Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-767/2020 29.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ƏrizəçiBayramovaSəbinə Akifqızı maraqlı şəxsBakı şəhəriNizamirayonQeydiyyat şöbəsinə qarşı “doğumaktqeydininbərpaedilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydimin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnaməmdə xx.xx.1978-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmasını, anasının X5, atasının isə X6 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildə Ermənistan respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Bu faktı şahidlər məhkəməyə gəlib təsdiq edəcəklər. Doğum haqqında şəhadətnamədə anası X5, atası isə X6 qeyd edilməklə doğum qeydi Ermənistan Respublikasının Ağbulaq kənd Sovetində qeydiyyatdan keçmişdir. Bu barədə həmin doğum şəhadətnaməsində vurulmuş möhürdə X15 adı qeyd edilmişdir. Həmin doğum şəhadətnaməsinə əsasən, ona əvvəlcə sovet pasportu, sonradan isə Azərbaycan müstəqillik əldə etdiyindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. 2019-cu ilin noyabr ayında o, mülkiyyətçisi olduğu Bakı şəhəri. Nizami Rayonu, B. Nuriyev küçəsi ev 33, mənzil 86-nı notarial qaydada bacısı X7 bağışlamaq istəyərkən, orada doğum haqqında şəhadətnaməsinin birinci səhifəsində ata adının və sözlə yazılmış doğum tarixinin yaxşı görünmədiyi və sözlərin yaxşı oxunmadığı səbəbindən müqavilənin bağlanmasına etiraz edilmişdir. Notariat kontorundan məsləhət görülmüşdür ki, doğum haqqında şəhadətnaməsi bərpa edildikdən sonra yenidən onlara müraciət edə bilər. Həqiqətən də, doğum şəhadətnaməsinin köhnə olması səbəbindən şəhadətnamənin birinci səhifəsində qələmlə yazılanların yaxşı oxunmadığını nəzərə alaraq o, doğum qeydinin bərpa edilməsi və bu barədə yeni şəhadətnamənin verilməsi barədə maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oradan verilən cavab məktubunda ona doğum qeydinin bərpa edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Doğum qeydi Ermənistan Respublikasında aparıldığından və həmin ölkə ilə Azərbaycan Respublikasının heç bir hüquqi əlaqələri olmadığından o, doğum şəhadətnaməsinin verilməsinə əsas olmuş reyestr qeydindən çıxarışı Ermənistan respublikasından əldə edə bilmir. Ona görə də doğum akt qeydinin bərpa edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, doğum haqqında şəhadətnamə yaxşı oxuna bilmədiyindən mənzilini notarial qaydada bacısına bağışlaya bilmir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında X3 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçi onun qardaşı qızıdır, Səbinə xx xxxxxx 1978-ci ildə anadan olmuşdur. Uşağın adını da o, qoymuşdur. 1988-ci ildə Azərbaycana gəlmişlər. Qardaşı qızı Səbinə hazırda Moskvada yaşayır. Məhkəmənin əvvəlki iclaslarında X3 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçi onun qızıdır. Qızı xx xxxxxx 1978-ci ildə Krasnoseloda anadan olmuşdur. Hazırda Moskva şəhərində yaşayır. Məhkəmənin əvəlki iclaslarında X5 şahid qismində ifadə verərək göstərmişdir ki, Səbinə onun qızıdır. xx xxxxxx 1978-ci il ildə Krasnoseloda anadan olmuşdur. Dördü qız, biri oğlan olmaqla beş uşağı vardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürki, BayramovaSəbinə Akifqızı xx xxxxxx 1978-ci iltarixdə ErmənistanRespublikası, Krasnoselorayonundaanadanolmuşdur; - Bakı şəhəriNizamirayonQeydiyyat şöbəsininBayramovaSəbinə Akifqızına ünvanlanmış 25 dekabr 2019-cuiltarixliməktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - İ-СЛ 289785 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X2 8 noyabr 1976-cı il tarixdə nikahlarını qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. - V-МЮ 814946 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə xx xxxxxx 1978-ci il tarixdə Ermənistan, Krasnoselo rayonunda doğulmuş Ərizəçi 15 noyabr 2016-cı il tarixdə nikahlarını qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi, X8 ilə X1 bigə nikahından xx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. Ermənistan, Ağbulaq kənd soveti tərəfindən müvafiq olaraq doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsində aparılmış qeydlər zədələnərək aydın oxunmadığından, doğum akt qeydinin bərpa edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, BayramovaSəbinə Akifqızınınxx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilməli, BayramovaSəbinə Akifqızınıntəvəllüdü xx xxxxxx 1978-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, atası X8; anası X5, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxxx 1978-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, atası X8, anası X5, milliyyəti azərbaycanlı yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-767/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-767/2020
29.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver