Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-811/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Ərizəçi X1 hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 hüquqi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən ərizəçi tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 ilə 17 fevral 1990-cı ildə nikaha daxil olmuşdur. 29 sentyabr 2003-cü ildə həyat yoldaşı vəfat etmişdir. Onun vərəsəsi olduğu üçün ondan qalmış miras əmlakın qəbul edilməsinə görə 36 saylı X8 müraciət etmişdir. Həmin kontordan vərəsəlik şəhadətnaməsini almış və mirası qəbul etmişdir. 2019-cu ildə evdə sənədlərin içində müəyyən sənədləri tapdıqdan sonra hüquqşünasa müraciət etmiş və həmin sənədlərin nədən bəhs etməsini ona izah edilməsini xahiş etmişdir. Hüquqşünas ona izah etmişdir ki, həmin sənədlər qiymətli kağız olmaqla səhmləri təşkil edir və o, həmin səhmlərə vərəsə kimi tanınmalı, həmin əmlakı qəbul etməli, bundan sonra yenidən həmin notoriat kontoruna müraciət etməlidir. Notoriat kontoru vərəsəlik işini davamlı olaraq işi yenidən açmış və o, «xxxx» ASC-nin 14.02.2019-cu il tarixli 103 №-li arayışını təqdim etdikdən sonra notarius 19.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Milli Depozi Mərkəzinə sorğu vermiş və həmin gün sorğuya aldığı cavaba görə, adlı səhmlər mövcud olduğunu, girov öhdəlikləri ilə yüklənmədiyini və həbsdə olmadığını ona və notoriat kontorunda demişlər. Lakin sonradan notorius ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar işin icraatını dayandırmış və ona bildirilmişdir ki, X11 və X12 arasında fərq var. Belə ki, ayrı-ayrı sənədlərdə qeyd edilən ata adları fərqlidir və bu məsələyə aydınlıq gətirildikdən sonra,o vərəsəlik şəhadətnaməsini alıb, adlı səhimləri adına rəsmiləşdirə bilər. Qeyd edir ki, X5r, lakin onun işlədiyi «xxxx» ASC- də ata adı səhvən Cəmil kimi qeyd edilmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdən açıq-aydın görünür ki,həyat yoldaşının adı X6r. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, nikah haqqında şəhadətnamədə və əmək kitabçasında göstərilən X13 ilə X4 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icalında ərizəçi tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs 36 saylı Notariat ofisi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Türkan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: əmək kitabçasının sürətindən görünür ki, həmin əmək kitabçası X7 məxsusdur. AZ-1J 073772 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 29.09.2003cü il tarixdə vəfat etmişdir. Nikahın bağlanması haqqında 292572 nömrəli şəhadətnamədən görünür ki, X13 ilə X2 17 fevral 1990-cı il tarixdə rəsmi nikah bağlamışlar. Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən verilmiş ci/03-1102 nömrəli,19.09.2019-cu il tarixli məktubun məzmunundan görünür ki,17 sentyabr 2019-cu il tarixinə X7 məxsus “xxxx” ASC üzrə hər birinin nominal dəyəri 200 manat olan 476 ədəd adi səhm girov öhdəlikləri ilə yüklənməmişdir və həbsdə deyil. Ərizəçiyə ünvanlanmış 06.10.2020-ci il tarixli, 279 saylı məktubunu məzmunundan görünür ki, 36 saylı Notariat ofisi ərizəçinin bu tələblə bağlı ərizəsini təmin etməkdən imtina etmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də iş materiallarında olan nikah haqqında şəhadətnamə və əmək kitabçasında göstərilən X13 ilə X4 eyni şəxsdir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,iş materiallarında olan nikah haqqında şəhadətnamədə və əmək kitabçasında göstərilən X13 ilə X4 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 292572 nömrəli Nikah haqqında şəhadətnamədə və əmək kitabçasında göstərilən X13 ilə X4 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-811/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-811/2021
23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver