Məhkəmə qərarları › İş №2(007)-81/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-81/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-81/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 Müseyib oğluna,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5,Cavabdeh6,Cavabdeh7 və İsmayılova (Hüseynli) Aynur Abdulla qızına qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 Müseyib oğluna,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, İsmayılova Şahilə Fərmayıl qızına ,Cavabdeh6,Cavabdeh7 və İsmayılova (Hüseynli) Aynur Abdulla qızına qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 Müseyib oğluna İddiaçı QSC ilə bağladığı 09.12.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılıb. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. 2013-cü il tarixli kredit razılaşması əsasında cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 85000 ABŞ dolları məbləğində kredit götürüb. Tərəflərin imzaladıqları 12.05.2015-ci il tarixli, 14.04.2016-cı il tarixli, 31.10.2016-cı il tarixli, 30.11.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli, 30.10.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilib. Cavabdeh1 Müseyib oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubadıb, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.03.2020-ci il tarixdən banka qaytarmayıb. Cavabdeh1 Müseyib oğlu götürdüyü kredit borcundan 59462.2 ABŞ Dolları ödəyib, onun 25537.8 ABŞ Dolları məbləğində kredit borcu qalıb. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunan aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18.09.2020-ci il tarixə 190 gün üçün hesablanan faiz borcu 15407.21 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanan faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 18.09.2020-ci il tarixə 190 gün üçün hesablanan cərimə 28335.55 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanan cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Müseyib oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürüblər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 Müseyib oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Müseyib oğlunun öhdəliklərinin icrasını təmin elmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 09.12.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri ünvan 1 ünvanındakı əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü edib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 543 nömrəli reyestr kitabının 50010 nömrəli vərəqində qeydiyyata alınan və Seriya RX 0315624№-li Çıxarışa əsasən Bakı şəhəri ünvan 2 ünvanındakı əmlakı Cavabdeh1 Müseyib oğlunun öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınıb. Bakı şəhəri İH MKTD Suraxanı rayon MKTB 104 saylı MKİS tərəfindən verilən 13.12.2013-cü il tarixli 4400 saylı forma 2 arayışına əsasən Bakı şəhəri ünvan 3 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7 və İsmayılova Cavabdeh8 həmin mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürüblər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Müseyib oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka verən Cavabdeh3 iddiaçı ilə bağladığı 09.12.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü edib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 415 nömrəli reyestr kitabının 38552 nömrəli vərəqində qeydiyyata alınan və Serixa RX 0315625№-li Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzili Cavabdeh1 Müseyib oğlunun öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınıb. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh ipoteka verən Cavabdeh2 və X2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər 12.08.2020-ci il tarixdə göndərilib. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunub və idarədə qeydə alınıb. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı ödəyib. Qeyd edilənlərə əsasən Cavabdeh1 Müseyib oğlundan,Cavabdeh2 və Nəcəfova Mədinə Abbas qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 25537.8 ABŞ dolları əsas borc,15407.21 ABŞ dolları faiz borcu 28335.55 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 69280 ABŞ dolları borcun,30 manat dövlət rüsumunun,ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınmas üçün ödənilmiş 20 manat rüsumun,40 manat xidmət haqqının tutulması,tutmanın ünvan 4 ünvanda yerləşən 23 evin 37 saylı mənzilnə və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzilnə yönəldilməsi,həmin əmlakların açıq hərracdan satılması, 69280 ABŞ dolları borcun,30 manat dövlət rüsumunun,ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınmas üçün ödənilmiş 20 manat rüsumun,40 manat xidmət haqqının hərracdan ələ edilən vəsait hesabına banka ödənilməsi, hərracdan ələ edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Müseyib oğlundan,Cavabdeh2 və Nəcəfova Mədinə Abbas qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, ünvan 4 ünvanda yerləşən 23 evin 37 saylı mənzilnə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4,İsmayılova Şahilə Fərmayıl qızının,Cavabdeh6,Cavabdeh7 və İsmayılova(Hüseynli)Aynur Abdulla qızının həmin mənzildən çıxarılması,mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya verilməsi, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzilnə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən çıxarılması,mənziln boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 Müseyib oğlu,Cavabdeh2,Nəcəfova Mədinə Abbas qızı,Cavabdeh4,İsmayılova Şahilə Fərmayıl qızı,Cavabdeh6,Cavabdeh7 və İsmayılova(Hüseynli)Aynur Abdulla qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 Müseyib oğlu arasında bağlanmış 09.12.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 Müseyib oğluna 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılıb. 12.12. 2013-cü il tarixli kredit razılaşmasından görünür ki, cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 85000 ABŞ dolları məbləğində kredit götürüb. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki,onlar Cavabdeh1 Müseyib oğlu ilə bank arasında bağlanmış 09.12.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. Tərəflərin imzaladıqları 12.05.2015-ci il tarixli, 14.04.2016-cı il tarixli, 31.10.2016-cı il tarixli, 30.11.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli, 30.10.2018-ci il tarixli sazişlərdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişikliklər edilib. Ödəniş qəbzlərindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınmas üçün 20 manat rüsum,40 manat xidmət haqqı ödəmişdir. Cavabdehlər ünvanlanmış məktubların məzmunundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. 30.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Müseyib oğlunun 09.12.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 25537.8 ABŞ dolları əsas borc,15407.21 ABŞ dolları faiz borcu 28335.55 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 69280 ABŞ dolları borcu vardır. İpotekanın qeyd alınmasına dair bildirişlərindən görünür ki,tərəflər arasında bağlanmış ipoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. "xxxx"MMC-nin 31.08.2021-ci il tarixli ekspertiza rəyindən görünür ki,Cavabdeh2 mülkiyyətində olan, ünvan 4 ünvanda yerləşən 23 evin 37 saylı mənzilinin real bazar dəyəri 69000 manat,likvid qiyməti 65000 manat təşkil edir. "xxxx"MMC-nin 14 mart 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki,Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzilnin real bazar dəyəri 73000 manat,likvid qiyməti 66000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit,zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Belə ki,İddiaçı QSC ilə Cavabdeh1 Müseyib oğlu arasında bağlanmış 09.12.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 Müseyib oğluna 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılıb.12.12. 2013-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 Müseyib oğlu 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 85000 ABŞ dolları məbləğində kredit götürüb.İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki,onlar Cavabdeh1 Müseyib oğlu ilə bank arasında bağlanmış 09.12.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər.Bank müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti Cavabdeh1 Müseyib oğluna versə də,sonuncu öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik öhdəliklərinə əməl etməmişdir.Nəticədə Cavabdeh1 Müseyib oğlunun banka 09.12.2013cü il tarixli kredit xətti müqaviləsi üzrə 25537.8 ABŞ dolları əsas borc,15407.21 ABŞ dolları faiz borcu 28335.55 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 69280 ABŞ dolları borcu ödənilməmiş borcu qalmışdır.Cavabdehlərdən pretenziya qaydasında borcun ödənilməsi tələb olunsa da nətcəsi olmamışdır.Ona görə də iddiaçı ipoteka predmetlərinə tutma yönələcəyi barədə cavabdehləri xəbərdar etmiş,daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki,iddia əsas borcun,faiz borcunun,məhkəmə xərclərinin tələb olunması,tutmanın ipoteka predmetinə yönəldilərək onların açıq hərracdan satılması,satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi,əgər həmin vəsait borcun tam ödənilməsi üçün yetərli olmasa qalan borc məbləğinin əsas borcludan və zaminlərdən müştərək qaydada tutulması,ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılması,mənzillərin boşaldılaraq hərracı udan şəxsə təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. İddianın 28335.55 ABŞ dolları cərimə borcunun tələb olunması hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki,qeyd olunan məbləğdə cərimə əsas borc nisbətdə mütanasib deyil ona görə də cərimənin azaldılaraq 2833 ABŞ dolları müəyyən olunmasını məqsədəuyğun sayır.Bu nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini rəhbər tutur. Belə ki,həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 387.09 manat məbləğində dəbbə pulu azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Müseyib oğlundan,Cavabdeh2 və Nəcəfova Mədinə Abbas qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 25537.8 ABŞ dolları əsas borc,15407.21 ABŞ dolları faiz borcu 2833 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 43778.01 ABŞ dolları borc(Ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla),30 manat dövlət rüsumu,ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumu,40 manat xidmət haqqı tutulmalı,tutma ünvan 4 ünvanda yerləşən,likvid dəyəri 65000 manat müəyyə edilmiş 23 saylı evin 37 saylı mənzilnə və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən,likvid dəyəri 66000 manat müəyyən edilmiş, 5a nömrəli evin 48 saylı mənzilnə yönəldilməli,həmin əmlaklar açıq hərracdan satılmalı, 43778.01 ABŞ dolları borc,30 manat dövlət rüsumu,ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınmas üçün ödənilmiş 20 manat rüsum,40 manat xidmət haqqı hərracdan ələ edilən vəsait hesabına banka ödənilməli, hərracdan ələ edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 Müseyib oğlundan,Cavabdeh2 və Nəcəfova Mədinə Abbas qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, ünvan 4 ünvanda yerləşən 23 evin 37 saylı mənzilnə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4,İsmayılova Şahilə Fərmayıl qızı,Cavabdeh6,Cavabdeh7 və İsmayılova(Hüseynli)Aynur Abdulla qızı həmin mənzildən çıxarılmalı,mənzil boşaldılaraq hərracın nəticələri üzrə hərracı udan alıcıya təhvil verilməli, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzilnə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən çıxarılmalı,mənzil boşaldılaraq hərracın nəticələri üzrə hərracı udan alıcıya təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Müseyib oğlundan,Cavabdeh2 və Nəcəfova Mədinə Abbas qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 25537.8 ABŞ dolları əsas borc, 15407.21 ABŞ dolları faiz borcu 2833 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 43778.01 ABŞ dolları borc (Ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla) ,30 manat dövlət rüsumu,ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumu,40 manat xidmət haqqı tutulsun. Tutma ünvan 4 ünvanda yerləşən,likvid dəyəri 65000 manat müəyyə edilmiş 23 saylı evin 37 saylı mənzilnə və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən,likvid dəyəri 66000 manat müəyyən edilmiş, 5a nömrəli evin 48 saylı mənzilnə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın və 43778.01 ABŞ dolları borc,30 manat dövlət rüsumu, ipoteka predmrtinə tutma yönəldilməsinə görə bildirişin qeydə alınmas üçün ödənilmiş 20 manat rüsumu,40 manat xidmət haqqı hərracdan ələ edilən vəsait hesabına banka ödənilsin. Hərracdan ələ edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 Müseyib oğlundan,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. ünvan 4 ünvanda yerləşən 23 evin 37 saylı mənzilnə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6,Cavabdeh7 və İsmayılova(Hüseynli)Aynur Abdulla qızı həmin mənzildən çıxarılsınlar,mənzil boşaldılaraq hərracın nəticələri üzrə hərracı udan alıcıya təhvil verilsin. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1850-ci keçiddə yerləşən 5a nömrəli evin 48 saylı mənzilnə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən çıxarılsın, mənzil boşaldılaraq hərracın nəticələri üzrə hərracı udan alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar