Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-853/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarış əsasında onun şəxsi miilkiyyətindədir. Cavabdeh1 onun bacısıdır. Bacısı 2000-ci ildə ailə həyatı quraraq evdən köçüb başqa ünvana gəlin köçmüşdür. Sonra isə ünvan 1-hazırda da həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bacısının övladlarıdır. Cavabdehlərə məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etdiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etdiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizə verərək məhkəmə baxışına gələ bilmədiklərini və iclasın onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami ravonu, Kamil Balakişiyev küçəsində istifadədə olan 0.0744 ha torpaq sahəsində yerləşən 57 nömrəli, 5 mərtəbəli binada 60.5 kv.m ümumi sahədən ibarət 3 otaqlı 31 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzilində qeydiyyatdadırlar. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzil MH seriyalı, 01008270 nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının bacısıdır. Bacısı 2000-ci ildə ailə həyatı quraraq başqa ünvana gəlin köçmüşdür. Cavabdeh Quliyeva X1 rayonu, Hövsan qəsəbəsində fərdi ev tikdirmiş və hal hazırda da həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 övladlarıdır. Cavabdeh1 və ailə üzvləri mənzildə yaşamasalar da formal olaraq mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul edərək istifadə hüququna xitam verilməsinə razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehlərin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-853/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-853/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver