Məhkəmə qərarları › İş №2(007)-763/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-763/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-763/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X11 xx.xx.1928-ci ildə Ermənistan SSR-də anadan olub və xx.xx.2008-ci il tarixində Bakı şəhərində vəfat edib. Ölümündən sonra ölüm haqqında şəhadətnamə alınıb. Onun nənəsi X21 (Ramazanın anası) xx.xx.1990-ci ildə vəfat edib. Nənəsindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalıb. X5 doğum haqqında şəhadətnaməsi Ermənistan SSR-də alınıb, hazırki vəziyyətlə bağlı onun doğum haqqında şəhadətnaməsinin oradan alınması mümkün deyildir. Atası orta məktəbi bitirdikdən sonra X2 bitirib, əmək fəaliyyətinə 1951-ci ildə Naxçıvan MSSR-nin Şahbuz rayonunda Kənd Təsərrüfatı İdarəsinin baş zootexniki kimi başlayıb, sonra Naxçıvan MTS-nin baş zootexniki, Naxçıvan rayon X3 və Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin baş zootexniki işləyib, 1960-cı ildə Moskvada Sovet İKP MK yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Naxçıvan rayon ZDS İK-nin sədri seçilib, Azərbaycan KP İliç rayon Komitəsinin birinci katibi, 1964-cü ildən isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qazax rayon ZDS İK-nin sədri, Azərbaycan SSR Nazirlər Soveti yanında X18 Edilməsi İnsititutunda “kafedra” müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ovçular Cəmiyyətinin sədr müavini olub. Xidmətləri yüksək qiymətləndirilib, X27 ordeni və bir sıra medalla təltif edilib. Vİİ çağırış SSRİ Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilib. Atası barədə məlumatlar “GOOGLE” vikipediya səhifələrində vardır, o tanınmış ictimai siyasi xadim olub. Əlavə olaraq qeyd edir ki, 102 saylı MİS-də saxlanılan məlumat kartasında atasının doğumu və doğum yeri, ölümü və sair barədə məlumat vardır, həmin kartanın təsdiq edilmiş surətini işə əlavə edir. Əlavə olaraq qeyd edir ki, onun nənəsi X13 (İsmayılov Ramazanın anası) miras əmlak qalıb, onun vərəsəlik işinin açılması və vərəsəlik işinin aparılması üçün X5 doğum haqqında şəhadətnaməsinin notariat ofisinə təqdim edilməsi zərurəti yaranıb. Miras qalmış əmlakın sənədləşdirilməsi üçün doğum haqqında şəhadətnamənin alınması zərurəti vardır. Doğum haqqında şəhadətnaməni başqa formada ala bilmədikləri üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən X5 xx.xx.1928-ci il tarixində Ermənistan Respublikasında doğulmasına dair akt qeydinin bərpa edilməsi, onun doğum akt qeydiydində ata adı qrafasında X16, ana adı qrafasında X9 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi dayısının oğludur. Ərizəçinin atası X11, anası isə X4r. Onun və ərizəçinin babası X16, nənəsi ilə X17r. Babası 1983-cü ildə, nənəsi isə 1990-c ildə vəfat edib. Məhkəmə iclasında şahid kimi dindirilən X14 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin atası X7r. Onun və ərizəçinin babası X16, nənəsi ilə X17r. Babası 1898-1999-cu il tarixdə Ermənistan Respublikasında anadan olub, 1983-cü ildə vəfat edib. Nənəsi isə 1900-cü ildə anadan olub və 1990-cı ildə vəfat edib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X22 izahat verərək, ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tаriхdə vеrilmiş AZ-İV № 168006 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Ərizəçi 11 avqust 1960-cı il tаriхdə Naxçıvan Muxtar Respublikasında doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 noyabr 1960-cı ildə 819 № ilə qeyd edilmişdir. Atası X23 оğlu, anası X4r. - 17 may 2012-ci il tarixdə verilmiş AZ-İ № 433652 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02 may 1983-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 noyabr 1985-ci il tarixdə 30 nömrəli qeyd edilmişdir. - 02 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İ № 493281 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 01 fevral 1990-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 oktyabr 2012-ci il tarixdə 01b nömrəli qeyd edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda X15 adına qeydiyyata alınmışdır; - 06 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 342232 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 dekabr 2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 fevral 2009-cu il tarixdə 174 nömrəli qeyd edilmişdir. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə “X10” AQİS-dən çıxarışdan görünür ki, X11 xx.xx.1928-ci ildə doğulmuş və xx.xx.2008-ci ildə ölmüşdür. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-2478- 15/23 saylı məktubdan görünür ki, X1 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Nizami rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır Ərizədə doğum tarixi xx.xx.1928-ci il, doğum yeri isə Ermənistan Respublikası göstərilir. Bildirirlər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda.vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir; - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-DA/2-H- 02584/2023 saylı məlumatından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X10 idarəsi” arxiv fondunda mühafizə edilən 1928-ci ilə dair Bakı şəhəri Kirov (Binəqədi) rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X8 təvəllüdü haqqında heç bir məlumat akşar edilməmişdir. - Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyi X10nın Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/4-15-S-01-6/24 saylı məktubundan görünür ki, müraciətdə 1928-ci ildə Ermənistanda doğulmuş mərhum X1 doğumu haqqında şəhadətnamənin itdiyini bildirərək doğumu haqqında akt qeydinin bərpa olunması üçün köməklik göstərilməsi xahiş edilib. Məlumat üçün bildirirlər ki, Ermənistanın səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş X10nın qeydiyyatına dair sənədlər qeydiyyat şöbələrinin və X10nın reyestri xidmətinin arxivində saxlanılmır. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X10nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən X10nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məlum olduğu kimi onunla telefon əlaqəsi saxlanılarkən doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etdiyini, iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il tarixə təyin edildiyini bildirib. Qeyd edirlər ki, məhkəmənin qərarından asılı olaraq qeydiyyat şöbəsi tərəfindən akt qeydinin bərpa edilməsi məsələsinə baxılacaqdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2-İ- 779-6-7/2024 saylı məktubundan görünür ki, Ermənistan SSR-də anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların sosialhüquq xarakterli hər hansı bir sənədi, o cümlədən doğum, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində mövcud deyil. - Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyi X10nın Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-896/2024 saylı məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən R.İsmayılovun doğum yerinin Ermənistan Respublikasının Sovetakan rayonu olduğu müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, “X10” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən R.İsmayılovun doğumu və F.Əliyevanın nikahı, övladları haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zaman da bildirirlər ki, Ermənistan Respublikasında tərtib edilmiş X10nın qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, eləcə də X10nın reyestri xidmətinin arxivində saxlanılmadığından R.İsmayılovun doğumuna dair məlumat verilməsi mümkün deyildir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-4222/2024 nömrəli məktubundan görünür ki, X11 xx.xx.2004-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatda olmaqla AZE-01833105 nömrəli, xx.xx.2008-ci il tarixdə AZE-03585415 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, ona məxsus sonuncu şəxsiyyət vəsiqəsi xx.xx.2009-cu il tarixdə “ölüm" səbəbilə fəaliyyətsizləşdirilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən və fərdi uçot kartoçkası arxivdə aşkar edilmədiyindən göndərilməsi mümkün deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi atası X11 15 fevral 1928-ci il tarixdə Ermənistan Respublikasının Sovetakan rayonunda doğulmuş və 23 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin babası X16, nənəsi ilə X21 olmuş, onlar da vəfat etmişlər. Ərizəçi atasının doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Hazırda ərizəçiyə atası Ərizəçi doğum haqqında şəhadətnaməsi nənəsi X12 miras qalmış əmlakı üzrə vərəsəlik işinin açılması üçün lazımdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən X10nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən X10nın qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X10nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X10nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X10nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 23 dekabr 2008-ci il tarixdə vəfat etmiş X5 15 fevral 1928-ci il tarixdə Ermənistan Respublikasının Sovetakan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü 15 fevral 1928-ci il, doğulduğu yer Ermənistan Respublikasının, Sovetakan rayonu, atası X16, milliyyəti azərbaycanlı, anası X21, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq X5 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 dekabr 2008-ci il tarixdə vəfat etmiş X5 15 fevral 1928-ci il tarixdə Ermənistan Respublikasının Sovetakan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü 15 fevral 1928-ci il, doğulduğu yer Ermənistan Respublikasının Sovetakan rayonu, atası X16, milliyyəti azərbaycanlı, anası X21, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq X5 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar