Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-789/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X46 və X22 nümayəndəsi və vəkili Nümayəndə4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X44, X53 və X30 nümayəndəsi və vəkili Nümayəndə5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X35, X23 nümayəndəsi və vəkili, X17 vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MTK-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X47 cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi və əmlakın sökülməsi" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X44, X53, X43, X46, X36, X37, X24, X48 və X35 cavabdehlər İddiaçı MTK, Cavabdeh2 və Cavabdeh1 qarşı “sərəncamın və müqavilələrin icrasında yaradılan maneələrin aradan qaldırılması və İddiaçı MTK-nin üzərinə müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi və əmlakın sökülməsi" tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən 2 saylı çoxmərtəbəli yaşayış binasında 3 (üç) otaqlı ümumi sahəsi 94 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən 3 saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbəsində 2 D 9 saylı ümumi sahəsi 80 kv.metr olan təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci ildə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 11 saylı sahəsi 73 kv.m olan mənzilin əvəzinə "xxxx" MTK tərəfindən ona ünvan 4 ünvanda kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasında biri 3-cü mərtəbədə (mənzil 2C-10), digəri isə 6-cı mərtəbədə (mənzil 2C-34) olmaqla 2 ədəd 65 kv.m yaşayış sahəsi olan 2 otaqlı (ümumilikdə cəmi 130 kv.m, təqribən 76 % əlavə) təmirli mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillərlə təmin olunanadək "xxxx" MTK tərəfindən ona hər ay 700 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən sahəsi 52,40 kv.m 19 saylı mənzilin əvəzinə “KURSUS-NİZAMİ" MTK tərəfindən ona ünvan 6 ünvanda kooperativ tərəfindən inşa ediləcək 1 saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbədə 1 ədəd 94 kvm (təqribən 79 % əlavə) yaşayış sahəsi olan 3 otqaqlı (3B-15 saylı) təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək "xxxx" MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
3. Məhkəmə hazırlıq iclasında X47 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilib. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilib. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdılar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranıb, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülüb, armatur karkası korroziyaya məruz qalıb, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınıb, köhnəlib, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranıb. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə qərara alınıb ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasım (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin hamısı aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan bütün mənzillərin sakinləri öz əşyalarını çıxarıb və mənzillərini boşaldıblar. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyinin “Azərdövlətlayihə” instututunun xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunub ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39,41, 43 və 47/13 saylı yaşayış binaları qəzalıdır və həmin rəyə əsasən həmin binalarla bağlı aşağıdakı zəruri tədbirlər yerinə yetirilməlidir: 1. Binaların tikililərlə birlikdə istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalıdır; 2. Sakinlər binadan köçürülməlidir; 3. Binalara giriş qadağan edilməlidir; 4. Binaların ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. Cavabdehlərlə dəfələrlə danışıqlar aparılıb, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilib. Lakin cavabdehlər iddiaçının bu təklifi ilə razılaşmayıb, mülkiyyət hüquqlarından sui-istifadə edərək əmlaklarının əvəzində tənasübsüz şəkildə yüksək məbləğ və ya əmlak kompensasiyası tələb ediblər. Belə ki, cavabdehlər hər mənzilinin əvəzində iki mənzil və ümumilikdə 950000 manat pul tələb ediblər. Bu isə açıq-aşkar hüquqdan sui-istifadədir və cavabdehlərin bu cür hərəkətləri isə nəticə etibarı ilə həm iddiaçının, həm də iddiaçı ilə müqavilə bağlayıb öz mənzillərinin tikintisini gözləyən yüzlərlə mülkiyyətçinin və sakinlərin hüquqlarını pozur. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə “KURSUS-NİZAMİ" MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinib və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçüblər. Cavabdehlər mənzilinin sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanıb, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi "xxxx" MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqqları ödəməyə başlayıb, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzilinin əvəzinə İddiaçı MTK həmin ünvanda insa edəcək binada mülkiyyətində olan mənzilinin ümumi sahəsindən 20 kvadrat metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün İddiaçı MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzil də sökülməli, cavabdehlər oradan müvəqqəti çıxarılmalıdır.
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi:
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X44, X53, X43, X46, X36, X37, X24, X48 və X35 cavabdehlər İddiaçı MTK, Cavabdeh2 və Cavabdeh1 qarşı “sərəncamın və müqavilələrin icrasında yaradılan maneələrin aradan qaldırılması və İddiaçı MTK-nin üzərinə müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi məhkəməyə mürqaciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Niyazoviçin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamının, eləcə də İddiaçı MTK ilə onların aralarında bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilələrin şərtlərinin icrasına yaratdıqları maneələrin aradan qaldırılması, İddiaçı MTK-nin üzərinə onlarla bağladığı müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
İddia tələbinin əsaslandırıldığı hallar:
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı Mənzil Tikinti Kooperativinin onların yaşadıqları ərazidə yeni hündürmərtəbəli yaşayış binaları tikmək üçün müvafiq dövlət qurumlarından icazə aldıqdan sonra kooperativin əməkdaşlarının təklifi ilə onların ofisinə gəlib, mənzillərin əvəzləşdirilməsi ilə əlaqdar onların şərtləri, onları maraqlandıran digər detallarla tanış olublar. Əvvəl-əvvəl bir az tərəddüd etsələr də, nəticə etibarı ilə şirkətlə razılığa gəlib, onunla qarşılıqlı razılaşmaya əsaslanan müqavilələr bağlayıb və uzun illər sevə-sevə yaşadıqları, uşaqlarının doğulub-böyüdüyü mənzilləri kooperativə təhvil veriblər. Bu razılaşmaya getməkdə bir neçə amilin təsiri olub. Birincisi və ən önəmlisi odur ki, dövlətin, hökumətin vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmağa, şəhərin yenidən qurularaq daha da abadlaşdırılmasına yönəlmiş tədbirlərlə bağlı görülən işlərə öz dəstəyini verməkdir. İkincisi, mənzillərinin yerləşdiyi nisbətən köhnəlmiş, qəzalı, yaşamaq üçün yararsız vəziyyətdə olan binaların dayanıqlığının aşağı olması ilə əlaqədar onların təhlükəsizliyinə təminat verilməməsidir (bu barədə müvafiq dövlət qurumlarının rəyləri mövcuddur), ən nəhayət daha geniş, abad, təmirli və yeni mənzillərdə yaşamaq arzusularıdır. Kooperativlə bağladıqları müqavilələrin şərtlərinə və aralarında olan şifahi razılaşmaya görə İddiaçı Mənzil Tikinti Kooperativi mümkün qədər tez müddət ərzində həmin ərazidə yüksək mərtəbəli binalar tikməli, tam təmirli mənzilləri onların istifadələrinə verməli, mənzillər təhvil verilənədək onların kirayə xərclərini ödəməlidirlər. Lakin müqavilələr bağlansa da, tikinti işlərinə hələ də başlanmayıb. Bunun səbəblərini kooperativ rəhbərliyindən soruşduqda onların əməkdaşları bildiriblər ki, bəzi mülkiyyətçilər kooperativlə razılığa gəlməyiblər. Belə ki, mənzillərin kooperativə təhvil verilməsi müqabilində onların tələb etdikləri yaşayış sahəsini və ya pul kompensasiyasını vermək kooperativin imkanları xaricindədir. Onlarda olan məlumata görə kooperativ həmin mülkiyyətçilərə daha güzəştli şərtlər irəli sürüb, lakin onlar yenə də razılaşmayıblar. Bütün bunlar onların hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. Belə ki, onlar mənzillərini şirkətə təhvil verərəkən ümid edirdilər ən uzağı 1 il 6 ay müddətinə yeni, daha geniş və abad mənzillərə köçəcəklər. Lakin şirkətlə razılığa gəlməyən və hazırkı iş üzrə cavabdeh qismində göstərdikləri mülkiyyətçilərin hərəkətləri nəticəsində bu müddətin qeyri-müəyyən tarixədək uzanacağı qənaətinə gəliblər. Onlar şirkətdən işləri sürətləndirməyi tələb etdikdə rəhbərlik bildirib ki, həmin mülkiyyətçilərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırılıb. Onlar vəkillə məsləhətləşdikdən sonra belə qərara gəliblər ki, həm razılığa gəlməyən mülkiyyətçilərə qarşı, həm də kooperativə qarşı müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia qaldırsınlar. Hesab edirlər ki, mülkiyyətçilər (hazırkı iş üzrə cavabdeh fiziki şəxslər) uzun illər bir yerdə mehribanlıqla yaşamış qonşular kimi öz mənafelərini onların mənafelərindən üstün tutmamalı, hüquqdan sui-istifadə etməməli, kooperativin təklif etdiyi olduqca güzəştli şərtləri qəbul etməklə mənzilləri həmin kooperativə təhvil verməli, kooperativ isə bağlanmış müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri maksimum qısa müddət ərzində keyfiyyətlə yerinə yetirib yeni mənzilləri onlara təhvil verməlidir.
Tərəflərin izahatları:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddianın ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, cavabdehlərlə aralarında razılıq əldə edilməyib. Əgər İddiaçı MTKnın tikintiyə icazəsi olmasaydı, Bakı Apellyasiya Məhkəməsi MTK-nın xeyrinə qərar çıxarmazdı. Hazırda məhkəmə araşdırması başa çatıb və sonda bütün tərəflərin mənafeyinə uyğun yeganə düzgün, ədalətli qərarın qəbul ediləcəyinə tamamilə əmindir. Mübahisəli binalara baxış keçirib, oradakı yarımsökülü binalar və binalarda hazırda sakinlərin yaşamadığı müəyyən edilib. Oradakı 5 mərtəbəli binalarda orta hesabla 30 mənzil yerləşir. Deməli bir binada təqribən 30 ailənin yaşaması mübahisə doğurmur. Hər binadan 2-3 mülkiyyətçiyə qarşı iddia qaldırılıb. Qalan mülkiyyətçilərin hamısı ilə razılaşma əldə edilib və onlarla notarial qaydada təsdiq olunmuş müqavilələr bağlanılıb. Əgər eyni proyekt əsasında sökülməli olan 4 binanı cəmləşdirsələr, bu 80-82 ailə və ya 320-328 sakin deməkdir. Onlardan 10 nəfər hazırki iş üzrə həm İddiaçı MTK-ya, həm də cavabdehlərə qarşı iddia qaldırıblar. Əlbəttə sual oluna bilər ki, bəs niyə cəmi 10 nəfər? Bu sualın cavabı çox sadədir. Onların əksəriyyəti uzun illər bir məhəllədə yaşadıqları, daimi ünsiyyətdə olduqları şəxslərə qarşı iddia qaldırmaq, məhkəmədə çəkişmək istəmirlər. Eyni zamanda proses iştirakçıları və məhkəmə həmin yarımsökülü binaların sol tərəfində tikilmiş müasir tipli hündürmərtəbəli binaları da görüb. Həmin binaları iddiaçı şirkət tikməyib, amma məhkəməyə təqdim etdikləri layihələrdən də görünür ki, şirkətin tikəcəyi binalar daha gözəl və yaraşıqlı olacaq. Baxış keçirilən ərazidə şirkətləri tərəfindən 16 ədəd yeni bina tikilməsi planlaşdırılıb və sosial tələblərə cavab verən infrastrukturlar, uşaq bağçası, oyun meydançası, qaraj, yaşıllıq sahəsi, istirahət meydançası və sair yardımçı sahələrin tikintisi nəzərdə tutulub. Bir sözlə, yaxın gələcəkdə həmin ərazidə bütün standartlara cavab verən bir şəhər salınacaq. Eyni zamanda təqdim olunan müqavilələrdən də görünür ki, sakinlərin əksəriyyətinə təqribən 20-30 faiz əlavə yaşayış sahəsi təklif olunub, lakin heç birinə hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 edilən güzəştlər edilməyib. Belə ki, onlar cavabdehlərə 76-79 faiz əlavə sahə təklif ediblər. İş məhkəmədənkənar həll olunacağı təqdirdə cavabdehlərə hətta 100% əlavə yaşayış sahəsi təklif ediblər. Təəssüf ki cavabdehlər bu cür humanist təkliflərlə də razılaşmayıblar və onları məhkəmə mübahisəsinə cəlb ediblər. Cavabdehlərin hazırda düşdükləri vəziyyətə nə o, nə də İddiaçı-MTK-nın rəhbərliyi biganə deyil. Cavabdehlər doğma evlərindən didərgin düşüblər, maddi ziyana düçar olublar. Lakin son nəticədə mənzillər orada yaşanması mümkün olmayan vəziyyətə düşüb. Bu səbəbdən bütün 4 binanın sakinlərinin hamısı daimi yaşamaq üçün başqa yerlərə köçüb gediblər. Məhkəmədə baxılan işlərdə cavabdeh olan mülkiyyətçilər istisna olunmaqla digər sakinlərin hamısının kirayə haqqı şirkət tərəfindən ödənilir. Onlar cavabdehlərə 600-700 manat kirayə haqqı təklif ediblər, Lakin onlar daha çox məbləğ tələb edərək təklifləri ilə razılaşmayıblar. Binaları və mənzilləri bərpa edib əvvəlki vəziyyətə qaytarmaq mümkün deyil. Hətta bununla bağlı müvafiq qərardad da var ki, binalar və mənzillər bərpa edilsin. Lakin icra orqanı həmin icra sənədini icrası mümkün olmayan icra sənədi kimi geri qaytarıb. Qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur”.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı.
9. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etməyib, həmin iddiaları təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər onun üçün mənzil almayıblar. Onlar mənzilini MTK-ya satmağı və ya verməyi barədə yol göstərə bilməzlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər birinci onlara deyil, MTK-ya qarşı iddia qaldırmalıdırlar ki, nəyə görə bu vaxta qədər onlarla razılaşma əldə etməyib. MTK tikintiyə başlamaq üçün dörd ədəd binanı zədələyib, halbuki bir ədəd binanın söküntüsünə başlaya bilərdi. Bu günə qədər İddiaçı MTK-nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri sistemində tikintiyə icazəyə razılığı yoxdur. MTK qanunsuz olaraq mənzillərinə daxil olub, əşyalarını, hər şeyini alıb. Bu gün 109000-110000 manata Bakı şəhəri, Nizami rayonu ərazisində 3 otaqlı stalinka tipli mənzil almaq mümkün deyil. MTK mənzillərin bu günə olan bazar qiymətini izləmir. Sonuncu məhkəmə iclasından sonra MTK onlarla danışıqlar aparmayıb. 7 aydır ki, iddiaçı onlara kirayə haqqı ödəmir.
10. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etməyib, həmin iddiaların təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 7 aydır ki, MTK onlara kirayə haqqı ödəmir, heç ödəmək də istəmir. Heç kim heç bir mülkiyyətçinin mülkiyyətini istədiyi vaxt ala bilməz. Bu cür hal suveren ölkədə yolverilməzdir.
11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X47 iddianı qəbul etməyib, həmin iddianın təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X46 və X22 nümayəndəsi və vəkili Nümayəndə4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbini müdafiə edib, iddianın ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həm İddiaçı MTK-nın, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin təmin edilməsini xahiş edir. Çünki, iki şəxsin mənafeyi onlarla vətəndaşın mənafeyindən üstün tutula bilməz.
13. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X44, X53 və X30 nümayəndəsi və vəkili Nümayəndə5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbini müdafiə edib, iddianın ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı MTK-nın iddia tələbini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin mənafeyinə uyğun olduğundan təmin edilməsini xahiş edir. Tikintidə hər gecikən gün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarır. Çünki üçüncü şəxslərlə MTK arasında bağlanmış müqavilənin şərtlərinə əsasən MTK üçüncü şəxsləri bir il yarım müddətində mənzillərinə köçürməyi öhdəsinə götürüb.
14. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X35, X23 nümayəndəsi və vəkili, X17 vəkili Nümayəndə3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbini müdafiə edib, iddianın ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X24 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Əvvəlki məkkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etməyib, həmin iddiaların təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaları əsassız hesab edirlər. Bunun həm maddi, həm də prosessual əsasları var. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 23 dekabr 2021-ci il tarixli 338 nömrəli sərəncamında Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri, mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi qeyd olunub. Yəni Sərəncamda kimisə məcburi qaydada mənzildən çıxarılma nəzərdə tutulmayıb. Təqdim olunmuş sənədlərdən görünür ki, şirkətin bu günə qədər layihələndirməyə deyil, məhz tikintiyə icazə sərəncamı yoxdur. Heç kim əmin edə bilməz ki, gələcəkdə şirkət tikintiyə icazə sərəncamı alacaq. Dövlət şirkətin bina tikintisinə təminat vermir, dövlətin pilot layihəsi də deyil. Hazırda “KURSUS” adı altında bir neçə müxtəlif şirkətlər fəaliyyət göstərir. Məhz İddiaçı icazə ilə bağlı aidiyyəti qurumlara müraciət etməyib. Ən azı Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu bildirir. Cavabdehlərin mənzildən çıxarılmasının hüquqi əsası yoxdur. Bu faktiki olaraq mülkiyyətdən ya məhrumetmə, ya da məhdudlaşdırmadır. Mülki Məcəllədə mülkiyyətdən məhrumetmənin hüquqi əsasları göstərilib. Hazırki iddia tələbi mülkiyyət hüququnun itirilməsinin hüquqi əsaslarına uyğun gəlmir. Mülki Məcəllənin 169-cu maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları göstərilib. İddia tələbi mülkiyyət hüququnun məhdudlaşdırılmasının da hüquqi əsaslarına uyğun gəlmir. Müxtəlif dövlət orqanlarına verdikləri sorğulardan da binaların həqiqətən qəzalı olması, qəzalı olmasa da istismar müddəti bitmiş olması barədə cavabdehlərin ziyanına olan hər hansı cavab daxil olmayıb. Fövqəladə Hallar Nazirliyinin sorğuya cavabında qeyd olunub ki, “yaşayış binasının tikintisinə və istismarına icazə verildiyi təqdirdə Tikintilərin Dövlət Reyestrinə təqdim edilir. Lakin o saytda baxdıqda İddiaçı MTK-nın adını görmək mümkün deyil. İddiaçı MTK-nın maliyyə dayanıqlığı da binanı tikib qutarmağa imkan verməyəcəyini göstərir. Əvvəlki təcrübə göstərir ki, bir sıra MTK-lar tikintini yarımçıq qoyub, sakinlər mənzillərinə 2 il əvəzinə 5 ilə köçdükləri hallar da olub. Bu da cavabdehlərdə haqlı narahatlıq yaradır. Bu gün cavabdehlərin mənzillərinin yerləşdiyi binalar müəyyən xəsarət alsa da, yararsız deyil. Cavabdehlər hazırki vəziyyətdə mənzillərinə köçmək və yaşamaq istəyirlər. İşin bu qədər uzanmasına səbəbkar cavabdehlər deyil. Əgər iddiaçı MTK tikintiyə icazə sərəncamı alsaydı, onda işin uzanmasına səbəbkar cavabdeh ola bilərdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X44 və X45 43 nömrəli binada yaşamaları ilə bağlı onlarda ciddi şübhələr var. Cavabdehlər həmin şəxslərin 43 nömrəli binada heç vaxt yaşamadıqlarından əmindirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 ünvan 8 ünvanında qeydiyyatdadır, X36 və X2 rayonun Cəhri qəsəbəsində qeydiyyatdadırlar və Naxçıvan şəhər sakinləridir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları məhkəməyə təsir etmək məqsədi ilə qaldırılıb. İddiaçının nümayəndələri tərəfindən təqdim olunmuş sənəd 2022-ci ilə, yəni bu işlərə başlamamışdan iki il əvvələ aiddir. Bu şəhərsalmanın əsaslandırılması ilə bağlı layihələndirmə sənədləridir. Həmin sənədlər tikintiyə icazə sənədi deyil. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 23 dekabr 2021-ci il tarixli 338 nömrəli sərəncamının 2.5-ci bəndində göstərilir ki, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X21 X3 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Bu isə yoxdur. İddiaçının nümayəndələrinin təqdim etdiyi sənəd məhz Azərdövlətlayihənin sənədi olduğuna görə məhkəmədən həmin sənədə tənqidi yanaşmasını xahiş edir. Çünki iddiaçı cavabdehlərə qarşı hər iki dəfə məhkəməyə müraciət edəndə iddianın əsası kimi məhz Azərdövlətlayihənin 08 dekabr 2021-ci il tarixli məktubunu qeyd edib. Azərdövlətlayihənin verdiyi 08 dekabr 2021-ci il tarixli rəydə qeyd olunub ki, binalar qəzalıdır. Lakin rəydə qeyd olunub ki, binalara vizual baxış keçirilib. 2021-ci ildə tarixdə binaya vizual baxış keçirəndə bilavasitə texniki baxış keçirilməyib, binadan süxurlar, nümunələr götürülməyib, mənzillərə, binanın zirzəmisinə daxil olunmayıb. Cavabdehlər mənzillərdə yaşamaq istəyirlər və düşünürlər ki, binaların ümumi sahəsinə, mənzillərə vurulan ümumi ziyan müəyyənləşdirilib, gələcəkdə şirkətdən vurulmuş ziyana görə pul alıb və həmin binada köçüb yaşaya bilərlər.
17. Əvvəlki məkkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbini müdafiə edib, həmin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
İş materialları:
18. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ərazidə (Q.Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44,46, Qara Qarayev prospektinə paralel, 19/48, 15, 35, 54, 56 nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, 47/13 nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olunmuş, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Atmosfer sualarının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmiş, tikililər əsasən balkonların üstündəvə baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir.
19. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 11-13/468 nömrəli İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 1/14 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 nömrəli razılıq məktublar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir.
20. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binaların texniki vəziyyəti barədə xx.xx.2024-cü il tarixli rəydən görünür ki, hər 3 bina əlavə tikililərlə birlikdə istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalıdır; sakinlər binadan köçürülməlidir, binalara giriş qadağan edilməlidir; binaların ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır.
21. Baki şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2329/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia tələbi qismən təmin edilərək, X7 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 56.5 kv.m olan 23 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B12 nömrəli təmirli mənzil və həmin 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 52 kv.m sahəsi olan iki otaqlı 1A88 nömrəli təmirsiz mənzil, ünvan 1 ünvanında yerləşən, sahəsi 44,8 kv.m olan 24 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3B63 nömrəli təmirli mənzil və həmin binada 1 ədəd qaraj verilməsi, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat olmaqla, 1200 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılması və mənzillərin sökülməsi, X14 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 51.6 kv.m olan 28 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, X15 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 43,9 kv.m olan 17 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 8-ci mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C51 nömrəli təmirli mənzilin verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, X41 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 41.4 kv.m olan 21 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B28 nömrəli təmirli mənzilin verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 İddiaçı MTK-ya qarşı “İddiaçı tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, İddiaçınə onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir.
22. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 73,90 kv.metr olan ünvan 1, mənzil 11 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.
23. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 52,40 kv.metr olan ünvan 5, mənzil 19 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.
24. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 73,60 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, mənzil 13 xüsusi mülkiyyət hüququ üzrə X19 adına qeydə alınmışdır.
25. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 44,10 kv.metr olan ünvan 1, mənzil 30 xüsusi mülkiyyət hüququ üzrə X22 adına qeydə alınmışdır.
26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 54,20 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13, mənzil 2 xüsusi mülkiyyət hüququ üzrə X23 adına qeydə alınmışdır.
27. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41,40 kv.metr olan ünvan 1, mənzil 21 xüsusi mülkiyyət hüququ üzrə X30 adına qeydə alınmışdır.
28. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 65,67 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13, mənzil 24 xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır.
29. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 72,10 kv.metr olan ünvan 9 ünvanında yerləşən mənzilin 2/3 hissəsi xüsusi mülkiyyət hüququ üzrə X25 adına qeydə alınmışdır.
30. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 48,90 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə X17 adına qeydə alınmışdır.
31. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 066908 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ümumi sahəsi 56,2 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13, mənzil 25 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2001-ci il tarixdə X31 adına qeydə alınmışdır.
32. İddiaçı MTK ilə X53 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1/5/32 saylı müqavilədən görünür ki, “Kooperativ”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli 338 nömrəli Sərəncamında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39/41/43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 3 (üç) otaqdan ibarət olan mənzilinin əvəzində həmin ünvanda, yəni ünvan 10ci girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 78 m2 olan 1 ədəd 2 otaqlı 2A-29 saylı və eyni binanın eyni (5-ci) mərtəbəsində, ümumi sahəsi 52 m2 olan 1 ədəd 1 otaqlı 32 saylı mənzilləri öz vəsaiti ilə inşa edib “Mənzil mülkiyyətçisf’nə təhvil verməyi, “Mənzil mülkiyyətçisi” isə öz vbəsində, bu Müqavilənin şərtlərinə uyğun, köhnə binanın texniki pasportu üzrə daxili sahəsi 73 m2 “çıxarışda 64,85 m2) olan köhnə mənzilini “Kooperativ”ə təhvil verməyi, əvəzinə, köhnə mənzilin sahəsindən 20% artıq hesablanmaqla və təmirdən imtina edərək ümumi sahəsi 52 m2 olan 1 (bir) ədəd 1 (bir) otaqlı (fərqinə görə verilən digər 2 otaqlı mənzilə dair şərtlər xx.xx.2024-cü il tarixli 1/5/2A-29 saylı Müqavilə tənzimlənir) təmirsiz mənzilləri, ayrı-ayrı payçıların adına rəsmiləşdirməklə “Mənzil mülkiyyətçisi”nə il verməyi öhdəsinə götürür.
33. İddiaçı MTK ilə X38 və X53 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1/5/2A-29 1/5/32 saylı müqavilədən görünür ki, Birinci Tərəf "KURSUS-NİZAMİ” MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39/41/43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada Mənzil mülkiyyətçilərinin söküntusü nəzərdə tutulmuş 23 saylı mənzilinin əvəzində mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə (73 kv.m + 15 kv.m (20%)= 88 kv.m) ünvan 10ci girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 78 m2 olan 1 ədəd 2 otaqlı 2A- 29 saylı mənzili İkinci X6 və eyni binanın eyni (5-ci) mərtəbəsində, ümumi sahəsi 52 m2 olan 1 ədəd 1 otaqlı 32 saylı mənzili ikinci X20 öz vəsaiti ilə inşa edib müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada Mənzil mülkiyyətçisilərinin mülkiyyətinə verməyi, Mənzil mülkiyyətçiləri isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, köhnə binanın texniki pasportu üzrə daxili sahəsi 73 m2 (Çıxarşda 64,85 m2) olan köhnə mənzilini “Kooperativ"ə təhvil-təslim aktı əsasında təhvil . erməyi öhdələrinə götürürlər.
34. İddiaçı MTK ilə X32 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3/3/3B-15 3/3/1A- 16 saylı müqavilədən görünür ki, Birinci Tərəf bundan sonra bu müqavilədə "Kooperativ", Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43, 45 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada İkinci Tərəfin-bundan sonra “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 13 saylı mənzilinin əvəzində mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə (77 kv.m + 15,4 kv.m (20%)= 93 kv.m) Bakı şanəri. Nizami rayonu K.Balakişiyev küçəsi 3 saylı 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 1 ədəd 3 otaqlı 3B-15 saylı temirsiz mənzili və Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 3 saylı 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 52 kv.m olan 1 ədəd 1 otaqlı 1A-16 saylı təmirsiz mənzili inşa edib müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş şərtlər əsasında “Mənzil mülkiyyetçisi’nin mülkiyyətinə verməyi, “Mənzil mütkiyyətçisi'isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, daxili sahəsi 77 kv.m (Çıxarşa əsasən 73.60 kv.m ) olan söküləcək 13 saylı mənzilini “Kooperativ’'ə təhvil-təslim aktı əsasında Təhvil verməyi öhdələrinə götürürlər.
35. İddiaçı MTK ilə X46 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1/4/2-17 saylı müqavilədən görünür ki, “Kooperativ”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39/41/43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisinin söküntüsü nəzərdə tutulmuş 2 (iki) otaqdan ibarət olan mənzilinin əvəzində həmin ünvanda, yəni ünvan 10ci girişinin 4cü mərtəbəsində, ümumi sahəsi 80 m2 olan 2 otaqlı 17 saylı mənzili öz vəsaiti ilə inşa edib “Mənzil mülkiyyətçisi”nə təhvil verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, binanın texniki pasportu üzrə ümumi daxili sahəsi 56 m2 (mülkiyyət sənədində 56,2 m2) olan köhnə mənzilini “Kooperativ”ə təhvil verməyi, əvəzinə, köhnə mənzilin sahəsindən 20%-dək artıq və valideyinin xəstəliyi ilə əlaqədar 3,5 m2 “Kooperativ”in hədiyyəsi olaraq, ümumi sahəsi 80 m2 olan 2 otaqlı təmirli yeni mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür.
36. İddiaçı MTK ilə X24 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4/4/3A-24 saylı müqavilədən görünür ki, Birinci Tərəf-bundan sonra bu müqavilədə "xxxx" MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-cl il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi” söküntüsü nəzərdə tutulmuş 9 saylı mənzilinin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli, **********524)5101-093008 reyestr nömrəli Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə (63 kv.m + 12,6 kv.m (20%)= 75,6 kv.m + 6,4 kv.m (ailə vəziyyəti ilə əlaqədar “Kooperativ’ tərəfindən sahə verilməklə)= 82 kv.m) Bakı şəhəri. Nizami rayonu K.Balakişiyev küçəsi 1 girişli, 4 saylı, 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 94 kv.m (daxili sahəsi 82 kv.m) olan 1 ədəd 3 otaqlı 3A-22 saylı təmirli (mənzilin təmiri üçün bir kvadratmetri 200 manat müəyyən edilir) mənzili öz vəsaiti ilə inşa edib İkinci Tərəfə-bundan sonra “Mənzil mü!kiyyətçisi”nin mülkiyyətinə verməyi, 'Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, daxili sahəsi 63 kv.m (Çıxarşdə 48,9 kv.m) olan söküləcək 9 saylı mənzilini “Kooperativ'e təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götürürlər. “KURSUS-NİZAMİ" MTK aylıq kirayə haqqı olaraq 600 manat məbləği bu müqavilənin şərtlərinə uyğun olaraq hər ay “Mənzil Mülkiyyətçisi'nin təqdim etdiyi bank hesabına ödəməyi öhdəsinə götürür.
37. İddiaçı MTK ilə X48 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3/16-2C-114 saylı müqavilədən görünür ki, İddiaçı MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 43 №-li binadakı 21 №-li mənzilinin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********15-05101-093020 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə 45 kv.m + 9 kv.m (20%)= 54 kv.m (əlavə olaraq “Kooperativ” tərəfindən 5 kv.m əvəzsiz sahə verilməklə) = 59 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 65 kv.m olan 1 ədəd 2 otaqlı 2C-114 saylı təmirli (ümumi daxili sahəsi 59 kv.m olan mənzilin 1 (bir) kvadratmetri üçün təmir xərci 200 azn müəyyən edilir) mənzili bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Mənzil mülkiyyətçisi”nin mülkiyyətinə verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, sahəsi 41,4 kv.m söküləcək 21 saylı mənzilini “Kooperativ”ə təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götürürlər. (Bu müqavilə üzrə söküləcək 21 saylı mənzilə görə “Mənzil Mülkiyyətçisi”nə “Kooperativ” tərəfindən əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (9 kv.m (20%) + 5 kv.m) = 14 kv.m təşkil edir). 1.2. “Kooperativ” müvəqqəti yaşayış üçün hər ay 400 (dörd yüz) manat kirayə haqqı məbləğini bu müqavilənin şərtlərinə uyğun olaraq “Mənzil Mülkiyyətçisinin təqdim edəcəyi bank hesabına ödəməyi öhdəsinə götürür. Kirayə haqqının ödənilməsinin başlanğıc tarixi söküləcək mənzilin “Kooperativ” tərəfindən təhvil alındığı gündən hesablanır və yeni mənzil təhvil təslim-aktı ilə “Mənzil Mülkiyyətçisinə təhvil verilənədək davam edəcəkdir.
38. İddiaçı MTK ilə X36 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2/16/2C-114 saylı müqavilədən görünür ki, 1.1. İddiaçı MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 43 №-li binadakı 30 №-li mənzilinin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********15-05101-093024 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə 46 kv.m + 9,2 kv.m (20%)= 55,2 kv.m (əlavə olaraq “Kooperativ” tərəfindən 3,8 kv.m əvəzsiz sahə verilməklə) = 59 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi 2 saylı yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 65 kv.m olan 1 ədəd 2 otaqlı 2C-114 saylı təmirli (ümumi daxili sahəsi 59 kv.m olan mənzilin 1 (bir) kvadratmetri üçün təmir xərci 200 azn müəyyən edilir) mənzili bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Mənzil mülkiyyətçisinin mülkiyyətinə verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, sahəsi 44,1 kv.m söküləcək 30 saylı mənzilini “Kooperativ’’ə təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götürürlər. (Bu müqavilə üzrə söküləcək 30 saylı mənzilə görə “Mənzil Mülkiyyətçisi”nə “Kooperativ” tərəfindən əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (9,2 kv.m (20%) + 3,8 kv.m) = 13 kv.m təşkil edir). 1.2. “Kooperativ” müvəqqəti yaşayış üçün hər ay 400 (dörd yüz) manat kirayə haqqı məbləğini bu müqavilənin şərtlərinə uyğun olaraq “Mənzil Mülkiyyətçisinin təqdim edəcəyi bank hesabına ödəməyi öhdəsinə götürür. Kirayə haqqının ödənilməsinin başlanğıc tarixi söküləcək mənzilin “Kooperativ” tərəfindən təhvil alındığı gündən hesablanır və yeni mənzil təhvil təslim-aktı ilə “Mənzil Mülkiyyətçisinə təhvil verilənədək davam edəcəkdir.
39. İddiaçı MTK ilə X37 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2/3/2A-13 saylı müqavilədən görünür ki, 1.1 İddiaçı MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 47/13 №-li bınadaki 2 №-li mənzilinin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56-05101-093023 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxanşa əsasən) mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə 55 kv.m + 11 kv.m (20%)= 66 kv.m (əlavə olaraq “Kooperativ” tərəfindən 1 kv.m əvəzsiz sahə verilməklə) = 67 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi 2 saytı yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 78 kv.m olan 1 ədəd 2 otaqlı 2A-13 sayi təmirli (ümumi daxili sahəsi 67 kv.m olan mənzilin 1 (bir) kvadratmetri üçün təmir xərci 200 azn müəyyən edilir) mənzili bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mənzil mülkiyyətçisi”nin mülkiyyətinə verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun, sahəsi 41,4 kv.m söküləcək 2 saylı mənzilini “Kooperativ” təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götürürlər. (Bu müqavilə üzrə söküləcək 2 saylı mənzilə görə "Mənzil Mülkiyyətçisi”nə "Kooperativ’’ tərəfindən əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (11 kv.m (20%) + 1 kv.m) = 12 kv.m təşkil edir). 1.2. “Kooperativ” müvəqqəti yaşayış üçün hər ay 400 (dörd yüz) manat kirayə haqqı məbləğini bu müqavilənin şərtlərinə uyğun olaraq “Mənzil Mülkiyyətçisinin təqdim edəcəyi bank hesabına ödəməyi öhdəsinə götürür. Kirayə haqqının ödənilməsinin başlanğıc tarixi söküləcək mənzilin “Kooperativ” tərəfindən təhvil alındığı gündən hesablanır və yeni mənzil təhvil təslim-aktı ilə “Mənzil Mülkiyyətçisinə təhvil verilənədək davam edəcəkdir.
40. İddiaçı MTK ilə X43 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3/5/2C-26 saylı müqavilədən görünür ki, Birinci Tərəf-bundan sonra bu müqavilədə "Kooperativ", Bakı şəbori İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci ii tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhən Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən istismar müddəti bitmiş 39, 41, 43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun edəcəyi binada ikinci Tərəfə-bundan sonra "Mənzil mülkiyyətçisinin söküntüsü nəzərdə tutulmuş 47/13 sayiı binadakı 13 saylı mənzilin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********58-05101-093015 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müəyyən edilmiş 2/3 payına uyğun olaraq) mənzilin ümumi sahəsinə şirkət tərəfindən əlavə sahə verilməklə (54 kv.m (81 kv.m ümumi sahənin 2/3 hissəsi) + 5 kv.m “Kooperativ" tərəfindən əlavə sahə verilməklə + 5 kv.m) Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 3 sayiı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 65 kv.m olan 1 ədəd 2 otaqlı 2C-26 saylı təmirli mənzili bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında "Mənzil mülkiyyətçisi"nin mülkiyyətinə verməyi, mənzil mülkiyyətçisi isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, ümumi daxili sahəsi 81 kv.m (Çıxarşda 72.10 kv.m ümumi sahəsinin 2/3 hissəsi) olan 13 saylı mənzili "Kooperativ”ə təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götürürlər. "Kooperativ" müvəqqəti yaşayış üçün hər ay 550 (beş yüz əlli ) manat kirayə haqqı məbləğini bu müqavilənin şərtlərinə uyğun olaraq “Mənzil Mülkıyyətçisi”nin təqdim edəcəyi bank hesabına ödəməyi öhdəsinə götürür. Kirayə haqqının ödənilməsinin başlanğıc tarixi söküləcək mənzilin Kooperativ" tərəfindən təhvil alındığı gündən hesablanır və yeni mənzil təhvil təslim-aktı ilə "Mənzil Mülkiyyətçisi"nə təhvil verilənədək davam edəcəkdir.
41. İddiaçı MTK ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4/5/32 saylı müqavilədən görünür ki, “Kooperativ”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39/41/43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi’nin söküntüsü nəzərdə tutulmuş 2 (iki) otaqdan ibarət olan mənzilinin əvəzində həmin ünvanda, yəni, ünvan 11-cü girişinin 5-ci və 6-cı mərtəbələrində, ümumi sahəsi 52 m2 olan, 1 otaqlı 32 və ümumi sahəsi 52 m2 olan, 1 otaqlı 40 saylı mənzilləri öz vəsaiti ilə inşa edib “Mənzil mülkiyyətçisi”nə təhvil verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, mənzilə dair Forma 1 sənədi üzrə daxili sahəsi 65,67 m2 olan köhnə mənzilini “Kooperativ”ə təhvil verməyi, əvəzinə köhnə mənzilin sahəsindən 20 % artıq olan və 6 m2 artırmaya görə ümumi sahəsi 52 m2 olan 2 (iki) ədəd 1 otaqlı (digər bir otaqlı mənzilə dair şərtlər xx.xx.2023-cü il tarixli 4/6/40 saylı Müqavilə ilə tənzimlənir) mənzilləri mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür.
42. İddiaçı MTK ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4/5/40 saylı müqavilədən görünür ki, “Kooperativ”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39/41/43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi’nin söküntüsü nəzərdə tutulmuş 2 (iki) otaqdan ibarət olan mənzilinin əvəzində həmin ünvanda, yəni, ünvan 11-cü girişinin 5-ci və 6-cı mərtəbələrində, ümumi sahəsi 52 m2 olan, 1 otaqlı 32 və ümumi sahəsi 52 m2 olan, 1 otaqlı 40 saylı mənzilləri öz vəsaiti ilə inşa edib “Mənzil mülkiyyətçisi”nə təhvil verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, mənzilə dair Forma 1 sənədi üzrə daxili sahəsi 65,67 m2 olan köhnə mənzilini “Kooperativ”ə təhvil verməyi, əvəzinə köhnə mənzilin sahəsindən 20 % artıq olan və 6 m2 artırmaya görə ümumi sahəsi 52 m2 olan 2 (iki) ədəd 1 otaqlı (digər bir otaqlı mənzilə dair şərtlər xx.xx.2023-cü il tarixli 4/6/32 saylı Müqavilə ilə tənzimlənir) mənzilləri mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür.
43. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X42 X16 rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X42 Agentliyi yuxarıda qeyd olunanları nəzərə alaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən təqdim olunmuş Bakı şəhəri, Nizami rayonu, Nəsimi və “Balakişiyev küçələrinin kəsişməsində ilkin mərhələdə, istismar müddəti başa çatmış 4 ədəd, 3 mərtəbəli yaşayış binaları söküntüsünün layihə sənədlərini razılaşdırır və eyni zamanda bildirirlər ki, işlərin icrası zamanı rəydə qeyd olunan ekoloji tələblərə ciddi riayət olunmalıdır.
44. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 X11 Ekspertiza Baş idarəsinin xx.xx.2025-ci il tarixli 39127 saylı Ekspert rəyindən görünür ki, “Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalarının söküntüsü” üzrə layihəsi razılaşdırılır.
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-633/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X10 apellyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.
46. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X42 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-14-22/2-1540/2024 saylı məktubdan görünür ki, hazırki tarixə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 2519-cu məhəllə, 41 və 43 nömrəli binaların yerində çoxmərtəbəli bina tikintisi məqsədi ilə İddiaçı MTK-ya hər hansı razılıq və ya icazə verilməmişdir.
47. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-16/2- 1023/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 №-li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə’’ 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, "Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi ilə əlaqədar olaraq 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarın 1.1-ci bəndində qeyd olunan və 5 il müddətində həyata keçirilməli olan, Nizami Rayon İcra Hakimiyyətinə aid edilmiş vəzifə və öhdəliklər ləğv olunmuşdur.
48. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə fotoşəkillər, bir ədəd disk və bir ədəd “fleşkart” təqdim etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
49. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29.1-ci, 29.4-cü, 43.1-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü, 16.1-ci, 152.1-ci, 152.5-ci, 152.6-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, 4.2.1, 4.3, 17 maddələrinə əsasən hesab edir ki, iddia tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilməlidir.
50. Azərbaycan Respublikası Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır;
29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;
71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur;
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
51. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
52. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır.
53. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.
54. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
52. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək binanın əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan mənzillərin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur.
56. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın iddiası üzrə cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onlara mənzillərinin sahəsinə 70 faizdən artıq əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün Cavabdeh2 700 manat və Cavabdeh1 600 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. Bu öhdəliklərin icrasına isə yerli icra hakimiyyət orqanı nəzarət edir.
57. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir.
58. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan ilkin iddia üzrə İddiaçı MTK tərəfindən edilən həmin təkliflər, onun üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərin barışması üçün tədbirlər görülmüşdür. İddiaçı tərəfindən iddia tələbinə əlavə təqdim edilmişdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).
60. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
61. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.
62. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il).
63. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir.
64. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X42 X16 rəyi ilə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən təqdim olunmuş Bakı şəhəri, Nizami rayonu, Nəsimi və “Balakişiyev küçələrinin kəsişməsində ilkin mərhələdə, istismar müddəti başa çatmış 4 ədəd, 3 mərtəbəli yaşayış binaları söküntüsünün layihə sənədlərini razılaşıb, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 X11 Ekspertiza Baş idarəsinin xx.xx.2025-ci il tarixli 39127 saylı ekspert rəyi ilə “Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalarının söküntüsü” üzrə layihəsi razılaşıb.
65. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddiaçının tikinti aparmaq üçün müvafiq icazəsinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə “köhnə binaların” sökülməsi və "xxxx" tikintisi üçün MTK-yə icazə verilmişdir. Göründüyü kimi cavabdeh tərəfin bildirdiyi bu dəlil əsassızdır.
66. Göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı MTK, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək binanın əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir.
67. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəf olub texniki vəziyyəti qeyriqənaətbəxş olan, mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olan və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan tərəflərin həmin binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə tərəfindən mübahisəli binalara xx.xx.2025-ci il tarixdə aparılmış baxış zamanı mübahisə predmeti olan mənzillərin yerləşdiyi binalarda yaşayış olmadığı, binalarda söküntü işlərinə başlanıldığı müəyyən edililib.
68. Məhkəmə bildirir ki, İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə müvafiq sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında bu sərəncamla üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi, yəni köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər.
69. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.
71. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.
72. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş).
73. Məhkəmə qeyd edir ki, cavabdehlərin mülkiyyətlərində olan əmlakın müqabilində onlara ədalətli təkliflər edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
74. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X44, X53, X43, X46, X36, X37, X24, X48 və X35 iddialarına münasibətdə qeyd edir ki, X53 xx.xx.2024-cü il tarixli 1/5/32 saylı, X46 xx.xx.2024-cü il tarixli 1/4/2-17 saylı, X24 4/4/3A-24 saylı, X48 xx.xx.2024-cü il tarixli 3/16/2C-114 saylı, X36 xx.xx.2024-cü tarixli 2/16/2C-114 saylı, X37 xx.xx.2024-cü il tarixli 2/3/2A-13 saylı, X43 xx.xx.2024-cü il tarixli 3/5/2C-26 saylı müqavilələr ilə İddiaçı MTK ilə razılıq əldə etmişlər.
75. X18 xx.xx.2024-cü il tarixli 1/5/32 saylı və X38 və X53 xx.xx.2024-cü il tarixli 1/5/2A-29/1/5/32 saylı müqavilələr ilə İddiaçı MTK aralarında razılı əldə edilmişdir və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Orxan Faiq oğlunun ailə üzvü olmaqla, müqavilənin predmeti olan mənzildə qeydiyyatdadır. Bundan başqa, X32 xx.xx.2024-cü il tarixli 3/3/3B-15 3/3/1A-16 saylı müqavilə ilə İddiaçı MTK ilə razılıq əldə etmiş və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Vəsilə Heydər qızının oğludur. Bundan əlavə X13 xx.xx.2023-cü il tarixli 4/5/32 saylı və 4/6/40 saylı müqavilələr ilə İddiaçı MTK ilə razılıq əldə edib və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 onun atası olmala, ona məxsus mənzildə qeydiyyatdadır.
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildirş 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir
77. Məhkəmə hesab edir ki, cavabdehlər hüquqdan sui-istifadə edir, nəticə də isə binada yerləşən və MTK ilə razılığa gəlmiş digər mənzillərin sahiblərinin və onların ailə üzvlərinin qanunla qorunan hüquqlarını pozur.
78. Belə ki, göründüyü kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər ilə İddiaçı MTK arasında bağlanmış yuxarıda göstərilən müqavilələrə əsasən İddiaçı MTK Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada razılaşdırılmış mənzilləri bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçilərə mülkiyyətinə verməyi, mülkiyyətçilər isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, mənzillərini “Kooperativ”ə təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götüblər. Hazırda müqavilələr mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər icra edilsə də, Cavabdeh2 və Cavabdeh1 İddiaçı MTK ilə müvafiq razılıq əldə etməməsi səbəbindən onların hüquqları pozulmuş və onların yeni mənzillə təmin edilməsi prosesi uzanmışdır. Bu səbəbdən onlarla İddiaçı MTK arasında bağlanmış müqavilələrin və Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamının icrası baş tutmur. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları əsassılıdır və təmin edilməlidir.
79. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 73,90 kv.m olan 11 nömrəli mənzilin əvəzində ünvan 4 ünvanında inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış banasında biri 3-cü mərtəbəbədə yerləşən 2C-10 saylı, digər isə 6-cı mərtəbədə yerləşən 2C-34 saylı iki ədəd hər biri 65 kv.m yaşayış sahəsi olan 2 otaqlı təmirli mənzillər verilməli, yeni mənzillər ilə təmin edilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, Cavabdeh1 məxsus olan, ünvan 5 ünvanında yerləşən, sahəsi 52,40 kv.m olan 19 nömrəli mənzilin əvəzində ünvan 6 ünvanında inşa ediləcək 1 saylı çoxmərtəbəli yaşayış banasında 3-cü mərtəbədə yerləşən 1 ədəd 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı 3B-15 saylı təmirli mənzil verilməli, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilməli, cavabdehlər Sevil Məmmədov və Cavabdeh1 tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamının, "Kursus-Nizami” Mənzil Tikinti X1 ilə bağladığı xx.xx.2023-cü il tarixli 4/5/32 saylı və 4/6/40 saylı, X53 ilə bağladığı xx.xx.2024-cü il tarixli 1/5/32 saylı, X38 və X53 ilə bağladığı xx.xx.2024-cü il tarixli 1/5/2A-29/1/5/32 saylı, X43 ilə bağladığı xx.xx.2024-cü il tarixli 3/5/2C-26 saylı, X46 ilə bağladığı xx.xx.2024-cü il tarixli 1/4/2-17 saylı, X36 ilə bağladığı xx.xx.2024-cü tarixli 2/16/2C-114 saylı, X37 ilə bağladığı xx.xx.2024-cü il tarixli 2/3/2A-13 saylı, X24 ilə bağladığı xx.xx.2024-cü il tarixli 4/4/3A-24 saylı, X48 ilə bağladığı xx.xx.2024-cü il tarixli 3/16/2C-114 saylı və X32 ilə bağladığı xx.xx.2024-cü il tarixli 3/3/3B-15 3/3/1A-16 saylı müqavilələrin şərtləninin icrasına yaratdırılmış maneələr aradan qaldırılmalı, "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin üzərinə həmin müqavilələrin icra edilməsi öhdəliyi qoyulmalıdır.
Məhkəmə xərcləri:
80. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ilkin iddia üzrə iddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə ayrı-ayrılıqda ödənilmiş dövlət rüsumu onlara aid edilməlidir.
81. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 73,90 kv.m olan 11 nömrəli mənzilin əvəzində ünvan 4 ünvanında inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış banasında biri 3-cü mərtəbəbədə yerləşən 2C-10 saylı, digər isə 6-cı mərtəbədə yerləşən 2C-34 saylı iki ədəd hər biri 65 kv.m yaşayış sahəsi olan 2 otaqlı təmirli mənzillər verilsin, yeni mənzillər ilə təmin edilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. Cavabdeh1 məxsus olan, ünvan 5 ünvanında yerləşən, sahəsi 52,40 kv.m olan 19 nömrəli mənzilin əvəzində ünvan 6 ünvanında inşa ediləcək 1 saylı çoxmərtəbəli yaşayış banasında 3-cü mərtəbədə yerləşən 1 ədəd 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı 3B-15 saylı təmirli mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilsin. Cavabdehlər Sevil Məmmədov və Cavabdeh1 tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamının, "Kursus-Nizami” Mənzil Tikinti X1 ilə bağladığı xx.xx.2023-cü il tarixli 4/5/32 saylı və 4/6/40 saylı, X53 ilə bağladığı xx.xx.2024-cü il tarixli 1/5/32 saylı, X38 və X53 ilə bağladığı xx.xx.2024-cü il tarixli 1/5/2A- 29/1/5/32 saylı, X43 ilə bağladığı xx.xx.2024-cü il tarixli 3/5/2C-26 saylı, X46 ilə bağladığı xx.xx.2024-cü il tarixli 1/4/2-17 saylı, X36 ilə bağladığı xx.xx.2024-cü tarixli 2/16/2C-114 saylı, X37 ilə bağladığı xx.xx.2024-cü il tarixli 2/3/2A-13 saylı, X24 ilə bağladığı xx.xx.2024-cü il tarixli 4/4/3A-24 saylı, X48 ilə bağladığı xx.xx.2024-cü il tarixli 3/16/2C-114 saylı və X32 ilə bağladığı xx.xx.2024-cü il tarixli 3/3/3B-15 3/3/1A-16 saylı müqavilələrin şərtləninin icrasına yaratdırılmış maneələr aradan qaldırılsın. "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin üzərinə həmin müqavilələrin icra edilməsi öhdəliyi qoyulsun. Məhkəmə xərcləri qismində iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları üzrə ayrı-ayrılıqda ödənilmiş dövlət rüsumu onlara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva