Məhkəmə qərarları › İş №2(007)-78/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-78/2025

05.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-78/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “məzuniyyət haqqı, sosial sığorta ödənişi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı olan “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC və onun direktoru X3 müştərək qaydada istifadə etmədiyi 6 il müddətdə məzuniyyətin əvəzi olaraq 4200 manat, işdənçıxma müavinəti olaraq 2100 manat, mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə ümumilikdə 6361 manat və mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 8361 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər "xxxx" MMC və onun direktoru X3 müştərək qaydada istifadə etmədiyi 4 il müddətdə məzuniyyətin əvəzi olaraq 2800 manat məbləğində pul vəsaitinin tutulması və sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış və hal-hazıradək işləyir. xx.xx.2008ci ildə "xxxx" ASC-dən işdən azad olunduqdan sonra, təxminən 2012-ci ilin əvvəllərindən hazırda cavabdeh olan "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Cavabdeh təşkilatda bir neçə il işlədikdən sonra məlum olmuşdur ki, onunla olan əmək müqaviləsi xx.xx.2017-ci ildən rəsmiləşdirilmişdir. Halbuki, həmin müddətdə ona hər ay 750-800 manat əmək haqqı (nağd şəkildə) ödənilmişdir. Uzun illər hazırda cavabdeh olan "xxxx" MMC-də işləmişdir. Cavabdeh təşkilat 2023-cü ilin aprel ayının əvvəllərində iş olmadığından onu iş yerinə buraxmamışdır. Şifahi şəkildə ona bildirmişlər ki, iş olanda onu dəvət edəcəklər. Həmin vaxtdan sonra bir neçə ay gözləmişdir ki, iş olanda onu işə çağıracaqlar. Lakin bir neçə aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh ona sürətli poçtla “xəbərdarlıq” məktubu göndərmişdir ki, guya o, xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə getmir. O, bu məsələni aydınlaşdırmaq üçün məcbur olub müxtəlif instansiyalara (Əmək müfəttişliyinə, DOST Mərkəzinə) müraciətlər etməyə başlamışdır. Həmin müraciətlərinə verilən cavablardan məlum olmuşdur ki, cavabdeh qanunsuz və əsassız olaraq onunla sonradan bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdər birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Cavabdeh təşkilatda işlədiyi müddətdə hər ay orta hesabla 750-800 manat əmək haqqı almışdır. Bu fakt onunla işləyən şəxslər də təsdiq edə bilərlər. Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (xx.xx.2017-ci ildən) xitam verildiyi tarixədək (xx.xx.2023-cü ildək) olan 6 il müddətdə bir dəfə də olsun ona məzuniyyət verilməmiş və məzuniyyət pulu da ödənilməmişdir. Hətta ona işdənçıxma müavinəti və son haqq-hesab da verilməmiş, bu barədə heç bir ödəniş olmamışdır. Cavabdeh tərəfindən “Xəbərdarlıq” aldıqdan sonra dəfələrlə cavabdehlərlə əlaqə saxlamaq istəsə də, mümkün olmamışdır. Hətta cavabdehin ("xxxx" MMC-nin) hüquqi ünvanlarına rəsmi məktublar göndərsə də, onları tapmaq mümkün olmamış, məktublar geri qayıtmışdır. Qanunvericiliyin tələbinə əsasən aralarında olan mübahisəni həll etmək məqsədilə mediasiya sessiyasının keçirilməsi üçün Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya xərclərini (51+10=61 manat) də o ödəmişdir. Lakin cavabdeh tərəf mediasiya sesiyasında da mübahisəni həll etməkdən imtina etmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh onu işdən azad edərkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, qərəzli olaraq onu işdən azad etmiş, xəbərdarlıq məktubunu 3 aydan sonra ona çatdırmış, məzuniyyət (6 il) pulunu, işdənçıxma (3 ay) üçün müavinətini ödəməmişdir. Belə hesab edir ki, hazırda cavabdehlər olan "xxxx" MMC və X8 tərəfindən müştərək qaydada ona istifadə etmədiyi 6 il müddətində məzuniyyət pulu olaraq 4200 (6 il X 700) manat, işdənçıxma müavinəti 2100 (3 ay X 700) manat, maddi ziyana görə ümümilikdə 6300 (altı min üç yüz) manat pul ödənilməlidir. Eləcə də, cavabdehin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşdüyünə, əsəb sarsıntıları keçirdiyinə görə də mənəvi cəhətdən ziyan çəkmişdir. Ona görə də çəkdiyi mənəvi sarsıntılara, iztirablara görə cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 2000 (iki min) manat təzminat ödənilməlidir. Qeyd olunanlara əsasən bir daha belə hesab edir ki, hazırda cavabdehlər olan "xxxx" MMC-dən və onun direktoru X8 tərəfindən ona istifadə etmədiyi 6 il müddət ərzində məzuniyyət əvəzi olaraq 4200 (6 il X 700) manat, işdənçıxma müavinəti 2100 (3 ay X 700) manat, mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə ümümilikdə 6361 (altı min üç yüz altmış bir) manat pul ödənilməlidir. Əlavə olaraq cavabdehlərin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşdüyünə, əsəb sarsıntıları keçirdiyinə görə cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 2000 manat təzminat ödənilməlidir.

4. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, əsas iddia ərizəsində qeyd etdiyi kimi o, 2012-ci ilin əvvəllərindən "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Cavabdeh təşkilat hansı idarədən iş götürürdü, ora qeydiyyata salırdı. 2013-cü ildə də onu "xxxx" MMC-yə qeydiyyata salmışdır. Ona 8 ay əmək haqqı yazmışdır. O, hər ay 750-800 manat əmək haqqı almışdır. Onlara demişdir ki, işi nağd şəkildə götürür. Ona görə ona qalanını nağd şəkildə verir. Onun sosial sığorta ödənişlərini ödəyir. Cavabdeh hər dəfə iş götürəndə demişdir ki, narahat olmayın, qeydiyyata salır. Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (mart 2013-cu ildən) ikinci dəfə rəsmiləşdirildiyi tarixədək (xx.xx.2017-ci ilədək) olan 4 il müddətdə ona məzuniyyət pulu ödənilməmişdir. İndi baxır ki, sosial sığorta ödənişlərin hamısını ödəməmişdir. Bütün illərin hamısı yarımçıq ödənilmişdir. Halbuki, onlar bütün illəri işləmişlər. Özü də binanın üstünün mansarını tikirdilər. İşi götürəndə hər tonunu 200 manata götürürdü. Heç vaxt işsiz olmamışlar. Sosial sığorta arayışına baxanda aydın görünür ki, illərin çoxu sığorta ödənilməyib. Müqavilədə iş saatı 09:00-dan saat 18:00-a kimidir. Lakin saat 08-00 dan saat 18:00-a kimi işləyirdilər. 6cı günü də işləyirdilər. Sosial ödənişlərin heç biri tam ödənilməyib. Aldığı əmək haqqına uyğun deyil. Bütün illərə baxanda belə çıxır ki, onlar işləməmişlər. Hal-hazırda əmək haqqını belə verir. Müqavilələri ola-ola nəyə görə əmək haqqı qeyd olunmayıb? Sosial sığorta ödənilməyib? O belə başa düşür ki, cavabdeh həm onları, həm də dövləti aldadıb. Belə hesab edir ki, cavabdehlər olan "xxxx" MMC-dən və onun direktoru X8 tərəfindən müştərək qaydada ona istifadə etmədiyi 4 il müddətində məzuniyyət pulu olaraq 2800 (4x700) manat pul ödənilməlidir.

Cavabdeh "xxxx" MMC-nin etirazı:

5. Cavabdeh "xxxx" MMC iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı iddia tələbi əsassız olduğuna, iddiada qeyd edilmiş hallar onun tərəfindən təqdim edilmiş sübutlarla təsdiqini tapmadığına və işin faktiki hallarına uyğun gəlmədiyinə görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “məzuniyyət pulunun ödənilməsi və pul təzminatına dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6 illik məzuniyyətinin əvəzi olaraq 4200 manat, işdənçıxma müavinəti olaraq 2100 manat, mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə 2000 manat, cəmi 8361 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2012-ci ilin əvvəllərindən cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Həmin müddət ərzində aylıq 750-800 manat əmək haqqı almışdır. 2023-cü ilin aprel ayından etibarən işdə olmadığı üçün işə buraxılmamış, şifahi şəkildə bildirilmişdir ki, iş olanda çağrılacaqsan. İddiaçı 2012-ci ildən işlədiyini bildirsə də iş materiallarında olan sənədlərdən də görünür ki, tərəflər arasında əmək münasibəti xx.xx.2017-ci ildən başlamışdır. Əvvəlki dövrdə əmək müqaviləsi olmadan işə cəlb olunması barədə iddiaçının qeyd etdikləri isə tamamilə əsassız və həqiqətə uyğun olmayan fikirlərdir. Çünki əgər tərəflər arasında 2012-ci ildə əmək münasibəti başlamışdırsa, birdən-birə necə ola bilər ki, cavabdeh təşkilat xx.xx.2017-ci ildə onunla əmək müqaviləsini rəsmiləşdirmək qərarında gəlmişdir? Əmək müqaviləsinin xx.xx.2017-ci ildə rəsmiləşdirilməsi barədə sonradan məlumatlı olmasına dair iddiaçının qeyd etdiklərinin həqiqət olmaması elə bu ifadələrdən bəlli olur. Belə ki, iddiaçı sanki hansısa kənar bir şəxsin bağladığı müqavilədən söhbət açır və qeyd edir ki, sonradan müqavilənin rəsmiləşdiriməsindən xəbəri olub. Məgər bu müqaviləni iddiaçı özü imzalamayıb ki?! Özü imzaladığı müqavilənin tarixi ona sonradan necə məlum ola bilər? Yaxudda xx.xx.2017-ci ildə əmək müqaviləsini imzalalarkən əvvəlki dövrdə əmək müqaviləsinin mövcud olmamasını niyə fikirləşməyib, niyə bununla bağlı bir etiraz bildirməyib, məhz işdən çıxandan sonra belə fikirləri səsləndirməyə başlayıb? İş materiallarına əlavə etdikləri xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında işə cəlb edilmişdir. Əgər iddiaçı 2012-ci ildən işləyibsə o zaman niyə son 6 ilin məzuniyyəti pulunu tələb edir? Təbii ki, iddiaçı bu arqumenti düşünüb iddianı formalaşdırarkən bu sualla qarşılacağını təsəvvürünə gətirmədiyi üçün iddiada bu cür ciddi yanlışlığa yol verib. Bununla da iddiaçının 2012-ci ildən müəssisədə işləməsi barədə dediklərinin həqiqət olmaması ortaya çıxır. İddiaçının ikinci tələbi güya həmin dövrdə 750-800 manat əmək haqqı alması ilə bağlıdır. Lakin göründüyü kimi iddiaçı bununla bağlı məhkəməyə hər hansı fakt təqdim edə bilməmişdir. Əvvəla xx.xx.2017-ci il tarixdə əmək müaviləsi imzalandıqdan sonra ƏƏSMN-nin altsisteminə işəgötürən tərəfindən yerləşdirilmiş müxtəlif tarixli əmək müqaviləsi bildirişindən (həmin bildirişlər hazırkı etiraza əlavə edilərək məhkəməyə təqdim edilir) görünür ki, iddiaçı xx.xx.2017-ci ildən etibarən 300 manat sabit aylıq əmək haqqı almışdır. Bu halda 750 manat və ya 800 manat əmək haqqı barədə iddiaçının dəlilinin nədən ibarət olması çox maraqlıdır. İşin digər maraqlı tərəfi budur ki, niyə iddiaçı iddia ərizəsində aldığı əmək haqqını sabit formada yox, qeyri-müəyyən olaraq 750-800 manat qeyd etmişdir? Təbii ki, bunlar hamısı iddiaçının özünün formalaşdırdığı fikirlər olmaqla, heç bir faktiki və hüquqi əsasa söykənmir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, 2023-cü ilin aprel ayından iş olmadığı üçün cavabdeh onu işə buraxmadı və dedi ki, iş olanda çağıracaq. Maraqlıdır, tərəflər arasında rəsmiləşdirimiş və 2023-cü ilin aprel ayınada ləğv edilmiş əmək müqaviləsində əmək haqqının işəmuzd yox, vaxtamuzd ödənilməsi nəzərdə tutulur. Bu fakt müxtəlif dövrlərə aid əmək müqaviləsi bildirişlərində də öz təsdiqini tapır. Belə ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə görə əmək haqqı 300 manat müəyyən edilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişində də əmək haqqı 300 manat müəyyənləşdirilmişdir. Belə olduğu təqdirdə, işin nəticəsindən asılı olmayaraq, işçiyə aylıq sabit şəklində əmək haqqı ödənilirsə, o zaman işəgötürən “iş yoxdur” deyərək işçini niyə işə buraxmasın?! Əgər istehsalatda məcburi dayanma yaranmışdırsa, o zaman işəgötürən Əmək Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq işçini ödənişli və ya ödənişsiz qaydada məcburi şəkildə məzuniyyətə çıxarda bilərdi. Lakin göründüyü kimi işçi özü işə gəlməmiş və bu barədə müəssisəyə məlumat verməmişdir. Onlarda olan məlumata əsasən o başqa bir iş yerində faktiki əmək fəaliyyətinə başlamış, buna görə də onların müəssisəyə işə gəlməmişdir. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, işə qayıtmamışdır. Bununla yanaşı iddiaçı iddia ərizəsində də göstərir ki, 2023-cü ilin aprel ayının əvvəlindən işdə olmadığından onu iş yerinə buraxmamışdırlar. Şəxs özü işdə olmadığını açıq şəkildə ifadə edir və işə gəlmədiyini etiraf edir. Belə olduğu təqdirdə iddiaçının iddia ərizəsinə işə buraxılmamaq kimi ifadələr qeyd etməsi təbii ki, müdafiə xarakteri daşımaqla iddiaya hüquqi zəmin yaratmağa cəhd kimi qiymətləndirilməlidir. Bundan əlavə işçi iddia ərizəsində hər aya görə 700 manat olmaqla 3 aylıq işdən çıxma müavinətinin ödənilməsini də tələb etmişdir. İşçi ümumi olaraq işdən çıxma müavinəti adı altında 3 aylıq maaşını tələb etsə də, nəzərə almamışdır ki, onun əmək müqaviləsinə işçilərin ixtisarı və ya müəssisənin ləğvi əsası ilə deyil, bütün iş günü ərzində işə gəlməməyə görə işdən azad edilmişdir. Bundan əlavə iddiaçı maaşını gah 750 manat, gah 800 manat, gah da 700 manat göstərmişdir. Bu isə onun bu məlumatı özündən uydurduğunu, həqiqətə uyğun olmadığını deməyə əsas verir. Çünki həqiqətən də 300 manatdan çox maaş almış olsa idi, əmək haqqını hər dəfə bir məbləğdə yox, konkret olaraq qeyd edərdi. İddianın mahiyyətindən və tərəfimizdən iş materiallarına əlavə olunan əmək müqaviləsi bildirişindən, hesabdan çıxarışdan və ödəniş tapşırığından görünür ki, işçi xx.xx.2017-ci il tarixdən etibarən "xxxx" MMC-də işə qəbul edilmiş və tərəflər arasında bağlamış əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 300 manat müəyyən olunmuşdur. Bu müddət ərzində iddiaçıya əmək haqqıları ödənilmişdir (ABB-də olan bank hesabı üzrə köçürmələrə dair çıxarış əlavə olunur) və iki dəfə - xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2022-ci ildə isə 300 manat olmaqla məzuniyyət pulu ödənilmişdir. Beləliklə iddiaçının cavabdeh tərəfindən əmək məzuniyyətinin bütünlüklə ödənilməməsi, aylıq əmək haqqının 750-800 manat olması, əmək haqqının ödənilməməsi, işə buraxılmaması barədə qeyd etdikləri həqiqətə uyğun deyil. Etiraza əlavə edərək təqdim etdikləri bank hesabından çxarışdan görünür ki, iddiaçıya aylıq ödənilməli olan 300 manat əmək haqqı məbləğləri xx.xx.2017-ci il tarixdən sonra tam şəkildə ödənilmişdir. 6 illik dövr üzrə isə əmək məzuniyyəti 300 manat və 200 manat ödənilmişdir. Mənəvi zərərə gəldikdə, işçi faktiki olaraq özü iş yerini onlara məlum olmayan səbəbdən tərk edərək getmişdir. Bu halda əslində o iş yerininin, istehsalın normal ahənginə mane olmuş, işə gəlməməsi işin ləngiməsinə və zərərə səbəb olmuşdur. Belə olan halda isə əsl zərər çəkən onlar olduğu üçün, onlar iddiaçıdan zərərin əvəzini tələb etməlidirlər. Buna görə də işçinin mənəvi zərər şəklində 2000 manat pul tələbi təccüblü olmaqla yanaşı, eyni zamanda əsassızdır. Belə ki, "xxxx" MMC onun şərəf və ləyaqətini alçaldan, hüquqlarını kobud şəkildə pozan hərəkətlərə yol verməmişdir ki, bu hal iddiaçıda mənəvi zərər yaradan halların baş verməsinə səbəb olsun. xx.xx.2017-ci il tarixdə əgər məzuniyyət pulunun bir qismi ödənilməyibsə, bu bilərəkdən yox təbii ki, maddi vəsaitin pulun çatışmazlığından yaranmışdır. Belə olduqda iddiada bu cür halların qeyd edilməsi iddiaçının ona qarşı qərəzli və ədalətsiz mövqedə olduğunu deməyə əsas verir. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirir ki, həmin dövrdə müəssisənin direktoru atası X4 olmuşdur. O, rəhmətə getdikdən xeyli sonra müəssisənin qanuni təmsilçisi vəzifəsi ona X1. Odur ki, fiziki şəxs olaraq onun iddia ərizəsində cavabdeh kimi qoyulması iddianın əsl olmayan cavabdehə yönəldilmiş olması fikrini deməyə əsas verir. Hesab edir ki, iddia tələbi tamamilə əsasızdır və bu səbəbdən də təmin edilməməlidir.

İş materialları :

7. 3T-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-də çilingər vəzifəsinə təyin edilmişdir.

8. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Ən qısa müddət ərzində işə gəlməmə səbəbini onlara bildirilməsi, əks təqdirdə işdən azad olunması barədə xəbərdar edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, "xxxx" MMC-nin ünvanına məktub göndərilmiş və ona aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin məktublar poçt xidmətinə məxsus F-20 formasında “yoxdur” qeyd edilərək, geri qaytarıldığından müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda o, 3 saylı Bakı DOST mərkəzinə təqdim etdiyi izahatında əmək haqqının bir hissəsinin nağd formasında aldığını bildirmişdir. Təqdim etdiyi əmək haqqına dair bank çıxarışına əsasən ona son haqq-hesabın qanunverciliyə uyğun olaraq ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır.

10. Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində qeyd etdiyi məsələnin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülki qaydada məhkəmə vasitəsi ilə həll edilməli olduğu bildirilmişdir.

11. Mediasiya Şurası Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02566 saylı “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışından görünür ki, İddiaçı və "xxxx" MMC-nin direktoru X8 ilkin mediasiya sessiyasında iştirak etmiş, hər iki tərəf öz tələbini irəli sürdüyü üçün mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci, 10 manat poçt-katgüzarlıq xərci ödənilmişdir.

12. AZ-İİ seriyalı, 186658 nömrəli “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 721 nömrə ilə qeyd edilmişdir.

13. İş materiallarına İddiaçı məxsus bank hesabına dair xx.xx.2017-xx.xx.2024 dövrü əhatə edən çıxarış əlavə edilmişdir.

14. xx.xx.2023-cü il tarixli 105104 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı təyinatı məzuniyyət olmaqla 200 manat vəsait köçürülmüşdür.

15. xx.xx.2022-ci il tarixli 54847 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı təyinatı məzuniyyət olmaqla 300 manat vəsait köçürülmüşdür.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla müəssisənin rəhbərliyi arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi və bununla bağlı bildirişin xx.xx.2023-cü il tarixdə altsistemdə qeydiyyata alındığı məlum olmuşdur.

17. İş materiallarına İddiaçı dair sosial arayış əlavə edilmişdir.

18. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı çilingər vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 300 manat olaraq müəyyən edilmişdir.

19. İş materiallarına Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin fevral ayından 2023cü ilin aprel ayınadək İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi sığorta haqları barədə məlumatlar təqdim edilmişdir.

20. İş materiallarına "xxxx" MMC-nin hesablanmış gəlirlər, ödənilmiş sosial sığorta ödənişləri barədə hesabatlar, maliyyə sənədləri əlavə edilmişdir.

21. İş materiallarına "xxxx" MMC-nin 2017-2023-cü illər üçün ştat cədvəli əlavə edilmişdir.

22. İş materiallarına "xxxx" MMC tərəfindən İddiaçı 2017-2023-cü illər üçün hesablanmış əmək haqqı cədvəli əlavə edilmişdir.

23. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 28/03-23 nömrəli məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmrindən görünür ki, "xxxx" MMC-nin çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzunniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.

24. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 18/11-22 nömrəli məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmrindən görünür ki, "xxxx" MMC-nin çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzunniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8540 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qeyd edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək İddiaçı 1800 (6 il x 300) manat məbləğində məzuniyyət haqqının ödənilməli olması, həmin məzuniyyət haqqından 500 manat ödənilməsi, ödənilməyən məzuniyyət haqqının 1300.0 manat təşkil etməsi, məzuniyyət haqqının ödənilməməsi səbəbindən "xxxx" MMC tərəfindən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması müəyyən olunmuş, ödənilməyən 1300 manat məzuniyyət haqqına görə 3 faiz dərəcə ilə 390 manat məbləğində MDSS hesablanmalı idi, lakin təqdim olunan iş materiallarında həmin məbləğində MDSS haqqının hesablanması ilə bağlı məlumat və ya sənəd mövcud deyildir.

Tərəflərin izahatları :

26. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbiniqəbul etməyərək izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, işçi işdən çıxdığı zaman ona ödənilməmiş bütün məzuniyyət haqları ödənilməlidir. 2017-ci ildən 2023-cü ilədək ödənilməmiş məzuniyyət haqqı varsa, hamısı ödənilməlidir. Məzuniyyətə çıxmaqla bağlı işçinin ərizəsi olmalıdır. Ümumiyyətlə ərizədən asılı olmayaraq işəgötürənin tərəfindən işçinin məzuniyyət haqqı ödənilməlidir. Ərizə olmadan işəgötürən əmr verərək işçiyə ödənilməmiş məzuniyyət haqqını ödəyə bilər.

29. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə X9 uçota nəzarət və sosial sığorta departamentinin böyük mütəxəssisi X10 ilə telefon əlaqəsi saxlanılmışdır. O, izahatında bildirmişdir ki, işçinin ödənilməmiş 1300 manat məzuniyyət haqqısı varsa, həmin məzuniyyət haqqından 25% MDSS hesablanır, 25%-in 3%-i işçinin əmək haqqısından tutulur, qalan 22% isə işəgötürəndən tutulur. 1300 manatın 3%-i yəni 39 manat işçidən, 1300 manatın 22 %-i yəni 286 manat işəgötürəndən tutulmalı, ümumilikdə MDSS üçün 325 manat ödəniş edilməlidir.

İşin faktiki halı :

30. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və İddiaçı çilingər vəzifəsi üzrə işə qəbul edilmiş, aylıq əmək haqqısı 300 manat olaraq müəyyən edilmiş, onunla bağlanmış əmək müqaviləsinə isə xx.xx.2023-cü il tarixində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

31. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında əmək müqaviləsi bağlanıldığı xx.xx.2017-ci il tarixindən İddiaçı əmək məzuniyyəti hüququndan istifadə etməmişdir.

32. İddiaçı cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə 300 manat, xx.xx.2023-cü il tarixli əmri ilə 200 manat məzuniyyət haqqı olaraq ödənilmişdir.

Məhkəmə Baxışının Hədləri :

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 9.q. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq

9. x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

113. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

135. 2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

136. 2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. 143.1 Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 304.2 İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarı.

39. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002ci il tarixli Qərarı.

40. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu:

14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir: sosial sığorta haqqı dərəcəsi Sığorta haqqına cəlb edilən aylıq sığortaolunanın sığortaedənin vəsaiti gəlir cəmi gəlirlərindən tutulan hesabına ödənilən 200 manatadək 25 faiz 3 faiz 22 faiz 6 manat + 200 44 manat + 200 200 manatdan 25 faiz manatdan çox olan manatdan çox olan çox olduqda hissənin 10 faizi hissənin 15 faizi Məhkəmənin mövqeyi :

41. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

42. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi şərti olaraq dörd hissədən ibarətdir:

1. İstifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi.

2. Məcburi dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanması və sosial sığorta hesabına ödənilməsi.

3. İşdənçıxma müavinətinin ödənilməsi.

4. Mənəvi zərərin ödənilməsi.

İddia tələbinin “istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı:

43. İddiaçı cavabdehlər "xxxx" MMC və onun direktoru X6 qarşı olan iddia tələbinin “istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi” hissəsi də faktiki olaraq iki hissədən ibarətdir:

1. 2012-ci ildən 2017-ci ilədək olan müddətdə istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi.

2. 2017-ci ildən 2023-cü ilədək olan müddətdə istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi.

44. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsinin 2012-ci ildən 2017-ci ilədək olan hissəsi 2012-ci ildən faktiki olaraq cavabdeh müəssisədə işləməsi, cavabdeh müəssisə tərəfindən hansı idarədə iş götürülmüşdürsə, onun həmin müəssisəyə işçi olaraq qeydiyyata salınması və ona məzuniyyət verilməməsi, istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməməsi ilə əsaslandırılmışdır.

45. İddiaçının tələbinin 2012-2017-ci ilədək olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən illər ərzində cavabdeh "xxxx" MMC ilə arasında əmək münasibətləri olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

46. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür

48. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

49. Hazırda iddiaçı cavabdeh "xxxx" MMC ilə 2012-ci ildən əmək münasibətlərində olduğunu, 2017-ci ildə bağlanılmış əmək müqaviləsinin onun məlumatı olmadan rəsmiləşdirildiyini bildirsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçı ilə cavabdeh arasında 2012-ci ildən yaranmış əmək münasibətlərinin olması müəyyən edilməmiş, qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

50. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsinin 2017-ci ildən 2023-cü ilədək olan hissəsi əmək müqaviləsinin bağlanıldığı xx.xx.2017-ci ildən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü ildək cavabdeh müəssisə tərəfindən ona əmək məzuniyyətinin verilməməsi və istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməməsi ilə əsaslandırılmışdır.

51. İlk növbədə, əmək qanunvericiliyinə əsasən işçinin hər il bu Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır.

52. Əmək Məcəlləsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

53. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

54. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

55. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işə başlamış, xx.xx.2023-cü il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 68-cı maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi xx.xx.2017-xx.xx.2023 dövr ərzində məzuniyyətə çıxmamışdır. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya son haqq hesab ödənilməmişdir.

56. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya məzuniyyət haqqı olaraq 300 manat və xx.xx.2023-cü il tarixli əmri ilə 200 manat olmaqla, cəmi 500 manat kompensasiya ödənilmişdir.

57. İddiaçı həmin məbləğlərin kompensassiya olaraq deyil, 200 manatın müəssisənin direktorunun ona olan borcu ilə əlaqədar olaraq ödənilmiş vəsait, 300 manatın isə əmək haqqı olaraq ödənildiyini bildirməsinə baxmayaraq öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə həmin vəsaitlərin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilməsi müəyyən edilmişdir.

58. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əmrlərə və ödəniş tapşırıqlarına əsasən müəyyən edilmişdir ki, həmin məbləğlər iddiaçıya 2019-2020-ci iş ili və 2020-2021-ci iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilmişdir.

59. İddiaçı həmçinin həmin məbləğlərin kompensasiya olaraq ödənilməsinə etiraz edərək, həmin ödənişlər ilə bağlı məhkəməyə bildirmişdir ki, onun tərəfindən cavabdeh "xxxx" MMC-yə istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi ilə bağlı ərizə yazılmadığı halda necə ola bilər ki, cavabdeh "xxxx" MMC tərəfindən ona kompensasiya ödənilsin.

60. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X15 Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, işəgötürən tərəfindən hər bir halda, işçi tərəfindən ərizə yazılıbyazılmamasından asılı olmayaraq vəzifəsidir ki, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilsin.

61. Həmçinin iddiaçı onun əmək haqqısının 300 manat deyil, 700-800 manat olduğunu bildirməsinə baxmayaraq, qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsi, əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilmişdir ki, İddiaçı əmək haqqısı 300 manat olmuşdur.

62. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1057/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/8540 nömrəli rəyinə əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək İddiaçı 1800 (6 il x 300) manat məbləğində məzuniyyət haqqının ödənilməli olması, həmin məzuniyyət haqqından 500 manat ödənilməsi, ödənilməyən məzuniyyət haqqının 1300.0 manat təşkil etməsi müəyyən edilmişdir.

63. Məhkəmə qeyd edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

64. Məhkəmə işin tədqiq edilən halları ilə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehdən ödənilməmiş məzuniyyət haqqının tutulmasına dair iddia tələbi qismən, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1300 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə əsaslıdır.

İddia tələbinin “məcburi dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanması və sosial sığorta hesabına ödənilməsi” hissəsi ilə bağlı:

65. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmaması, sosial sığorta ödənişlərinin aldığı əmək haqqına uyğun olamaması ilə əsaslandırılmışdır.

66. Məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.

67. İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən sosial sığorta haqqlarının onun əmək haqqına uyğun hesablanmadığını bildirsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə qeyd edilən hallar öz təsdiqini tapmamışdır.

68. Həmçinin qeyd edilən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq-ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/8540 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməyən 1300 manat məzuniyyət haqqına görə 390 manat məbləğində MDSS hesablanaraq ödənilməli idi.

69. İddiaçı tərəfindən ekspert rəyi MDSS-in məzuniyyət haqqına görə 3% dərəcəsi ilə hesablanması hissəsində mübahisələndirilmiş, MDSS hesablanarkən onun vəsaitindən 3%, cavabdehdən isə 25% hesablanaraq tutulmalı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iş üzrə Dövlət Sosial Müdafiə X9 uçota nəzarət və sosial sığorta departamentinin nümayəndəsi mütəxəssis qismində cəlb edilmişdir. Mütəxəssis izahatında bildirmişdir ki, 25%-in 3%-i işçinin əmək haqqısından tutulur, qalan 22% isə işəgötürəndən tutulur. 1300 manatın 3%-i yəni 39 manat işçidən, 1300 manatın 22 %-i yəni 286 manat işəgötürəndən tutulmalı, ümumilikdə MDSS üçün 325 manat ödəniş edilməlidir.

70. Cavabdehin nümayəndəsi tərəfindən ekspert rəyinə əsasən məcburi dövlət sosial sığorta haqqına görə 390 manat ödənilməli olması ilə bağlı etiraz bildirilməmişdir.

İddia tələbinin “işdənçıxma müavinətinin ödənilməsi” tələbinə dair hissəsi ilə bağlı:

71. İddiaçı cavabdehlər "xxxx" MMC və X6 qarşı olan “işdənçıxma müavinəti olaraq 2100 manat məbləğində pul vəsaitinin tutulması” tələbini onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, cavabdehlər tərəfindən ona işdənçıxma müavinətinin ödənilməməsi ilə əsaslandırmışdır.

72. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

74. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

75. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin aşağıdakı müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

76. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işə başlamış, xx.xx.2023-cü il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 68-cı maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

77. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Belə təminatlardan biri də əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə müavinətlərin, eləcə də işdənçıxarma müavinətlərinin ödənilməsidir. İşdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə başqa əsaslarla (Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilmiş müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işçinin iradəsindən və təqsirindən asılı olmadığına görə, həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işçiyə bir sıra təminatlar verilməklə yanaşı, ona işdənçıxarma müavinətinin ödənilməsi də işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, bu da işçinin işini itirməsi və daimi gəlirdən məhrum olması ilə əlaqədar yaranan mənfi nəticələri yüngülləşdirmək, habelə yeni iş axtardığı müddət ərzində ona maddi dəstək vermək məqsədi daşıyır.

78. X16 həmçinin qeyd olunur ki, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsi ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz.

79. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, qanunvericilik işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə xitam verildiyi zaman hər bir halda deyil, yalnız qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla xitam verildiyi halda işəgötürən tərəfindən işdənçıxma müavinətinin ödənilməsi vəzifəsini müəyyən etmişdir.

80. Belə ki, həm Əmək Məcəlləsinin, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən belə qəanətə gəlinir ki, işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri, 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işəgötürən tərəfindən işçiyə işdənçıxma müavinəti ödənilir.

81. Göründüyü kimi işəgötürən tərəfindən işçiyə işdənçıxma müavinətinin verilməsi üçün əsaslar içərisində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslı olmadığı üçün təmin edilə bilməz.

İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi :

82. İddiaçı iddia tələbinin “mənəvi ziyanın tutulması” hissəsini cavabdehin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşməsi, əsəb sarsıntısı keçirməsi ilə əsaslandırmışdır.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

84. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

85. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

86. Məhkəmə qeyd edir ki, İddiaçı ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ona mənəvi zərərin vurulduğunu bildirsə də, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

87. Məhkəmə iddia tələbinin cavabdeh X6 aid olan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz.

88. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddia tələbi işəgötürənə qarşı yönəlmiş əmək münasibətlərindən irəli gələn tələblər olduğundan və hazırki mülki iş üzrə işəgötürən cavabdeh "xxxx" MMC olduğundan cavabdeh X8 hazırki iddia tələbinə cavab verməli olan şəxs deyildir.

Məhkəmə xərcləri :

89. İddiaçı məhkəmədən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60,00 (altmış) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

90. İşin müəyyən edilmiş halı odur ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf öz tələbini irəli sürdüyü üçün mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 50 manat məbləğində pul vəsaiti və 10 manat kargüzarlıq xərci ödənilmişdir.

91. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

92. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin 30 manat hissəsi iddiaçıya aid edilməli, 30 manat məbləğində xərc isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

93. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş məzuniyyət haqqının əvəzi qismində 1300 manat, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ödənilməmiş məzuniyyət haqqının əvəzi qismində 1300 manat, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində vəsait tutularaq İddiaçı, 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar