Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-778/2019 28.02.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.01.2014-cü il tarixli AN – İ № 094309 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 evin, 1 saylı mənzilini ona satmışdır. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 07.05.2014-cü il tarixli, seriya RX № ******* saylı dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 evin, 1 saylı mənzili onun tam mülkiyyətindədir.Onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər mənzil iddiaçıya satıldıqdan sonra 05.03.2014-cü il tarixədək qeydiyyatdan çıxacaqlarını bildirsə də lakin onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bakı şəhəri ASAN5 –in 20.12.2018-ci il tarixli ******* saylı arayışından görünür ki, cavabdehlər hazırda ünvan 1 evin, 1 saylı ünvanında qeydiyyatdadırlar. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi və izahat verərək bildirdi ki,onun və ailə üzvlərinin mənzildə qeydiyyatda qalmalıarının əsas səbəbi odur ki,bu vaxta qədər mənzil əldə edə bilməmişdir.Ona görə də qeydiyyatdan çıxacaqları halda haraya qeydiyyata alınacaqları müəyyən deyil. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* çıxarışdan görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 07.05.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2123 nömrəli reyestr kitabının 196575 nömrəli vərəqində müvafiq qeyd aparılmışdır. İş materiallarında olan 20.12.2018-ci il tarixli “Asan 5” tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 evin, 1 saylı mənzilində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarında olan 12.01.2014-cü il tarixli AN-İ nömrəli ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ünvan 1 evin, 1 saylı mənzilini 50000 manataİddiaçı satmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1973-cü ildə Ağdərə rayonunda anadan olan İddiaçı ünvan 1 evin, 1 saylı mənzilində 09.07.2014-cü il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 1 evin, 1 saylı mənzilində İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 07.05.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olsa da orada yaşamırlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə cavabdehlərin pasport qeydiyyatından çıxarılması tələbinə qiymət verərkən hesab edir ki,həmin tələb məhkəmədə baxılan tələblərə aid deyil.Ona görə də həmin hissədə iddia təmin olunmamalı və iddiaçıya izah olunmalıdır ki,onun həmin tələblə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 evin, 1 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-778/2019
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-778/2019
28.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver