Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-84/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərinə tam payın müəyyən olması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktı və qanun üzrə vərəsə tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini onun qəbul etməsi faktının müəyyən olunması, onun qanun üzrə vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, X3ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini onun qəbul etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, mərhum X3ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı miras qoyan X14 vəsiyyət üzrə vərəsəsi sayılmaqla Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 05 avqust 1957-ci ildə Cəlilabad rayonunun Mədətli kəndində anadan olmuşdur. Аtаsı X27 14 noyabr 2017-ci il tarixdə, anası X24 isə 03 mart 2022-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların yas mərasimlərini İddiaçı keçirmişdir. Valideynlərinin sağlığında İddiaçı Rusiya Federasiyasına gedərək orada işləyib qazandığı pulu atasına göndərmişdir ki, ona Bakı şəhərində ev alsın. Atası da İddiaçı göndərdiyi pulla Bakı şəhəri, Gəncə prospekti 69 saylı binanın 13 nömrəli mənzilini satın almış və öz adına rəsmiləşdirmişdir. Atası öz sağlığında 08 sentyabr 2008-ci il tarixdə Cəlilabad rayon İHB-nin Şorbaçı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə vəsiyyətnamə də yazaraq Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmiş və icra nümayəndəsi tərəfindən həmin vəsiyyətnamə təsdiqlənmişdir. Atası rəhmətə getdikdən sonra anası Ruqiyə Süleymanova da sağlığında həmin əmlakla bağlı mübahisəsi olmadığına dair notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini miras kimi İddiaçı qəbul etmişdir. Həmin vaxtdan indiyə kimi əmlaka faktiki olaraq İddiaçı sahiblik edir, evin bütün kommunal xərclərini о ödəyir. İddiaçı atasından miras qalmış həmin evi öz adına sənədləşdirmək istəmiş və bu məqsədlə Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət еtmiş, lakin cavabdeh mirasla bağlı mübahisə yaratdığı üçün 19 iyul 2022-ci il tarixli qərarla notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Digər vərəsələr X28, X29, X18, X19, X20, X25 miras paylarından imtina etmişlər və öz paylarını İddiaçı vermişlər. Cavabdeh isə ərizə verməkdən imtina etmişdir. Buna görə də İddiaçı həmin miras əmlaka dair şəhadətnamə ala bilməmişdir. Odur ki, miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə iddia ərizəçi ilə məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2022-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin Qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsə tanınması” tələbinə dair mülki iş üzrə X28, X29, X18, X19, X20, X25 üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə razı deyil. İddiaçı qardaşı İddiaçı ona qarşı irəli sürdüyü iddia ərizəsinə edilmiş əlavə tamamilə əsassızdır və onu qəbul etmir. Çünki o, özünü X2nun vəsiyyət üzrə vərəsəsi saymaqla Bakı şəhəri, Gəncə prospektində yerləşən 69 saylı binanın 23 saylı mənzildən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz ərizəsində bildirir ki, X2 Bakı şəhəri Gəncə prospektində yerləşən 69 saylı binanın 13 saylı mənzilini ona vəsiyyət etmişdir və bu vəsiyyətnamə ləğv edilməmiş, qüvvədən düşməmişdir. X2 14 noyabr 2017-ci ildə vəfat etmişdir. Vəsiyyətnamə adlandırdıqları bu yazılı vərəqlər isə 08 noyabr 2008-ci ildə yazılmışdır. Əgər doğrudan da ataları vəsiyyət qoymaq istəsəydi, rayon mərkəzində yerləşən notariat kontorunda vəsiyyət qoyardı. 2008-ci ildə ataları tam sağlam olub və onun rayon mərkəzində yerləşin notariusa getməklə bağlı heç bir problemi olmayıb. Onda belə bir sual yaranır: əgər zərurət yoxdursa, nə üçün vəsiyyətnamə notariusda deyil, haradasa yazılıb? Bu doğrudan da vəsiyyətnamədirsə, onda ödənilən dövlət rüsumunu təsdiq edən sənədi və onun reyestr qeydiyyatı aparılan möhürlə təsdiq edilmiş kitabın surətini (notarial təsdiqlə) məhkəməyə təqdim etsinlər. Əgər qeyd edilən mənzillə bağlı vəsiyyətnamə mövcud olmuşdursa da MM-nin 1193-cü maddəsinə görə, "vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddiaçı bildirir ki, qeyd edilən əmlaka faktiki olaraq sahiblik etmişdir. Onun dedikləri yalandan başqa bir şey deyildir. Çünki bu mənzilə faktiki mən sahiblik etmişdir.( MM-nin 124.3). Mənzili o, 2006-cı ildən 2021-ci ilə qədər Biləsuvar rayon sakini X43 adlı şəxsə kirayəyə vermiş, hər ay kirayə pulunu da o, almışdır. Bütün kommunal xəclərini o, ödəmişdir. Qardaşı isə bu illər ərzində Azərbaycanda bir-iki dəfə olmayıb. [Miqrasiya xidmətindən sorğu vasitəsi ilə Məmmədəlinin ölkəyə giriş-çıxışını müəyyən etmək olar). Yuxarıda qeyd edilən səbəblərdən iddianın əsassız olmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iddia tələbini qəbul etmədiklərini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 165635 Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospektində 69 saylı 30.05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil X14 adına qeydiyyata alınmışdır. Mənzil 13 sentyabr 2003-cü il tarixdə X14 adına qeydiyyata alınmışdır. - 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. - 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh müraciəti əsasında notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. - Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli, 126 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum X3 anadan olduğu vaxtdan vəfat etdiyi günədək Cəlilabad rayon Mədətli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. Onun vərəsələri olaraq İddiaçı, X18, X29, Cavabdeh, X25, X28, X20, X19 qalmışdır. - Cəlilabad rayon İHB-nin Şorbaçı kənd ərazi nümayəndəsi X44 tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin məzmunundan görünür ki, Cəlilabad rayon Mədətli kəndində yaşayan X27 Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 30.05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir. Onun övladlarının heç biri bu sahədə vərəsəlik hüququna malik deyildir. - 18 iyul 2022-ci il tarixli 470/12 nömrəli arayışdan görünür ki, X27 ilə X32 arasında 03 iyun 1961-ci il tarixdə Cəlilabad rayon Təklə kənd İcra Nümayəndəliyində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. - 18 iyul 2022-ci il tarixli 465/12 nömrəli arayışdan görünür ki, İddiaçı 05 avqust 1957-ci il tarixdə Cəlilabad rayon Mədətli kəndində anadan olmuşdur. X3, anası X30r. - Cəlilabad rayon İHB-nin Şorbaçı kənd icra nümayəndəsi tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli, 285 nömrəli arayışdan görünür ki, X27 08 sentyabr 2008-ci il tarixdə oğlu İddiaçı vəsiyyətnamə vermişdir. - “Mənzil-Kommunal Xidməti üçün” mədaxil qəbzindən görünür ki, Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzilinin kommunal xərclərini İddiaçı ödəmişdir. - Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal İstismarı Sahəsinin 09 avqust 2022-ci il tarixli 441 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzildə yaşamış mərhum X3nun vəfatından evə sahibliyi öhdəsinə götürərək mənzil kommunal xərclərini özü ödəmişdir. - Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X18 (xx.xx.2022), X29 (xx.xx.2022), X28 (xx.xx.2022) ərizə verərək Bakı, şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzildə yaşayaraq 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X21 aid olan əmlakda məcburi paylarından İddiaçı xeyrinə imtina etmişlər. - Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X25 (xx.xx.2022), X20 (xx.xx.2022), X19 (xx.xx.2022) ərizə verərək 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X2ndan qalmış miras payı qəbul etməmişlər, bu barədə heç bir tələbləri yoxdur, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklər. - Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X3ndan qalmış mirası bütünlüklə qəbul etmişdir. - Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X24 əri X21 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. - AZ-İİ seriyalı 253060 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 16 fevral 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 mart 2022-ci il tarixdə 226 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 890204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 08 noyabr 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 noyabr 2017-ci il tarixdə 16 nömrəsi ilə qeyd edilmişdir. - Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X25 (xx.xx.2023), X20 (xx.xx.2023), X19 (xx.xx.2023) ərizə verərək ünvan 2 ünvanında yerləşən atalarına mıxsus olan mənzildən onların payına düşən hissənin qardaşları Cavabdeh verilməsinə razılıq verirlər. - 19.08.2022-ci il mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X27 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. X27 Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 30,05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilini İddiaçı oğluna vəsiyyət etmişdir. X24 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir. X18, X29, X28 özlərinə düşən miras paylarından İddiaçı xeyrinə imtina etmişlər. Lakin sonra X25, X20 və X19 notarial qaydada ərizə yazaraq paylarına düşən hissənin Cavabdeh verilməsinə razılıq vermişlər. Hazırda iddiaçı mərhum X3ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı miras qoyan X14 vəsiyyət üzrə vərəsəsi sayılmaqla Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir təsbit olunub. Məhkəmə iddia tələbinin “X8 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən mirasın faktiki qəbul edilməsi ilə bağlı məsələ öz həllini tapdığından məhkəmə iddia tələbinin həmin hissəsinə əlavə qiymət verməyə zərurət görmür. Belə ki, işin hallarından görünür ki, iddiaçı qərarında qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir. “Notariat haqqında” Qanunun: 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə iddia tələbinin “İddiaçı miras qoyan X14 vəsiyyət üzrə vərəsəsi sayılmaqla Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. X14 vərəsələri arvadı və uşaqlarıdır. Həmçinin o, vəsiyyətnamə ilə Bakı şəhəri, Gəncə prospekti, 69 saylı evin 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir. Lakin mənzil X27 ilə X9 birgə nikah dövründə əldə olunmuşdur. İddiaçı Rusiya Federasiyasında pul qazanıb X3na ev alması üçün göndərdiyini bildirsə də məhkəmə icalsında bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, vəsiyyət qoyan birgə nikah dövründə əldə olunmuş əmlaka münasibətdə yalnız öz payını vəsiyyət edə bilərdi. Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən əmlakın vəsiyyətnamə verilmiş hissəsinə yəni X14 hissəsinə digər vərəsələrin miras əmlakda məcburi payı vardır. X1 da vəfat etdiyindən övladlarının yəni 1-ci dərəcəli vərəsələrin mübahisəli mənzildə onun birgə nikah dövründə əldə olunmuş hissəsinə payları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarına əlavə olunmuş paydan imtina barədə ərizələrə münasibətdə məhkəmə xüsusilə vurğulamaq istəyir ki, Mülki Məcəlləsinin 1256-cı maddəsinin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, miras qoyan X27 08 noyabr 2017-ci il tarixdə ölmüşdür. Lakin notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X10 (xx.xx.2022), X4 (xx.xx.2022), X5 (xx.xx.2022) 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş X2ndan qalmış miras payı qəbul etməmişlər, bu barədə heç bir tələbləri yoxdur, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklər. Beləliklə, ərizələr 5 il sonra yazıldığından məhkəmə onları mirasın qəbulundan imtina kimi qəbul də bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Plenum Qərarında vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqı olması qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, X27 08 noyabr 2017-ci il tarixdə vəfat edəndən sonra ondan qalmış miras əmlak üzərində ½ hissədə X9 payı vardır. Bu səbəbdən miras əmlakın digər yarısı yəni X14 ½ hissədə payı üzərində vərəsələrin payı aşağıdakı şəkildə müəyyən edilməlidir:- X9 və övladları X15, X16, X6, X5, X4, X10 və Cavabdeh payı 1/2:8=1/16-hər bir vərəsənin məcburi payı, iddiaçının payı isə 8/16 təşkil edir. X9 vəfatından sonra ümumi əmlakdan ona məxsus 17/32 (32/32- (8/32+7x1/32)=32/32-(8/32+7/32)=32/32-15/32=17/32) hissə isə bölünməlidir vərəsələr yəni övladları X15, X16, X6, X5, X4, X10 və Cavabdeh və İddiaçı arasında. İddiaçı 8/32 hissə, digər 7 vərəsəyə hər birinə 1/32 hissə müəyyən olunmalıdır. Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilinə İddiaçı ümumi payı 17/32:8=17/256+8/32=81/256 təşkil edir. Həmin mənzildən X22, X23, X11, X12, X13, X17 və Cavabdeh hər birinə 1/32+17/256=25/256 pay müəyyən olunur. Beləliklə, X8 və X7 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzili üzərində iddiaçının 81/256 hissədə payı, cavabdehin və digər vərəsələrin isə hər birinin 25/256 hissədə payı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçılar tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində İddiaçı 81/256 hissədə, Cavabdeh və digər vərəsələrin 25/256 hissədə payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində İddiaçı 81/256 hissədə, X15, X16, X6, X5, X4, X10 və Cavabdeh hər birinə 25/256 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-84/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-84/2024
28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver