Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-839/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsCavabdeh1i tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizamı rayonu, C Naxçıvanski küçəsindəki 79 saylı evin 93 saylı mənzil tam xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus olan mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən MA № ******* saylı çıxarış verilib. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlər nikaha daxil olduqdan sonra ona məxsus olan mənzildə yaşamayıblar. Cavabdeh2 pasport qeydiyyatı isə ümumiyyətlə formal xarakter daşıyıb.Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 gəlini olsa da onlarla birgə təsərrüfat aparmamışdır və aparmır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki. cavabdehlər artıq 9 ildir ki yetkinlik yaşına çatmayan övladları 19.07.2014-cü il təvəllüdlü X4, 10.08.2017-ci il təvəllüdlü X1 və 04.01.2019-cu il təvəllüdlü X2 ilə birlikdə ona məxsus olan mənzildə yaşamır. Onda olan məlumata görə Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə anasıgıldə yaşayır. Bir daha bildirir ki, cavabdehlərin qeydiyyatının mənzilə olması formal xarakter daşıyır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehlərinin onun xüsusi mülkiyyətimdə olan mənzilə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər mülkiyyət hüquqlarını da pozur. Əvvəla, onların əvəzinə əlavə kommunal xərclər ödəməli olur. Təəssüf ki, həmin ödənişlər bu gün də alınır. Bu isə onun indiki vəziyyətiddə çətindir. Belə ki,o, pensiyaçı və 2-cı qrup əlildir.İkincisi, də cavabdehin mənzildə qeydiyyatda qalması həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarımı məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığının alınması əlavə problemlər yarada bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onların yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri uzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır.Qeyd olunanlara əsasən nəzərə alıb cavabdehlər Cavabdeh1 Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları 19.07.2014-cü il təvəllüdlü X4, 10.08.2017-ci il təvəllüdlü X1 və 04.01.2019-cu il təvəllüdlü X2 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Nizamı rayonu, C Naxçıvanski küçəsindəki 79 saylı evin 93 saylı mənzilndən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə günü bu gün qeydiyyatdan çıxmağa razıdır, lakin yaşadıqları evin çıxarışı olmadığı üçün, bələdiyyə sənədi ilə olan evlərinə onları qeydiyyata almırlar.Onlar heç özləri də istəmərlər ki, iddiaçıya maneəçilik yaratsınlar.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirə iddia təmin edilsin. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, C Naxçıvanski küçəsindəki 79 saylı evin 93 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 17.02.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 09.12.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh1 Cavabdeh2 oğlu mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizamı rayonu, C Naxçıvanski küçəsindəki 79 saylı evin 93 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 17.02.2010cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdeh1 iddianı qəbul edir.Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməsə də Cavabdeh1 onun əri olmaqla ailəsinin mənzildə qeydiyyatda qalmasının səbəbi kimi onlara məxsus evin çıxarışının olmaması ilə əlaqələndirir. Bundan başqa, qanunvericiliyin tələbinə görə Cavabdeh1 müılkiyyətçinin oğlu olmaqla onun ailə üzvü hesab edilir.Bu səbəbdən onun mülkiyyətçi ilə mənzildən istifadə hüququna dair notarial qaydada müqavilə bağlamasına zərurət yoxdur. Cavabdeh2 isə ailə üzvü deyil və onun mənzildə istifadə hüququnun qalması üçün mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş razılaşma tələb olunur.Belə bir razılaşma isə yoxdur. Hal-hazırda cavabdehlər mənzildə yaşamırlar və iddiaçının bildirdiyinə görə Cavabdeh2 mənzilə gəlin köçməmiş və mənzildə yaşamamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1 Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları 19.07.2014-cü il təvəllüdlü X4, 10.08.2017-ci il təvəllüdlü X1 və 04.01.2019-cu il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Nizamı rayonu, C Naxçıvanski küçəsindəki 79 saylı evin 93 saylı mənzilndən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları 19.07.2014-cü il təvəllüdlü X4, 10.08.2017-ci il təvəllüdlü X1 və 04.01.2019-cu il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Nizamı rayonu, C Naxçıvanski küçəsindəki 79 saylı evin 93 saylı mənzilndən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-839/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-839/2022
08.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver