlik qaydada 4641 manat və 2016-cı ilin mart ayından hesablanmaqla hər ay 136 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsindən görünür ki,2023-cü il üçün yaşayış minimumu ölkə üçün 246 manat müəyyən edilmişdir. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalı,İddiaçı "xxxx" ASC tərəfindən aylıq ödənilən müavinət məbləği artıralaraq 246 manat müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı "xxxx" ASC tərəfindən aylıq ödənilən müavinət məbləği artıralaraq 246 manat müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-756/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-756/2023
17.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver