Məhkəmə qərarları › İş №2(007)-839/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-839/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-839/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzil 26.12.2000-ci il tarixində almışdır. Sözügedən rnənzildə və oğlu Cavabdeh qeydiyyatdadır. Oğlu Cavabdeh son zamanlar ona qarşı hörmətsizlik əlamətləri göstərir, ona qol qaldırır. Çoxlu sayda bank və şəxsi borcları vardır. Oğlu hər dəfə ona hədə-qorxu gələrək ondan kulli miqdarda pul tələb edir. O, tənha qadındır, oğlunun borclarına görə naməlum şəxslər tərəfindən dəfələrlə onun evinə gələrək qalmaqal yaradırlar. Hal-hazırda 8 aydır ki, oğlu evdən çıxıb və onunla qalmır. O, oğlundan özünü siğortalamaq istəyir və qeydiyyatdan çıxarmaq istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, onun ünvan 1eydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 051982 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzil İddiaçı adına 26 dekabr 2000-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarıdan olan MKTB-nin 141 saylı İstismar sahəsi tərəfindən verilmiş 218 nömrəli, 10 mart 2021-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzil İddiaçı məxsudur. Həmin mənzildə İddiaçı və oğlu Cavabdeh qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. O, və oğlu Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Hazırda İddiaçı cavabdehin, yəni oğlu Cavabdeh həmin məznildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, onun ünvan 1eydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in yuxarıda qeyd olunan tələblərindən çıxış edərək qeyd edir ki, hazırki halda iddia tələbi cavabdeh tərəfindən etiraf olunmuşdur. Həmin etiraf məhkəmə tərəfindən qəbul edilir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzildən istifadə hüqularına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, ev 28, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən iddia verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar