Məhkəmə qərarları › İş №2(007)-82/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-82/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-82/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb olunmaqla, “mənzilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin olunması, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınması üçün “X5” MMC-yə ödədiyi 78 252 (yetmiş səkkiz min iki yüz əlli iki) manat məbləğində pulun; Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin təmiri üçün çəkilmiş 42.000 (qırx iki min) manat və usta briqadasına ödədiyi 9360 (doqquz min üç yüz altmış) manat məbləğində pulun və 420 (dörd yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzil üçün aldığı, aşağıda qeyd edilən mebellərin, məişət texnikalarının və digər əşyaların Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: Qonaq otağı üçün- 1 ədəd divan (açılan) - İstanbuldan alındı (ümumi dəst qiyməti), 1 ədəd masa jurnalni - İstanbuldan alındı (ümumi dəst qiyməti); 2 ədəd vitrin - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü komod - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd açılıb-bağlanan masa - İstanbuldan alındı (ümumi dəst qiyməti); 8 ədəd stul - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd TV stend - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd açılan divan - Bakıdan alındı - qiyməti - 800 manat; 1 ədəd “Samsung” markalı TV - Bakıdan alındı qiyməti - 650 manat; 1 ədəd “Mitsubishi" markalı kondisioner - Bakıdan alındı - qiyməti 290 ABŞ dolları. Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı - İstanbuldan alındı (ümumi dəst qiyməti); 2 ədəd tumba - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü komod - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd TV altı dolab - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü şifonyer (6 qapılı) - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd “Philips” markalı TV - Bakıdan alındı - qiyməti - 100 ABŞ dolları; 1 ədəd “Grundig" markalı kondisioner - Bakıdan alındı - qiyməti - 260 ABŞ dolları; 1 ədəd xalça - Bakıdan alındı - qiyməti - 300 manat. Uşaq otağı üçün- 1 ədəd güzgülü şkaf - Bakıdan alındı - qiyməti - 1300 manat; 2 ədəd uşaq yatağı - Bakıdan alındı - qiyməti - 220 manat; 2 ədəd masa - Bakıdan alındı - qiyməti - 100 manat. Balkon üçün- 1 ədəd “Bosh” markalı kombi - Bakıdan alındı - qiyməti - 600 manat; 5 ədəd 10 seksiyalı radiator - Bakıdan alındı - qiyməti - 325 manat; 1 ədəd qaz şoççiki (müqavilə bağlananda ödənilib) - qiyməti - 300 ABŞ dolları. Mətbəx üçün- 1 ədəd mətbəx mebeli - İstanbuldan alındı - qiyməti 650 ABŞ dolları; 1 ədəd 'Blomberg” markalı soyuducu - Bakıdan alındı - qiyməti 350 ABŞ dolları; 1 ədəd ‘Веко” markalı paltaryuyan maşın - Bakıdan alındı - qiyməti 170 ABŞ dolları; 1 ədəd “Веко” markalı qabyuyan maşın - İstanbuldan alındı - qiyməti 100 ABŞ dolları; 1 ədəd aspirator - Bakıdan alındı - qiyməti 55 ABŞ dolları; 1 ədəd qaz plitkası - Bakıdan alındı qiyməti 130 manat; 1 ədəd qaz peçkası - İstanbuldan alındı - qiyməti 85 ABŞ dolları; 1 ədəd camlı Mətbəx masası - Bakıdan alındı - qiyməti 120 manat; 4 ədəd mətbəx stulu (qara-qırmızı) - Bakıdan alındı - qiyməti 80 manat; 1 ədəd 3 nəfərlik fransız divanı - İstanbuldan alındı - qiyməti 195 ABŞ dolları; 1 ədəd “Samsung” markalı TV - İstanbuldan alındı - qiyməti 350 ABŞ dolları. Dəhliz üçün- 1 ədəd qarderob güzgülü - Bakıdan alındı qiyməti - 1900 manat; 1 ədəd qızılı rəngdə ayna - İstanbuldan alındı - qiyməti - 50 ABŞ dolları; 1 ədəd fransız ağ kamod - İstanbuldan alındı - qiyməti - 300 ABŞ dolları; 1 ədəd kameralı və səsli qlazok - Bakıdan alındı - qiyməti - 160 ABŞ dolları; 1 ədəd telefon - Bakıdan alındı - qiyməti - 90 manat. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1977-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin dövlətin vətəndaşıdır. Xüsusi olaraq qeyd etmək istəyir ki, maddi imkanını nəzərə alıb Bakı şəhərində özünə mənzil almaq qərarına gəlmiş və bu məqsədlə 2006-cı ilin yay ayında Azərbaycana gəlmişdir. Bir çox mənzillərə baxdıqdan, bir sıra MTK-larda olan mənzillərin qiyməti ilə maraqlandıqdan sonra nəhayət, “X5" MMC-də yerləşən mənzilin qiyməti Rusiyadan gətirdiyi puluna uyğun olduğu, mənzilin qiyməti də münasib olduğu üçün həmin mənzili almaq qərarına gəlmişdir. “X5" MMC tərəfindən ona bildirildi ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin satış qiyməti 78 252 (yetmiş səkkiz min iki yüz əlli iki) manat təşkil edir və o, həmin məbləğlə razılaşmışdır. Sözügedən mənzilin alınması zəruri olan sənədləri təqdim etmiş və ona bildirilmişdir ki, əcnəbi olduğu üçün adına əmlak ala bilməz. Bu səbəbdən, etibar etdiyi şəxsin adına mənzili almağı ona təklif edildi və o, dərhal etibar etdiyi şəxsin anası olduğunu bildirmişdir. Evə gəlib bu barədə anasına məlumat vermiş və anasının şəxsiyyət vəsiqəsini götürüb yenidən “X5” MMC-yə qayıtmış və mənzilə dair müqavilənin anası ilə bağlanmasını xahiş etmişdir. Nəhayət, 20 iyun 2006-cı il tarixində onunla (müqavilədə anası Cavabdeh adı qeyd edilsə də, müqavilə və digər sənədlər onun tərəfindən imzalanmış, anası tərəfindən ona mənzilin alınması ilə bağlı hər hansı bir etibarnamə verilməmişdir) “X5” MMC arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınmasına dair müqavilə bağlanmışdır, sözügedən müqavilə əsasında tərəfindən “X5" MMC-yə 68 252 (altmış səkkiz min iki yüz əlli iki) manat məbləğində nəğd şəkildə ödəniş edilmişdir. 10.000 (on min) manat pulu çatmadığı üçün həmin məbləği ödəyə bilmək üçün vaxt istəmişdir. Bir neçə müddətdən sonra 10.000 (on min) manat pulu da düzəldib “X5” MMC-yə ödəniş etmiş və mənzilə görə heç bir borcu qalmamışdır. Daha sonra, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilini təmir etdirmək qərarına gəlmişdir. Təxminən 42.000 (qırx iki min) manat məbləğində evin təmiri üçün materiallara, 9360 (doqquz min üç yüz altmış) manat isə ustaya (təmir-tikinti briqadasına) ödəniş etmişdir. Mənzilini təmir etdirdikdən sonra, qonaq və yataq otaqları üçün və eyni zamanda mətbəx və dəhliz üçün mebellər almaq üçün Türkiyə Respublikasının İstanbul şəhərinə yollanmışdır. Aşağıda qeyd edilən mebelləri Türkiyə Respublikasının İstanbul şəhərindən, eyni zamanda qeyd edilən texnikaları, məişət avadanlıqlarını və digər əşyaları Bakı şəhərindən almışdır: Qonaq otağı üçün- 1 ədəd divan (açılan) - İstanbuldan alındı (ümumi dəst qiyməti), 1 ədəd masa jurnalni - İstanbuldan alındı (ümumi dəst qiyməti); 2 ədəd vitrin - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü komod - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd açılıb-bağlanan masa - İstanbuldan alındı (ümumi dəst qiyməti); 8 ədəd stul - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd TV stend - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd açılan divan - Bakıdan alındı - qiyməti - 800 manat; 1 ədəd “Samsung” markalı TV - Bakıdan alındı - qiyməti - 650 manat; 1 ədəd “Mitsubishi" markalı kondisioner - Bakıdan alındı - qiyməti 290 ABŞ dolları. Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı - İstanbuldan alındı (ümumi dəst qiyməti); 2 ədəd tumba - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü komod - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd TV altı dolab - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü şifonyer (6 qapılı) - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd “Philips” markalı TV - Bakıdan alındı - qiyməti - 100 ABŞ dolları; 1 ədəd “Grundig" markalı kondisioner - Bakıdan alındı - qiyməti - 260 ABŞ dolları; 1 ədəd xalça - Bakıdan alındı - qiyməti - 300 manat. Uşaq otağı üçün- 1 ədəd güzgülü şkaf - Bakıdan alındı - qiyməti - 1300 manat; 2 ədəd uşaq yatağı - Bakıdan alındı - qiyməti - 220 manat; 2 ədəd masa - Bakıdan alındı - qiyməti - 100 manat. Balkon üçün- 1 ədəd “Bosh” markalı kombi - Bakıdan alındı - qiyməti - 600 manat; 5 ədəd 10 seksiyalı radiator - Bakıdan alındı - qiyməti - 325 manat; 1 ədəd qaz şoççiki (müqavilə bağlananda ödənilib) - qiyməti - 300 ABŞ dolları. Mətbəx üçün- 1 ədəd mətbəx mebeli - İstanbuldan alındı - qiyməti 650 ABŞ dolları; 1 ədəd 'Blomberg” markalı soyuducu - Bakıdan alındı - qiyməti 350 ABŞ dolları; 1 ədəd ‘Веко” markalı paltaryuyan maşın - Bakıdan alındı - qiyməti 170 ABŞ dolları; 1 ədəd “Веко” markalı qabyuyan maşın - İstanbuldan alındı - qiyməti 100 ABŞ dolları; 1 ədəd aspirator - Bakıdan alındı - qiyməti 55 ABŞ dolları; 1 ədəd qaz plitkası - Bakıdan alındı - qiyməti 130 manat; 1 ədəd qaz peçkası - İstanbuldan alındı - qiyməti 85 ABŞ dolları; 1 ədəd camlı Mətbəx masası - Bakıdan alındı - qiyməti 120 manat; 4 ədəd mətbəx stulu (qara-qırmızı) - Bakıdan alındı - qiyməti 80 manat; 1 ədəd 3 nəfərlik fransız divanı - İstanbuldan alındı - qiyməti 195 ABŞ dolları; 1 ədəd “Samsung” markalı TV - İstanbuldan alındı - qiyməti 350 ABŞ dolları. Dəhliz üçün- 1 ədəd qarderob güzgülü - Bakıdan alındı - qiyməti - 1900 manat; 1 ədəd qızılı rəngdə ayna - İstanbuldan alındı - qiyməti - 50 ABŞ dolları; 1 ədəd fransız ağ kamod - İstanbuldan alındı - qiyməti - 300 ABŞ dolları; 1 ədəd kameralı və səsli qlazok - Bakıdan alındı qiyməti - 160 ABŞ dolları; 1 ədəd telefon - Bakıdan alındı - qiyməti - 90 manat. Yuxarıda qeyd edilən, yalnız Türkiyə Respublikasının İstanbul şəhərindən alınan mebellərə ümumilikdə 12000 (on iki min) ABŞ dolları ödəniş etmiş və həmin mebellərin Bakıya gətirilməsi üçün 6300 (altı min üç yüz) ABŞ dolları gömrük xərcləri ödəmişdir. Yuxarıda qeyd edilən bütün əşyalar tərəfindən alınaraq Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixində yaşadığı sözügedən mənzildə qardaşı X14 ilə aralarında yaranmış mübahisə zamanı qardaşı ona bıçaqla ağır bədən xəsarəti yetirmiş, qardaşının barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb edilmişdir. Bu hadisədən sonra anasının ona qarşı münasibəti dəyişdi. Belə ki, yanvar ayında o, Türkiyə Respublikasından qayıdandan sonra yaşadığı və müvəqqəti qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilinə gəlmiş və qapını açmaq istədikdə qapı açılmamışdır. Başa düşmüşdür ki, qapının kilidi anası tərəfindən dəyişilib, çünki evin açarının bir nüsxəsini yalnız anasına vermişdi. Uzun müddətdir ki, onun halal pulu ilə aldığı evinə buraxmırlar, ona bildirdi ki, hara istəyirsən şikayət et! O, dərhal hüquq mühafizə orqanlarına müraciət etmiş və Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi və qərar onunla əsaslandırılmışdır ki, mübahisə mülki xarakter daşıdığı üçün müvafiq məhkəməyə müraciət etməlidir. Yenə də qeyd etmək istəyir ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilə tərəfindən alınan mebelləri, texnikaları, məişət avadanlıqlarını və digər əşyaları onun xəbəri və icazəsi olmadan satacaq və əsassız olaraq varlanacaqdır. Onu da qeyd etmək istəyir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə təmin edilmişdir. Qanunvericliyin tələblərindən də göründüyü kimi, cavabdehin mülkiyyətində olan əmlak məhz onun tərəfindən əldə edildiyindən, təmir xərcləri onun tərəfindən ödənildiyindən lakin əldə etdiklərindən faktiki olaraq məhrum olunduğu üçün hazırki iddianı qaldırmaqda haqlıdır. Belə ki, mənzilin alınması zamanı ödəmiş olduğu məbləğlər, mənzilin təmirinə çəkilmiş xərclər və mənzil üçün aldığı əşyalar cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tələbində göstərmişdir ki, 2006-cı ildə Bakı şəhərində mənzil almaq niyəti olmuşdur və o “X5” MTK -nə müraciət etdikdən sonra ona izah edilmişdir ki, xarici ölkənin vətəndaşı olduğu üçün mənzilin qeydiyyata alınmasında çətinliklər ola bilər. Buna görə də o aldığı mənzili anası Gülarə Həşim qızının adına rəsmiləşdirilməsini qərara almışdır. Daha sonra bildirmişdir ki, qardaşı X14 ilə aralarında yaranan münaqişə nəticəsində anası ilə münasibətləri pisləşib və anası onu və ailəsini aldığı mənzilə buraxmır .mBundan başqa “X5” MTK -nın məktubuna istinad edərək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 32 A, M 14, mənzil 1 (keçmiş Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) ünvanda yerləşən mənzilin dəyərini -78.252 manat pulun nəğd və onun tərəfindən tam ödənilməsinin məktubda göstərildiyini qeyd etmişdir. Bu səbəbdən də mənzilin alınması üçün tərəfindən ödənildiyi iddia etdiyi 78252 manat pul vəsaitini, daha sonra ünvan 3 saylı mənzilin təmir etdirilməsi üçün materiallara 42.000 manat, ustalara isə 9360 manat pul xərlədiyini, həmin pul vəsaitlərini və mənzilə Türkiyə Respublikasının İstanbul şəhərindən aldığı mebelləri və Bakı şəhərindən isə aldığı məişət avadanlıqlarını və digər əşyaların ona qaytarılmasını tələb etmişdir. İddiaya etiraz olaraq bildirmək istəyir ki, iddianı qəbul etmir. İddiaçının iddiasının dəlillərini əsassız və qanunsuz hesab edərək bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri boş cəfəngiyyatdır. İddiaçı ilə qardaşı X14 arasında münasibətlər pozulmuşdur. İddiaçı anası X13 Abıyevlə birlikdə yaşadığı mənzilə gələrək qardaşını yatdığı yerdə təpik və yumruqla vuraraq onunla aralarında münasibətlərini aydınlaşdırmaq istəmiş, sonradan Emil Abıyevi boğaraq ona xəsarətlər yetirdikdə qardaşı Emil Abıyev zərəri müdafiə olunmaq üçün çıxış yolunu masanın üstündə boşqabın içərisində almanın üzərində olan bıçaqa yönəldərək həmin bıçaqı götürərək ona xəsarət yetirmiş və qardaşınnan canını qurtarmağa çalışmışdır. Anar Abıyev qardaşını bağışladıqdan bir müddət sonra yenidən onun barəsində şikayət edərək onu yenidən həbsə aldırmışdır. Bu münaqişədən sonra Anar Abıyev qardaşı Emili valideynlərinin və Rusiya Federasiyasında hazırda yaşayan qardaşı Azər Abıyevin də onu müdafiə etdiyini görərək bundan qəzəbləndiyini, nəyə görə hamının onu müdafiə etdiyinə qısqanccasına yanaşayaq onlarla, o cümlədən anası Gülara Abıyeva ilə münasibətləri kəskinləşmiş və onunla da qərəzli mövqedə qalmışdır. Mənzilinə və başqa əmlaklarına iddialı olmağa başlamışdır. Anar Abiyev mənzilin həqiqətən ona məxsus olmasını, MMC-nın verdiyi arayışdan başqa heç bir dəlil və subutlar məhkəmələrə təqdim edə bilməmişdir. MMC-nin isə ona bu məzmunda arayışlar verməsi isə Anar Abıyevin “X5” MMC-nin rəhbərliyi ilə həmin MMC-dən özünə aldığı başqa mənzilnən bağlı yaxın münasibətlərinin yarandığı səbəbindən qaynaqlanır. Çünki həqiqətdə bu belə olmamışdır. Ən azından anası ilə aralarında və yaxud da MMC-də müəyyən bir iradə ifadəsini özündə əks etdirən sadə yazılı bir formalı razılaşma imzalamış olardı. Anar Abiyevlə yaxın münasibətlərdə olan MMC rəhbəri öz möhür və imzasından sui istifadə edərək həqiqəti əks etdirməyən məzmunlu arayışlarla bir ailə arasında rifah yaradır. Amma məsələnin mahiyyətinə gəldikdə isə nə müqavilələri nədəki maliyyə sənədlərini məhkəmələrə təqdim etmir. MMC rəhbəri arayışlarında və məhkəmələrdə verdiyi izahatlarında bildirir ki, Anar Abiyev əcnəbi vətəndaş olduğuna görə mənzil razılaşmaya əsasən anası Gülara Abiyevanın adına rəsmiləşdirilmişdir. Bu hallara istinad edən MMC rəhbəri öz söz ifadəsindən başqa heç bir subut məhkəməyə təqdim edə bilmir. Vətəndaş bilməyə bilər, belə bir hal baş vermişdirsə nəyə görə sadə yazılı və yaxud MMC-nin möhürü ilə təstiq edilmiş hər hansı bir razılaşma sənədi ortaya çıxarmır. 5 saylı Vəkil Bürosu adından 20 iyun 2022-ci il tarixdə MMC-yə rəsmi sorğu ilə müraciət edərək müvafiq sənədlər tələb etsə də bu günə qədər MMC rəhbəri həmin sənədləri təqdim etmədən vəkil sorğusuna da heç bir rəsmi cavab verməmişdir. Bütün bu hallar onun cavabdehə qarşı qərəzli olmasını təstiq edir. Həmin sorğunun surətini elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edir. Bundan başqa Anar Abiyev məhkəmələrə mötəbər subutlar təqdim etmədən yalnız dolayı subut şəklində görüntü yaratmaq məqsədilə digər sənədlər təqdim edərək mübahisəli mənzil alındığı vaxt öz maddi imkanının yaxşı olduğunu və anasının isə ev almaq imkanın olmadığını subut etməyə çalışmışdır. Hazırda elektron kabinet vasitəsi ilə Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuma cavab olaraq verilmiş cavabından da göründüyü kimi Bakı şəhərində Gülara Abiyevanın adına digər daşınmaz əmlaklar da onun adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. Həmin əmlakları da müəyyə vaxtlar da bağışlama müqavilələrinə əsasən oğlu Azər Abiyevin adına rəsmiləşdirmişdir. Cavabdeh da dediyinə görə Anar Abıyev “X5” MMC-nin rəhbəri və sədri Rövşən Məmmədli ilə qanunsuz sövdələşmələr apararaq həmin mənzilə dair onu saxta sənədlər düzəltməyə və imzalamağa təhrik edərək və guya Rusiya vətəndaşı olmağı səbəbindən öz adına mənzil əldə edilməsi mümkün olmadığına görə 2006-cı ildə mənzilin pulunun onun tərəfindən ödənilməsini və mənzilin formal olaraq anasının adına rəsmiləşdirdiyinə dair yalan məlumatlar özündə əks etdirən sənədləri əldə edərək məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Lakin bütün bu hallar qanunvericiliyə zidd olmaqla birincisi həqiqəti əks etdirməməklə qondarma bir iddia və tələblərdir. İddiaçının cavabdehə qarşı əvvəllər qaldırdığı, məhkəmələr tərəfindən araşdırılan və qəbul edilmiş məhkəmə aktları ilə də bəzi faktlar müəyyən edilmişdir. Məhkəmə aktlarında həmin subutların sənədlərin arasında olan və mübahisəli mənzilə dair xx.xx.2006-cı il tarixdə tərtib edilmiş “Qiymətin razılaşması barədə protokoldan”, xx.xx.2006-cı il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 013032 saylı “Orderdən” görünür ki, həmin sənədlərdən mənzilin alıcısı kimi cavabdehin adı qeyd edilmişdir. Bununla belə mənzilə dair hər hansı bir borcun olmamasına dair Gülarə Abıyevaya MMC tərəfindən maliyyə arayışı da verilmişdir. Mənzilə dair müqavilədə Gülarə Abıyevanın əvəzindən onun oğlu Anar Abıyev tərəfindən imza qoyulması isə mənzilin alınmasına dair vəsaitin onun tərəfindən ödənilməsi anlamına gələ bilməz. Anar Abiyev isə məhkəmədə bundan əvvəl qaldırdığı iddia tələbinin uğurluluq ehtimalının olmamasını görərək hazırda da başqa növ pul tələbinə dair iddialar qaldırmaqla anası Cavabdeh mənzili almağa çalışır. Əvvəllər məhkəmədə baxılan mülki işdə də cavabdeh Gülara Abıyeva və onun oğlu Emil Abıyev bildirmişdirlər ki, mənzilin dəyəri Gülarə Abıyeva tərəfindən ödənilmişdir və sənəndləşdirmə işlərində də hər iki oğulları onun adından ola bilsin ki, müvafiq sənəndlərə imza atmışdırlar. Anar Abıyevin bu əsasa görə mənzilin alınmasına görə ödənilmiş pul vəsaitinin ona məxsus olması absurddur və əsassızdır. Hətta MMC bir halda ki, mənzilə dair pulun Anar Abıyev tərəfindən ödənilməsinə dair yalan məlumatlar, həqiqəti əks etdirməyən məzmunlu sənədlər məhkəməyə təqdim etmişdirsə də, valideynin hər hansı bir övladına pulun MMC-nə apararaq ananın adından ödəmisi kimi halı etibar etməsi hətta ona dəlalət etmir ki, ananın adından pulu aparıb MMC-nə ödəyən şəxs həmin mənzilin ona məxsus olmasına dair iddialı olsun ki, mənzil onundur. İddiaçının mənzilin təmirinə dair onun tərəfindən vəsait xərclənməsi hissəsi də həqiqətə uyğun deyildir. Mənzil Gülarə Abıyeva, onun həyat yoldaşı Əvəz Abıyev və oğlu Emil Abıyev tərəfindən təmir etdirilmişdir. Vəsaiti də onlar özləri xərcləmişdir. İddianın əsaslı hissəsi isə yalnız ondan ibarətdir ki, Anar Abıyev tərəfindən anası Gülarə Abıyevaya mənzilinə bir sıra mebel dəstləri və əşyaları hədiyyə şəklində alınmışdır. Həmin əşyalar aşağıdakılardan ibarətdir. Bir ədəd ikili yataq dəsti, bir ədəd ş ifoner, stolüstü saat, tumba, komod,uşaq çarpayısı, şifoner, uşaqtumbası,qonaq dəsti(güzgülü komod,stol və stullar, servant, divan televizor altı), “Samsunq” markalı televizor, “Beko” markalı qabyuyan. Bu məişət əşyaları və mübel dəsti onun tərəfindən hədiyyə olaraq anasına verilmişdir. Amma iddia da qeyd edilən digər əşyalar və mebellər Gülara Abıyeva öz vəsaiti hesabına onun tərəfindən alınmışdır. Yekun olaraq bildirir ki, Anar Abıyevin iddialarının əsassız olmasını təstiq edən mühüm hal ondan ibarətdir ki, o hər hansı bir bəhanələr və düşünülmüş əsaslar irəli sürməklə, müəyyən sənədlər əldə etməklə cavabdehin mənzilinə hüquq yaratmaq görüntüsü yaratmağa çalışır. Buna misal kimi onu qeyd bilər ki, bir neçə ildir ki, mübahisə apardığı mənzilə dair cavabdehin orada yaşadığı halda, bütün kommunal xərclər cavabdeh tərəfindən ödənildiyi halda və mənzil cavabdehin istifadəsində və sahibliyində olduğu halda, mənzilə dair hüquq əldə edilməsi ilə bağlı məhkəmələr tərəfindən iddiası rədd edildiyi halda mənzilə əlaqəlik yaratmağa çalışaraq və nəhayət ondan tələb edilmədiyi halda mənzilin 2023-cü ilin yarım illiyi üçün kommunal ödəniş etmiş və 13 fevral 2023-cü il tarixli ödəniş qəbzini iddia ərizəsinə qoşma etmişdir. Mənzilə dair kommunal xərclərin (ev pullarının) Cavabdeh tərəfindən ödənilməsini təstiq edən qəbzləri də elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edir. Göründüyü kimi iddiaçı Anar Abıyevin iddia tələbləri əsassızdır və hesab edir ki, təmin edilməsi qanunla yolverilməzdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, onların iddia tələbi üç hissədən ibarətdir, mənzilin alınması üçün verilmiş pul, mənzilin təmirinə çəkilmiş xərclər və mebellərin qaytarılması. Mənzilin pulunun Anar tərəfindən ödənilməsi iş materiallarında olan maliyyə arayışı və müqavilədə olan imzalardan məlum olmuşdur. Belə ki, həmin imzalar Anara məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şirkət rəhbəri də evin dəyərinin məhz Anar tərəfindən ödənildiyini təsdiq etmişdir. İddia tələbinin təmir xərcləri hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş ustalar təmir xərclərinin Anar tərəfindən çəkildiyini təsdiq etmişdir. Həmçinin ekspert rəyində təmir xərclərinin dəyəri göstərilmişdir. İş materiallarında olan əvvəlki məhkəmə iclasının protokolu, istintaq zamanı verilən ifadələr, həmçinin məhkəmə hökmü ilə təsdiq edilir ki, ev həqiqətən Anara məxsus olmuş və onun tərəfindən təmir etdirilmişdir. İddia tələbinin mebellərin iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, mebellərə münasibətdə tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və bu barədə qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən, iddia ərizəsində göstərilən bəzi mebel əşyaları istisna olmaqla, qalan mebel əşyaları və texniki avadanlıqlar icra məmuru tərəfindən aşkar olunmuş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh tərəfin “həmin mebellərin Anar tərəfindən alınaraq anası Gülarəyə hədiyyə edilməsi” məsələsinə münasibətdə qeyd edir ki, həmin əşyalar hədiyyə olaraq alınmamış, Anar öz evinə mebel əşyaları almışdır. Belə ki, əgər Anar həmin əşyaları hədiyyə qismində alırdısa, nə üçün anasına uşaq yatağı hədiyyə edirdi. Buna görə də, icra məmuru tərəfindən müəyyən olunan mebel və texniki əşyalar Anara qaytarılmalıdır. Ümumilikdə iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında götərdi ki, iddianın qanuni əsasları mövcud deyil. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qəntaməsi var ki, ev Gülarəyə məxsusdur. İmzaların Anara məxsus olması isə, pulun da Anara məxsus olması demək deyil. Onlar bir ailə olmuşlar və həmin pul da ailəyə məxsus olmuşdur. Onlar məişət texnikalarının Gülarə və Emilin adına rəsmiləşdirilməklə, kredit yolu ilə alınmasına dair sübutlarını məhkəməyə təqdim etmişlər. Ekspert rəy vermişdir ki, təmir xərcləri bu qədərdir, lakin təmir xərclərinin məhz Anar tərəfindən çəkilməsi sübuta yetmir. Həmçinin ekspertin göstərdiyi məbləğ həddindən artıq şişirdilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş ustalar Anarın sinif yoldaşları olmuşdur. İddia tələbi mebel hissəsində də təmin edilə bilməz, çünki mebellər Anar tərəfindən anasına hədiyyə edilmişdir. Sözügedən mebelləri Anar alsa da, onların gətirilməsi üçün gömrük rüsumlarını Emil ödəmişdir. Anar ona görə uşaq yatağı da almışdır ki, onlar Gülarəgilə uşaqla birlikdə gəlib qalmışlar. Bundan başqa, İddiaçı iddia edir ki, xarici ölkənin vətəndaşı olduğu üçün 2006-cı ildə evi öz adına keçirə bilməyib. Digər məhkəmə mübahisələrindən bu yana qarşı tərəfə sual verir və sonuncular izah edə bilmir ki, hansı qanun qadağa qoyurdu ki, Anar ev ala bilməsin? Hansı ki, 9-cu mikrorayondan da ev alıb, “Port Baku” Residence-da 2 evi var. Bundan əlavə, iş materiallarında olan hökmdə, protokolda olan izahatlar, həmçinin istintaq zamanı verilmiş ifadələr ailə arasında olan problemlərin həll edilməsi, onların barışıq əldə etməsi məqsədi ilə aparılan uzunmüddətli danışıqlar dövründə verilən ifadələr olmuşdur. Sadəcə ailənin barışıq əldə etməsi məqsədi ilə, həmin məzmunda, yəni evin guya Anarın olması məzmunlu ifadələr verilmişdir. O ifadələr isə cinayət işinin halları və.s nəzərə alınmaqla dediyi kimi, mötəbər sübut deyil. Şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, çox maraqlıdır ki, şahidlərdən Rövşən Məmmədli 2006-cı ili detallı xatırlayır, lakin onun sənəd istəməyini xatırlamır. MTK rəhbərliyi ana-bala arasında nifaq salır. MTK müqaviləni tərtib edərkən, müqavilə Cavabdeh adına tərtib edilib, amma Anar qol çəkib pul verir, bu qanunsuz deyil məgər? Maliyyə arayış varsa təqdim etsinlər. İddiaçı onlara MTK ilə razılaşdığı sənədi təqdim etsin, çünki Emil deyir ki, pulu MTK-ya özü verib. Maliyyə arayışı versinlər. Məhkəmənin sorğusu əsasında alınmış maliyyə arayışından görünür ki, arayış Gülarə xanımın adınadır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X8 ifadəsində bildirmişdir ki, təxminən 2006-2007-ci illərdə Azər Manafov küçəsində bina tikilirdi, bu binanı müqavilə bağlayıb alırdılar. O vaxt İddiaçı gəlib özünü onlara Rusiyada işləyən iş adamı kimi təqdim edib ev almaq istədiyini bildirmiş və razılaşmışlar. Ona zəng edib deyiblər ki, Anar Azərbaycan Respublikası vətəndaşı deyil. 2009-cu ilə kimi xarici vətəndaşlara mülk almağa icazə vermirdilər, 2009-cu ildən sonra artıq mülk almaqları mümkün olmuşdur. O da İddiaçı bildirmişdir ki, onun adına ev rəsmiləşdirilə bilməz, burada yaşayan anası və ya atası vardırsa onun adına rəsmiləşdirilsin. O da anasının adına evi alacağını bildirmiş, bununla bağlı müqavilə şərtləri əsasında pulu almışdır. O, pulu Anardan alıb, Anarın qardaşı Emili tanımamışdır. Onun 1-ci mərtəbədə yeri var idi, özünün şəxsi yeri idi. O yeri o, təmir etdirmişdi, oğlu da orada işləyirdi, daha sonra oğlu işləmək istəmədi, o da oranı satası oldu. Orada komendant var idi, ona bildirdi ki, kim almaq istəyirsə alsın. Ona dedilər ki, binada Emil adında bir oğlan var, onun qardaşı biznesmendi, onun pulu var, o ala bilər. O da bir neçə ay gözləmiş, gələn olmadı. O zaman da kooperativlə bağlı məsələlər var idi. Təqribən 6 aydan sonra bir nəfər Qubadlıdan olan ağsaqqal bir cavan oğlanı gətirdi, ona təklif etdilər ki, bu oğlan kooperativin sədri olsun. O da demişdir ki, əvvəl komendant olsun, sonra kooperativə sədr keçər. Adını soruşmuş, adının Emil olduğunu bildirmişdir, məlum oldu ki, Anar Abiyevin qardaşıdır. O da ondan soruşmuşdur ki, işləyə biləcəksənmi? Ona dedi ki, işləyə biləcəm. 1-2 aydan sonra liftləri qırıldı, baxımsızlıq ucbatından dayandı, işləmədi. Bu zaman Emil gəldi və dedi ki, “mən sizə kömək edəcəm, onu yığarıq”. Bu da Emilgilin evinin olduğu blokda yaşanmışdı. Onlar da gecə-gündüz işləmişlər ki, camaat liftsiz qalmasın. 34000 manat mən pul vermişdi, qalanını da düzəltdi 58000 manat oldu. Emili də çağırmış, ona demişlər ki o pul yığan deyil. Ona dedilər ki, qardaşı nə gətirib versə onu verər. O da başa düşmüşdür ki pulu yığıb öz məbləğini itirmək istəyir. O da Emilə demişdir ki, “səndən nə komendant, nə də başqa heç nə alınası deyil”. Kim ondan ev alırsa o, həmin adamı xatırlayır, müqaviləni isə o, tərtib etmir. Müqaviləni Anar imzalayıb, Cavabdeh tanımır. Emilə də 2 dəfə görüb. Onlar yalnız müqavilə bağladıqları adamdan pul alırlar. Kimsə başqasının yerinə pul verə bilməz. Maliyyə arayışı Cavabdeh adına olub. Maliyyə arayışının məzmunu isə o, olub ki, “Cavabdeh pulu ödəyib”. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X12 ifadəsində bildirmişdir ki, Anar ona müraciət etmişdir ki, ev alıb və təmir etmək lazımdır. Onlar briqada olaraq işləmişlər. Briqadanın başında olmuşlar. O, qapı-pəncərəni təmir etmişdir. Evin yiyəsi təmirlə bağlı onlara göstəriş verir. Evdə 6 nəfər işləmişlər. Pulu ona Anar verib, evə Anardan başqa gələn olmayıb. Emil gəlirdi, pulu Anardan alıb xərcləyirdi. Təmir pulunu Anardan alıb, Anar pulu nağd qaydada vermişdir. Anarın anası Cavabdeh gəlmişdi ki, “məhkəmədə şahid kimi getmə, iclasda iştirak etmə, çünki o ev mənimdir”. O da demişdir ki, “əgər ev sizin idisə o evə gələrdiniz”. 10000 manata yaxın evi təmir etmək üçün pul almışlar. Oranın sırf onun işi taxta ilə bağlı olmuşdur. Pulu o, alıb ustalar arasında bölmüşdür. Materialları Anar almışdır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X6” MMC-nin xx.xx.2022-ci il tarixli 232/A saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin dəyəri 78252 manat pul tam şəkildə İddiaçı tərəfindən ödənilmişdir, həmin mənzil onun razılığı ilə formal olaraq anası Cavabdeh adına rəsmiləşdirilmiş, alıcı tərəfindən bütün sənədlərdə o deyil, İddiaçı imza etmişdir, Cavabdeh heç bir sövdələşmə və alqı-satqı prosesində iştirak etməmişdir. - "xxxx" MTK-nin xx.xx.2023-cü il tarixli 453 saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199-un kommunal xərclərini İddiaçı ödəmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(007)-29/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzildə olan Qonaq otağı üçün- 1 ədəd divan (açılan) - İstanbuldan alındı (ümumi dəst qiyməti), 1 ədəd masa jurnalni - İstanbuldan alındı (ümumi dəst qiyməti); 2 ədəd vitrin - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü komod - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd açılıb-bağlanan masa - İstanbuldan alındı (ümumi dəst qiyməti); 8 ədəd stul - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd TV stend - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd açılan divan - Bakıdan alındı - qiyməti - 800 manat; 1 ədəd “Samsung” markalı TV - Bakıdan alındı qiyməti - 650 manat; 1 ədəd “Mitsubishi" markalı kondisioner - Bakıdan alındı - qiyməti 290 ABŞ dolları. Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı - İstanbuldan alındı (ümumi dəst qiyməti); 2 ədəd tumba - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü komod - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd TV altı dolab - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd güzgülü şifonyer (6 qapılı) - İstanbuldan alındı (ümumi dəst qiyməti); 1 ədəd “Philips” markalı TV - Bakıdan alındı - qiyməti - 100 ABŞ dolları; 1 ədəd “Grundig" markalı kondisioner - Bakıdan alındı - qiyməti - 260 ABŞ dolları; 1 ədəd xalça - Bakıdan alındı - qiyməti - 300 manat. Uşaq otağı üçün- 1 ədəd güzgülü şkaf - Bakıdan alındı - qiyməti - 1300 manat; 2 ədəd uşaq yatağı - Bakıdan alındı - qiyməti - 220 manat; 2 ədəd masa - Bakıdan alındı - qiyməti - 100 manat. Balkon üçün- 1 ədəd “Bosh” markalı kombi - Bakıdan alındı - qiyməti - 600 manat; 5 ədəd 10 seksiyalı radiator - Bakıdan alındı - qiyməti - 325 manat; 1 ədəd qaz şoççiki (müqavilə bağlananda ödənilib) - qiyməti - 300 ABŞ dolları. Mətbəx üçün- 1 ədəd mətbəx mebeli - İstanbuldan alındı - qiyməti 650 ABŞ dolları; 1 ədəd 'Blomberg” markalı soyuducu - Bakıdan alındı - qiyməti 350 ABŞ dolları; 1 ədəd ‘Веко” markalı paltaryuyan maşın - Bakıdan alındı - qiyməti 170 ABŞ dolları; 1 ədəd “Веко” markalı qabyuyan maşın - İstanbuldan alındı - qiyməti 100 ABŞ dolları; 1 ədəd aspirator - Bakıdan alındı - qiyməti 55 ABŞ dolları; 1 ədəd qaz plitkası - Bakıdan alındı qiyməti 130 manat; 1 ədəd qaz peçkası - İstanbuldan alındı - qiyməti 85 ABŞ dolları; 1 ədəd camlı Mətbəx masası - Bakıdan alındı - qiyməti 120 manat; 4 ədəd mətbəx stulu (qara-qırmızı) - Bakıdan alındı - qiyməti 80 manat; 1 ədəd 3 nəfərlik fransız divanı - İstanbuldan alındı - qiyməti 195 ABŞ dolları; 1 ədəd “Samsung” markalı TV - İstanbuldan alındı - qiyməti 350 ABŞ dolları. Dəhliz üçün- 1 ədəd qarderob güzgülü - Bakıdan alındı qiyməti - 1900 manat; 1 ədəd qızılı rəngdə ayna - İstanbuldan alındı - qiyməti - 50 ABŞ dolları; 1 ədəd fransız ağ kamod - İstanbuldan alındı - qiyməti - 300 ABŞ dolları; 1 ədəd kameralı və səsli qlazok - Bakıdan alındı - qiyməti - 160 ABŞ dolları; 1 ədəd telefon - Bakıdan alındı - qiyməti - 90 manat əşyaların üzərinə onun razılığı və xəbəri olmadan satılması Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin e62760/2023-7-21-004 nömrəli icra işinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(007)-29/2023 saylı icra sənədi üzrə, icra məmuru Ə.Z.Aslanov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının və xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar A.Manafov küçəsi məhəllə 2436, mənzil 199 ünvanında baxış keçirilmişdir. Baxış zamanı icra vərəqəsi üzrə göstərilmiş olan əşyalardan- Bakıdan alınmış qiyməti 160 ABŞ dolları olan 1 ədəd kameralı və səsli qlazok, Bakıdan alınmış qiyməti 90 manat olan 1 ədəd telefon, Bakıdan alınmış qiyməti 80 manat olan 4 ədəd mətbəx stulu (qara-qırmızı), Bakıdan alınmış qiyməti 100 ABŞ dolları olan 1 ədəd “Philips” markalı TV istisna olmaqla, digər əşyalar aşkarlanmış, bundan başqa paltaryuyan maşın icra vərəqəsində “Beko” kimi göstərilsə də, “LG” markalı paltaryuyan maşın aşkarlanmışdır. Siyahıda göstərilən digər əşyalar yerində aşkarlanaraq satılması Cavabdeh qadağan edilmiş, bu barədə ona xəbərdarlıq edilmişdir. Akt borclu və digər şəxslər tərəfindən imzalanmışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 420 manat dövlət rüsumu ödənilmişdir. - “Ailə TV” tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 11492 nömrəli aktdan görünür ki, A.Manafov küçəsi, 4-cü blok, 14-cü mərtəbədə yerləşən 199 saylı mənzildə kabel televiziyası xidməti qoşulmuşdur. Sifarişçinin adı “Abiyev E.Ə” kimi qeyd olunmuşdur. - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli 13/14950 nömrəli müqavilənin surətindən görünür ki, A.Manafov küçəsi 199 saylı mənzildə istehlakçının qazla təmin edilməsi barədə Cavabdeh ilə “Azəriqaz” İB-nin Bakı RQSD arasında müqavilə bağlanmışdır. - Məhkəməyə A.Manafov küçəsi 199 saylı mənzilə dair Cavabdeh tərəfindən mənzilkommunal və telefon qovşağı ödənişlərinin edilməsini təsdiq edən qaimələr təqdim edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1593/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Məhkəməyə cavabdehin vəkili tərəfindən, “Samsung” markalı “40D6100” modelli televizorun “Baku Electronics” mağazasından alınmasını təsdiq edən zəmanət talonu, "xxxx" MMC tərəfindən verilmiş “Blomberg” markalı REF KND 9650x modelli soyuducunun, “Mitsubishi” markalı kondisionerin alınmasını təsdiq edən satış çekləri və zəmanət talonları təqdim edilmişdir. - Məhkəməyə 01 ədəd “Grundig” markalı kondisionerə dair servis çekləri təqdim edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1881/2021 saylı hökmündən görünür ki, X15 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. - Məhkəməyə X11 CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən ittiham aktı və digər sənədlər təqdim edilmişdir. - X2 xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, X4 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə əmək müqavilə bildirişi daxil edilməmişdir. -Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8064 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 199 saylı mənzildə yerinə yetirilmiş təmir-tikinti işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 40124 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “X5” MMC-yə mənzilin dəyəri tam şəkildə Cavabdeh tərəfindən ödənilmişdir, tikilən bina mənzil ona ayrılmışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199 (Yeni qaydalarla: AZ1060, ünvan 2 ünvanında yerləşən 98.7 kv.m sahədən ibarət mənzil tam payda xx.xx.2021-ci ildə Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-702/2024 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə X4, ½ hissədə Cavabdeh pay hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199 (Yeni qaydalarla: AZ1060, ünvan 2 ½ hissədə X4, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı, qeyd olunan mənzilin dəyəri onun tərəfindən ödənildiyi üçün 78252 manat pulun cavabdehdən tutulması, mənzilin təmirinə çəkilmiş 42.000 manat pulun və usta briqadına ödədiyi 9360 manat pulun və ona məxsus əşyaların cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İlk öncə, məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilin alınması üçün ödənilmiş 78252 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının həmin hissədə tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, qeyd olunan mənzilin onun özü tərəfindən alındığını, dəyərinin tam şəkildə onun tərəfindən ödənildiyinə istinad etməklə, məhz bu səbəbdən həmin pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Bu yerdə məhkəmə qeyd edir ki, iddiaçı daha əvvəl də məhkəmə mübahisələri zaman məhz mənzilin dəyərinin özü tərəfindən ödənildiyini, mənzilin bu səbəbdən ona məxsus olduğunu qeyd etmiş, lakin bu hal sübuta yetirilməmişdir. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1593/2022 saylı qətnaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən isə müəyyən olunur ki, mübahisə predmeti olan keçmiş ünvan 3 ünvanında yerləşən mənzilin dəyərini yenə də eyni qaydada iddiaçı özü ödəməsini qeyd etməklə mübahisələndirmiş, məhkəmə araşdırması nəticəsində həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması nəzərə alınmaqla iddia tələbi rədd edilmiş və iddiaçının ilk öncə mübahisəli mənzilin cavabdehin mülkiyyəti kimi qeydə alınmasına əsas olmuş müqaviləni və həmin müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirmədən hazırkı iddia ilə müraciət etməsi qeyd olunmuşdur. Hazırkı məhkəmə araşdırması zamanı da, mənzilin dəyərinin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş sübutlarla, o cümlədən maliyyə arayışı ilə də müəyyən olunur ki, mənzilin dəyəri tam şəkildə Cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilin təmirinə çəkilmiş xərcin və usta briqadasına ödənilmiş xərcin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Mənzilin təmirinə çəkilmiş xərcin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu yerdə məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında məhkəməyə dəvət edilmiş şahid X7 ifadəsində göstərdiklərinə münasibətdə isə qeyd edir ki, təmir üçün 10000 manat pulu məhz iddiaçıdan alması barədə həmin şahid ifadəsi sonuncunun iddiaçı ilə yaxın tanışlıq münasibəti olması da nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia tələbini həmin hissədə əsaslı edə biləcək mötəbər sübut qismində qəbul edilməmişdir. Bundan əlavə, təmir xərclərinin ödənilməsini təsdiq edə biləcək sübutlara münasibətdə iddiaçı tərəf bu barədə çeklərin olduğunu və lakin hamısının mübahisə predmeti olan mənzildə olduğundan təqdim edə bilmədiklərini bildirmişlər. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia tələbinin birinci və ikinci hissələrinə münasibətdə məhkəmə araşdırması zamanı iddiaçı tərəf həm mənzilin iddiaçı tərəfindən alınmasını, həm də təmir və usta xərclərinin iddiaçı tərəfindən qarşılanmasını təsdiq edə biləcək sübut qismində məhkəməyə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1881/2021 saylı hökmünü və həmin cinayət işi üzrə məhkəmə iclas protokolunun sual-cavab hissəsini təqdim edərək, orada verilmiş ifadələrdə istər Cavabdeh, istərsə də iddiaçının qardaşı Emil Abiyevin ifadələrində mübahisə predmeti olan mənzilin Anara məxsus olmasını və bütün xərcləri Anarın qarşıladığını etiraf etdiklərini bildirmişlər. Məhkəmə araşdırması zamanı iddiaçı ilə qardaşı Emil Abiyev arasında hazırkı mübahisə predmeti ilə bağlı mübahisə yaranması və bunun nəticəsində Emil Abiyevin cinayət məsuliyyətinə cəlb olunması müəyyən olunmuşdur, cavabdeh tərəf isə izahatlarında həmin dövrdə məhz Emil Abiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs olan qardaşı ilə barışıq əldə etmək üçün həmin məzmunda ifadələr verdiyini qeyd etmişdir. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzil üçün alınmış mebellərin, məişət texnikalarının və digər əşyaların qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf də sözügedən əşyaların iddiaçı tərəfindən alınmasını inkar etməmiş və həmin əşyaların onlara hədiyyə olaraq verildiyini qeyd etmişdir. Lakin, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə sübuta yetirilmişdir ki, İddiaçı sözügedən əşyaları özünə məxsus olduğunu hesab etdiyi mənzilə yerləşdirmək niyyətilə almış və həmin mənzilə yerləşdirmişdir, cavabdeh tərəf isə bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu yerdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(007)-29/2023 saylı icra sənədi üzrə, icra məmuru Ə.Z.Aslanov tərəfindən, tərəflərin iştirakı ilə, icra sənədinin icrası ilə əlaqədar A.Manafov küçəsi məhəllə 2436, mənzil 199 ünvanında baxış keçirilmiş və baxış zamanı icra vərəqəsi üzrə (hazırkı iddia ərizəsində sadalanmış əşyalardan) göstərilmiş olan əşyalardan- Bakıdan alınmış qiyməti 160 ABŞ dolları olan 1 ədəd kameralı və səsli qlazok, Bakıdan alınmış qiyməti 90 manat olan 1 ədəd telefon, Bakıdan alınmış qiyməti 80 manat olan 4 ədəd mətbəx stulu (qara-qırmızı), Bakıdan alınmış qiyməti 100 ABŞ dolları olan 1 ədəd “Philips” markalı TV istisna olmaqla, digər əşyalar aşkarlanmış, bundan başqa paltaryuyan maşın icra vərəqəsində “Beko” kimi göstərilsə də, “LG” markalı paltaryuyan maşın aşkarlanmışdır. Siyahıda göstərilən digər əşyalar yerində aşkarlanaraq satılması Cavabdeh qadağan edilmiş, bu barədə ona xəbərdarlıq edilmişdir. Akt borclu və digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən akt tərtib edilməklə aşkarlanmış əşyalar naturada mövcud olduqları üçün onların dəyərinin tutulmasına zərurət yoxdur. Bu yerdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə- “Samsung” markalı “40D6100” modelli televizorun “Baku Electronics” mağazasından alınmasını təsdiq edən zəmanət talonu, "xxxx" MMC tərəfindən verilmiş “Blomberg” markalı REF KND 9650x modelli soyuducunun, “Mitsubishi” markalı kondisionerin alınmasını təsdiq edən satış çekləri və zəmanət talonları təqdim edilmişdir, buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi 1 ədəd “Grundig” markalı kondisionerə dair servis çeklərinə münasibətdə isə qeyd edir ki, həmin çeklər sözügedən kondisionerin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut qismində qəbul edilə bilməz, belə ki, həmin çeklərdən sadəcə sözügedən kondisionerə xidmət göstərilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzil üçün alınmış əşyalar- Qonaq otağı üçün 1 ədəd divan (açılan), 1 ədəd masa jurnalni, 2 ədəd vitrin, 1 ədəd güzgülü komod, 1 ədəd açılıb-bağlanan masa, 8 ədəd stul, 1 ədəd TV stend, 1 ədəd açılan divan, 1 ədəd “Samsung” markalı TV, 1 ədəd “Mitsubishi" markalı kondisioner, Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü komod, 1 ədəd TV altı dolab, 1 ədəd güzgülü şifonyer (6 qapılı), 1 ədəd “Grundig" markalı kondisioner, 1 ədəd xalça, Uşaq otağı üçün 1 ədəd güzgülü şkaf, 2 ədəd uşaq yatağı, 2 ədəd masa, Balkon üçün 1 ədəd “Bosh” markalı kombi, 5 ədəd 10 seksiyalı radiator, 1 ədəd qaz sayğacı (müqavilə bağlananda ödənilib), Mətbəx üçün 1 ədəd mətbəx mebeli, 1 ədəd 'Blomberg” markalı soyuducu, 1 ədəd “Веко” markalı qabyuyan maşın, 1 ədəd aspirator, 1 ədəd qaz plitkası, 1 ədəd qaz peçkası, 1 ədəd camlı Mətbəx masası, 1 ədəd 3 nəfərlik fransız divanı, 1 ədəd “Samsung” markalı TV, Dəhliz üçün 1 ədəd qarderob güzgülü, 1 ədəd qızılı rəngdə ayna, 1 ədəd fransız ağ kamod Cavabdeh alınaraq, İddiaçı verilməli, iddiaçı tərəfindən ödənilmiş 420 manat dövlət rüsumunun 300 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan 120 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzil üçün alınmış əşyalar- Qonaq otağı üçün 1 ədəd divan (açılan), 1 ədəd masa jurnalni, 2 ədəd vitrin, 1 ədəd güzgülü komod, 1 ədəd açılıb-bağlanan masa, 8 ədəd stul, 1 ədəd TV stend, 1 ədəd açılan divan, 1 ədəd “Samsung” markalı TV, 1 ədəd “Mitsubishi" markalı kondisioner, Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü komod, 1 ədəd TV altı dolab, 1 ədəd güzgülü şifonyer (6 qapılı), 1 ədəd “Grundig" markalı kondisioner, 1 ədəd xalça, Uşaq otağı üçün 1 ədəd güzgülü şkaf, 2 ədəd uşaq yatağı, 2 ədəd masa, Balkon üçün 1 ədəd “Bosh” markalı kombi, 5 ədəd 10 seksiyalı radiator, 1 ədəd qaz sayğacı (müqavilə bağlananda ödənilib), Mətbəx üçün 1 ədəd mətbəx mebeli, 1 ədəd 'Blomberg” markalı soyuducu, 1 ədəd “Веко” markalı qabyuyan maşın, 1 ədəd aspirator, 1 ədəd qaz plitkası, 1 ədəd qaz peçkası, 1 ədəd camlı Mətbəx masası, 1 ədəd 3 nəfərlik fransız divanı, 1 ədəd “Samsung” markalı TV, Dəhliz üçün 1 ədəd qarderob güzgülü, 1 ədəd qızılı rəngdə ayna, 1 ədəd fransız ağ kamod Cavabdeh alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 420 manat dövlət rüsumunun 300 manat hissəsi iddiaçıya aid edilsin, dövlət rüsumunun qalan 120 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar