Məhkəmə qərarları › İş №2(007)-796/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-796/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-796/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.1946-cı ildə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmuş və onun doğumu Ermənistan SSR Basarküçər rayonu Pəmbək kənd sovetliyində xx.xx.1946-cı il tarixdə qeyd edilmişdir. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnamədə ata qrafasında "İsrafil" əvəzinə "Sirəfil" qeyd olunmuş, ana qrafasında “X1" əvəzinə "oğlu" qeyd edilmiş, sonra isə oğlu sözünə düzəliş edilərək qızı kimi qeyd olunmuşdur. Şəxsiyyətini təsdiq edən digər sənədləri və doğum haqqında şəhadətnamənin əsli vardır. Ona məxsus sənədlərdə ata adı İsrafil kimi qeyd edilsə də, yalnız doğum haqqında şəhadətnamədə yalnışlığa yol verilmişdir. Doğum haqqında şəhadətnamədə düzəliş edilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi onun doğumu Ermənistan Respublikasında qeydə alındığından Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən xx.xx.1946-cı ildə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmuş Ərizəçi doğumunun Ermənistan SSR Basarkeçər rayonu Pəmbək kənd soyetliyində xx.xx.1946-cı il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X2, ana qrafasında isə X3 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 2xx.xx.1946-cı ildə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmuşdur, evlidir, yaşayış yeri ünvan 1 ünvandır. İşdə olan Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Maral Həsənova tərəfindən Ərizəçi ünvanlanmış 30.10.2020-ci il tarixli məktubda qeyd olunur ki, Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi doğumun qeydə alınma faktını qeyd etməkdən imtina edir, ərizəçiyə bu məsələ ilə bağlı rayon məhkəməsinə müraciət etməyi məsləhət görür. İş materiallarında olan Vİ-JQ seriyalı 475254 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə İsgəndərova Nina Nİkolayevna arasındakı nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 458 nömrəli akt qeydi rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığından verilmiş 000140 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi silahlı qüvvələrin veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ərizəçi xx xxxx 1946-cı il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmuş, onun doğum akt qeydi də həmin rayonda aparılmışdır. Ərizəçinin məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində bu barədə məlumatların yazılması ərizəçinin həmin tarixdə qeyd olunan ünvanda doğulduğunu bir daha təsdiq edir.Onun doğum qeydi Ermənistan Respublikasında aparıldığından, məlum hadisələrlə əlaqədar hazırda doğum haqqında şəhadətnaməsini məhkəmədən kənar başqa yolla əldə edə bilmir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx xxxx 1946-cı il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmasına dair hüquqi fakt müəyyən olunmalı, onun doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında «X2», ana qrafasında «X3» qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1946-cı il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun, və doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamənin ata qrafasında «X2», ana qrafasında «X3» qeydləri aparılsın. Qətnamədən bir ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar