Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-822/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi cəlb olunmaqla “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nizami Rayon Qeydiyat Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi cəlb olunmaqla “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1963-cü il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Şəfəq kəndi, soyadı, adı, atasının adı qrafasında- “Ərizəçi", ata adı qrafasında- “X6", ana adı qrafasında- “X11". milliyyəti- “azərbaycanlı" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 27 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nizami Rayon Qeydiyat Şöbəsinin maraqlı şəxslər siyahısından çıxarılaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” X5 05/Q-130-15 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunu nəzərə alaraq maraqlı şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə keçmiş Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Şəfəq kəndində anadan olmuşdur. X1 olmaqla xx.xx.1998-ci ildə, anası X11 olmaqla xx.xx.1992-ci ildə Bakı şəhərində vəfat etmişlər. 1989-cu ilədək valideyinləri Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Şəfəq kəndində yaşamış, məlum hadisələr nəticəsində qaçqın düşərək 1989-cu ildə Azərbaycan Respublikasına gəlmişlər. Həmin hadisələr zamanı onun doğum haqqında şəhadətnaməsi itmişdir. Doğum şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı "Asan Xidmət" X2 müraciət etsə də, oradan verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-130-15 saylı cavabdan görünür ki, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər tərəfindən təqdim olunmadığına görə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından ərizənin icrası mümkünsüz sayılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13 və 14-cü bəndlərinə istinad olunmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hal-hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 39, mənzil 6-da qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin dublikatını almaq və ya doğum haqqında akt qeydinin bərpa edilməsi üçün hazırda Ermənistan Respublikasının müvafiq səlahiyyətli orqanlarına müraciət edib həmin sənədi əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, hərbi prokurorluğun əməkdaşı olmuşdur. Xidməti ilə əlaqədar olaraq ayrı-ayrı yerlərdə işləmiş doğum haqqında şəhadətnaməni harada itirdiyinixatırlamır. Ona sənədləşmə işi üçün doğum haqqında şəhadətnamə lazımdır bu səbəbdən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məktub göndərərək işlərin şox olması səbəbindən qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, Ərizəçi əmisi oğludur. Ermənistan Sovet Sosialist Respublikasında anadan olmuş, doğum haqqında şəhadətnamə də orada verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi qardaşıdır. O, Ermənistanda anadan olmuş, doğum haqqında şəhadətnamə də Ermənistanda verilmişdir. Qardaşı doğum haqqında şəhadətnaməsini itirmişdir və yenidən ala bilmir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” X5 05/Q-130- 15 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14cü bəndinə əsasən İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. - İV-ЖГ seriyalı, 370085 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 sentyabr 1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. - V-ЖГ seriyalı, 326711 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 aprel 1998-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilmişdir. - İ-3Ж seriyalı, 005262 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X4 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. X1, anası X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. - İ-3Ж seriyalı, 005369 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cu il tarixdə doğulmuşdur. X1, anası X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Şəfəq kəndində doğulmuşdur, milliyyəti Azərbaycanlıdır. Ərizəçinin doğumunu təsdiq edən doğum haqqında şəhadətnamə itirildiyindən və doğum haqqında akt qeydinin Ermənistan Respublikasında aparıldığından onun bərpa edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyinə görə ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Ermənistan Sovet Sosialist Respublikasının, Basarkeçər rayonu, Şəfəq kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir. Ərizəçi təvəllüdü xx xxxxxx 1963-cü il, doğulduğu yer Ermənistan Respublikası, Basarkeçər rayonu, Şəfəq kəndi, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Ermənistan Sovet Sosialist Respublikasının, Basarkeçər rayonu, Şəfəq kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxxx 1963-cü il, doğulduğu yer Ermənistan Respublikası, Basarkeçər rayonu, Şəfəq kəndi, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-822/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-822/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver