Məhkəmə qərarları › İş №2(007)-799/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-799/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-799/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc və tutulmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatının təzələnməsi məsələsinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc və tutulmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5389,68 ABŞ dolları əsas borcun, 7352,02 ABŞ dolları faiz borcunun, 858,5 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 660,05 ABŞ dolları məbləğində isəəldən çıxmış fayda olmaqla ümumilikdə 14259,95 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaa tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən, 2otaqlı, 41,7 kv.m ümumi, 29,2 kv.m yaşayış, 12,5 kv.m yardımçı sahədən ibarət 19 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, 2 otaqlı, 41,7 kv.m ümumi, 29,2 kv.m yaşayış, 12,5 kv.m yardımçı sahədən ibarət 19 nömrəli evin 44 nömrəli mənzilin hərracdan satışından ələ olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, 2 otaqlı, 41,7 kv.m ümumi, 29,2 kv.m yaşayış, 12,5 kv.m yardımçı sahədən ibarət 19 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, 2 otaqlı, 41,7 kv.m ümumi, 29,2 kv.m yaşayış, 12,5 kv.m yardımçı sahədən ibarət 19 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıya borclarının ödənilməsini, işə baxılmasını tələb etmədiyini bildirmişdir. Mülki işin materiallarından görünür ki, məhkəmənin baxış iclası 19 avqust 2021-ci il tarixə saat 10:20-a təyin edilmiş, tərəflərin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qəaradada qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə xahişi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc və tutulmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Məhkəmə qərardadı iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar