Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-765/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni 15 fevral 1965-cı ildə Ermənistan SSR, Kirovakan şəhərində anadan olmuş Məmmədova (Ələkbərova) Elmira Gülməmməd qızının doğumunun Ermənistan SSR Kirovakan şəhər ZAQS Şöbəsində 25.02.1966-cı il tarixdə 381 saylı akt qeydi ilə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X2, ana qrafasında isə X11 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə Ağdam rayonu Qasımlı kəndində anadan olmuşdur. Onun doğumun Ağdam rayonu Qasımlı kənd sovetliyi tərəfindən qeydiyyata alınmış, X5, anası isə X6 olmuşdur. O, 19 avqust 2005-ci ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikaha daxil olduqdan sonra soyadı "Salmanova" olmuşdur. Bunu təsdiq edən şəxsiyyətini təsdiq edən digər sənədləri vardır. Məlum hadisələrlə əlaqədar məcburi köçkün düşən zaman ona mıxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsı də, Qeydiyyat Şöbəsi onun doğumunun Ağdam rayonu Qasımlı kəndində qeydə alındığından Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, onun, yəni XX.XX.1959cu ildə (xx.xx.1959-cu ildə) Ağdam rayonu Qasımlı kəndində anadan olmuş Salmanova (Şükürova) Mailə Əyyub qızının doğumunun Ağdam rayonu Qasımlı kənd sovetliyində qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasmda X16, ana qrafasında isə X6 qeyd olunması barədə qətnamə qəbul edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, ərizənin “xahiş etdim” hissəsində texniki yanlışlığa yol verilmişdir. Qeyd edilənlərə əsasən onun, yəni Şükürova (nikaha daxil olduqdan sonra Salmanova) xx xxxxxx 1959-cu ildə Ağdam rayonu Qasımlı kənd sovetliyində doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasmda X16, ana qrafasında isə X6 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi 1959-cu ilin yanvar ayının 1-də Ağdam rayonunun Qasımlı kəndində doğulmuşdur. Onlar iki qardaş, bir bacıdırlar. Ərizəçinin nə vaxt ailə qurması dəqiq yadında deyil, onun iki uşağı vardır. Onun atasının adı X16, anasının adi isə X3r. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır. Ərizəçi onun bacısının baldızıdır. Ərizəçi Ağdam rayonunun Qasımlı kəndində doğulmuşdur, amma doğum tarixini dəqiq bilmir, ondan böyükdür. Onun atasının adı Əyyub, anasının adı Ayna, yoldaşının adı Feyruzdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağdaş RPŞ tərəfindən 18.02.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1959-cu il tarixdə Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. Ağdam rayonunun Qasımlı kəndində qeydiyyatdadır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixdə verilmiş 05/70-609 saylı məlumatdan görünür ki, X7 ilə Ərizəçi nikahı haqqında 19 avqust 2005-ci il tarixdə 25 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Ağdam rayon Qeydiyyat Şöbəsidir. Nikah bağlandıqdan sonra ərə Salmanov, arvada Salmanova soyadı verilmişdir. Qeyd: kişi ölmüşdür və bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 381 №-li 12.05.2007-ci il tarixli ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 03.03.2021-ci il tarixli, 018-2600-1221 nömrəli və 11.03.2021-ci il tarixli 018- 3090-1221 nömrəli məktublarında XX.XX.1959-cu il təvəllüdlü Ərizəçi adına olan fərdi uçot kartoşkasının surətindən görünür ki, Ərizəçi XX.XX.1959-cu il tarixdə Ağdam rayonunun Qasımlı kəndində doğulmuşdur. X5, anası X3r. - X1 Reyestri Xidmətinin 03.03.2021-ci il tarixli 05/2-1804/13 nömrəli arayışından görünür ki, “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 01.03.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar öyrənilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 18.03.2021-ci il tarixli 087-6820-1221 nömrəli məktubundan görünür ki, Ərizəçi barəsində Nizami RPİ-nin arxivində heç bir məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 27.10.2020-ci il tarixli, 05Q-1323/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a əsasən ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvaı MK ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müvafiq sənədlər şöbəyə təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkə nəyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə Ağdam rayonunun Qasımlı kəndində rayonunda anadan olmuşdur, X5, anası X3r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum haqqında akt qeydində dəyişikliyi əsaslı edəcək sənədləri təqdim etmədiyi üçün məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Həmçinin ərizəçi X7 ilə evləndikdən sonra Salmanova soyadına keçmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 162-ci maddəsinə əsasən X1 qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Qasımlı kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X16, ana adı qrafasında X8 göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Qasımlı kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X16, ana adı qrafasında X8 göstərilsin. Göstərilən X4 qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-765/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-765/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver